Məhkəmə qərarları › İş №2(004)-3185/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3185/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3185/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və X2 və Cavabdeh qarşı “mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və X2 və Cavabdeh qarşı “mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Həsənova) Əminə Qədim qızının Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin 8 nömrəli mənzili üzərində mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, X6 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.1999cu il təvəllüdlü İddiaçı2, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2002-ci il təvəllüdlü X8 və X3 adlı beş övladları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xx.xx.2008-ci il tarixli orderlə Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzili yeddi nəfər ailə tərkibində X6 özü, əri İddiaçı1, övladları -İddiaçı2, İddiaçı3, İddiaçı4, X8 və X3 olmaqla X5 verilmişdir. X6 2009-cu ildə ondan ayrılmış, uşaqları onun yanında qoyaraq evi tərk etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli qətnaməsi ilə X6 ilə onun arasında bağlanmış nikah pozulmuş, uşaqları Gülnisə, Səidə, Əsmər və Əli onun himayəsində saxlanılmışdır. X6 2009-cu ildən mübahisəli mənzildə yaşamır və hüququnu itirmişdir. O, cavabdehin qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Yasamal RPİ-yə müraciət etmişdir. Lakin Bakı şəhəri Yasamal RPİ xx.xx.2024-ci il tarixli imtina məktubu ilə ona cavabdehin hüququnun itirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. 2024-cü ilin iyun-iyul ayında Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları onların yaşadıqları evi sökmüşlər. Hazırda onların yaşamağa yeri yoxdur. Hazırda məhkəmə iclasında onlara məlum olmuşdur ki, onların yaşadığı ev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında sökülüb. Onların həmin qərardan və məhkəmənin keçirilməsindən məlumatı olmayıb. Qərarı rəsmi qaydada əldə edəndən sonra apellyasiya şikayəti verəcəkdir. Hazırda iddia tələbinin təmin edilməsini, cavabdeh Məmmədova (Həsənova) Əminə Qədim qızının Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin 8 nömrəli mənzili üzərində mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında İddiaçı1 izahatı ilə razı olduqlarını bildirdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Digər İddiaçı2 və cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Məmmədova (Sultanova) Əminə Qədim qızına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, lakin qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin 8 nömrəli mənzildən bildiriş geri qaytarılmışdır. Belə ki, bildirişin üzərinə 43 saylı MKİS tərəffindən edilmiş qeydə əsasən bildirişi cavabdehə təqdim etmək mümkün olmamış, həmin ünvan sökülmüş, cavabdehin harada yaşadığı barədə MKİS-də heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı2 və cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və X1 nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir Belə ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xx.xx.2008-ci il tarixli 003998 nömrəli orderlə Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzili yeddi nəfər ailə tərkibində özü, əri İddiaçı1, övladları - İddiaçı2, İddiaçı3, İddiaçı4, X8 və X3 olmaqla X5 verilmişdir. X4 yeddi nəfər ailə tərkibində Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzilində yaşamaq hüququ vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli 2(004)-343/2013 saylı qətnaməsi ilə X6 ilə İddiaçı1 arasında Quba rayonu qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixdə 161 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2002-ci il təvəllüdlü X8 ataları İddiaçı1 himayəsində saxlanılmışlar. Qətnamə ilə müəyyən edilir ki, X6 və İddiaçı1 2009-cu ildən ayrı yaşayırlar. AZMEİS-də əldə edilmiş məlumatdan müəyyən edilir ki, X6 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və hazırkı vaxta kimi ölkəyə qayıtmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1565/2019 nömrəli qərarı ilə iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh, İddiaçı2, İddiaçı1 Abubəkir oğluna və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehlərə kompensasiya ödənilməklə tərəfindən fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmişdir. ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin - 27.055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək Yasamal rayon İcra Hakimiyyətinin depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılması qərara alınmışdır. Qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni-alan orqan Yasamal rayon İcra Hakimiyyəti hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev xx.xx.2021-ci il tarixli 94/01 nömrəli məktubla Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərova məlumat verərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli 2-1(81)-1565/2019 nömrəli icra vərəqəsi icra olunmuş, kompensasiya müvafiq depozit hesaba köçürülmüşdür. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərovun xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1565/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Qərarın surəti məhkəməyə, tələbkara və borclulara göndərilmişdir. İddiaçı1 Abubəkir oğlu məhkəmə iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1565/2019 nömrəli qərarını almadıqlarını və qərarın mövcud olmasından məlumatları olmadığını, təxminən bir ay olar ki, evlərinin Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldüyünü qeyd etdi. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xx.xx.2008-ci il tarixli 003998 nömrəli orderlə yeddi nəfər ailə tərkibində özü, əri İddiaçı1, övladları - İddiaçı2, İddiaçı3, İddiaçı4, X8 və X3 olmaqla X5 verilmiş Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzilinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin - 27.055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək Yasamal rayon İcra Hakimiyyətinin depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1565/2019 nömrəli qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Qərar icra edilmiş kompensasiya məbləği icra hakimiyyətinin depozit hesabına köçürülmüşdür. Hazırda iddiaçıların bildirdiyinə görə yaşadıqları ev sökülmüşdür. Tikili mövcud deyildir. Yəni, hazırkı iş üzrə iddiaçıların və cavabdehin mübahisəli ev üzərində olan hüquqlarına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kompensasiya ödənilməsi yolu ilə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzil üzərində olan hüququna Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında kompensasiya ödənilməklə xitam verildiyinə görə, həmin hüquqa yenidən xitam verilə bilməz. Odur ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Qeydiyyat və X2 və Cavabdeh qarşı “cavabdeh Məmmədova (Həsənova) Əminə Qədim qızının Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsində yerləşən 11 nömrəli evin 8 nömrəli mənzili üzərində mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar