Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4953/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizələri ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə mülkiyyət hüququna xitam verilməsi, mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi”nə dair qarşılıqlı tələbi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-274/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən 43200 m2 torpaq sahəsini 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verir.
3. “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin xx.xx.2024-cü il tarixli. 02-123/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh Knyaz qızına məxsus olmuş, ümumi sahəsi 16,2 kv.-dən ibarət fərdi yaşayış evinin 28 avqust 2024-cü il tarixinə bazar dəyəri 32400 manat, o cümlədən 2000 manat 1 kv.m təşkil edir.
4. “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin xx.xx.2024-cü il tarixli 02-123/24 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşmiş paylı mülkiyyət hüququ üzrə Cavabdeh Knyaz qızına məxsus olmuş, ümumi sahəsi 16,2 kv.-dən ibarət fərdi yaşayış evinin 28 avqust 2024-cü il tarixə kirayə dəyəri 350 manat təşkil edir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,01546 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 15 otaqlı, 165,5 kv.m. yaşayış, 86,8 kv.m. köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X11 adına 9/12 hissədən 1 otaq daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 8551 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. “X19 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004- 025/2025 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən X3 məxsus olmuş və sökülmüş fərdi yaşayış evinin 1 m2-nin qiymətləndirilmə tarixinə olan bazar qiyməti (yuvarlaqlaşdırılmış formada) 2100 AZN təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İlk iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin Cavabdeh verilməsi, mənzil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay cəmi 350 manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli vəxx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən sərəncamlara əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış 1761 saylı torpaq sahəsinin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ətrafında yerləşən torpaq sahələrinə dair 49 il müddətində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MMC hər il dövlət büdcəsinə 161 740,08 AZN ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/3- 3-131/2023 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində lahiyələndirilən yaşayış və qeyri-yaşayış binalarının Şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 2 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 16.2 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehilə onun evinin əvəzinə pul kompensasiyası verilməklə bağlı razılıq əldə etmək mümkün olmamışdır. Hazırda cavabdehə məxsus mənzil faktiki olaraq mövcud deyil. Belə ki, sözügedən mənzil ərazidə aparılan söküntü işləri zamanı qəzalı olduğu səbəbindən dağılmışdır. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir.
9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı MMCyə qarşı “mənzillə təmin olunma və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində yerləşən 1 otaqlı, ümumi yaşayış sahəsi 36 kv.m. olan mənzilinin onun razılığı olmadan sökülməsinin qanunsuz hesab edilməsi və həmin ərazidə yeni tikilən binadan ümumi sahəsi 44 kv.m.-dən az olmayan birotaqlı mənzillə təmin olunmağının cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, 2024-cü ilin aprel ayından başlayaraq mənzillə təmin edilənə qədər hər ay kirayə haqqı olaraq 500 manat kirayə pulunun ödənilməsini, habelə cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Yasamal rayonu, Z.Əhmədov küç. yerləşən 28 saylı mənzili 2005-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. O həmin tarixdən etibarən mübahisənin predmeti olan mənzildə ailəsilə birlikdə yaşamış və mənzilə dair mülkiyyət hüquqlarını maneəsiz olaraq həyata keçirtmişdir. Belə ki, sözügedən mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 035173 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Təxminən 2-3 ilə yaxın mənzilinin yerləşdiyi yaxın ərazilərdə cavabdeh "xxxx" MMC tərəfindən tikinti-söküntü işləri aparılır. Belə ki, onun qonşuluğunda yaşayan bəzi şəxslər cavabdeh ilə razılaşma yolu ilə həmin ərazidə yerləşən öz mənzillərinin sökülməsinə razılıq vermiş və mənzillərini tərk etmişlər. Cavabdeh "xxxx" MMC dəfələrlə onu razılaşma yolu ilə müəyyən vəsait müqabilində mənzilinin söküntüsünə razı olmağa təşviq etsə də, buna razı olmamış və yalnız sökülən mənzilinin qarşılığında yeni tikilən binadan 1 otaqlı mənzilin verilməsi şərti ilə razılacağını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi onun şərtilə razılaşmadı, buna görə də cavabdehlə mənzilinin söküməsi ilə bağlı aralarında hər hansı bir razılaşma olmadı. 2024-cü il aprel ayının sonlarında Ramazan bayramı ilə əlaqədar olaraq Qəbələ rayonuna getdi. Təxminən 15 gün ərzində orada qaldı. May ayında isə Qəbələ rayonundan Bakı şəhərinə mübahisənin predmeti olan mənzilə gəldi, ancaq həyətə daxil olarkən dəhşətli mənzərə ilə qarşılaşdı. Belə ki, cavabdehin işçiləri evinin 2-ci mərtəbəsində yerləşən mənzili dağıtmış və onun öz mənzilindən istifadə etməyinə qanunsuz olaraq məneə yaratmış, evin girişi yararsız hala düşmüşdü. Cavabdeh tərəfindən aparılan söküntü işləri ilə evin bütün kommunal xətləri, mənzil sanitar qovşaqları məhv edilmiş və işləri ilə evin bütün kommunal xətləri, mənzil sanitar qovşaqları məhv edilmiş və yararsız hala salınmışdır. Evdə yaşamaq qeyri-mümkün olduğundan müvəqqəti olaraq başqa bir mənzilə yerləşdilər və daha sonra aidiyyəti üzrə icra hakimiyyəti, polis, prokurorluq orqanlarına şikayətlər ünvanladılar. Lakin onların şikayətlərinə baxılıb, işin halları tam, hərtərəfli, obyektiv araşdırılmamış və beləliklə, şikayətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdeh qanunsuz əməllərini törətməkdə davam etmiş və onun mənzilini qanunsuz sökülərək yerlə yeksan etmişlər. 2024-cü ilin aprel ayından hazırki müddətədək mənzilinin yerləşdiyi ərazidə tikinti-söküntü işləri davam etməkdədir. Lakin dəfələrlə ünvanladığı şikayətlərə baxmayaraq heç bir inzibati və ya hüquq mühafizə orqanı cavabdehin qanunsuz hərəkətləri barədə ölçü götürmür, müvafiq təxirəsalınmaz hüquqi tədbirlər görmür. Onun razılığı və icazəsi olmadan, xüsusi mülkiyyətində olan mənzilinin qanunsuz sökülməsi onun konstitusion hüquqlarını pozmaqla onu mülkiyyət hüququndan məhrum etmiş və yaşayış yeri olmadığından ağır vəziyyətə salmışdır. Bu qanunsuz hərəkətlərə son qoyulmalı, mənzillə təmin edilməli və ona dəymiş mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməldir. Həmçinin qeyd edir ki, ilk iddiaçı qarşılıqlı cavabdehin rəhbər nümayəndəsi ilə şifahi danışıqlar zamanı ona bildirilmişdir ki, guya onun mənzilinin sahəsi 16,2 kv.m. olmuşdur. Qeyd edir ki, bu tamamilə yalandır. Onun faktiki istifadə etdiyi mənzilin sahəsi 36 kv.m. olmuşdur. Həmin sahəyə əlavə 20 faiz həcmində artıq sahə əlavə edilməklə yeni mənzillə təmin etmək cavabdehin vəzifəsidir və həmin sahəyə əlavə 8 kv.m. əlavə edilməklə o, ən azı 44 kv.m. sahəsi olan 1 otaqlı mənzillə təmin edilməlidir. Lakin qarşılıqlı cavabdeh onların bu tələblərilə razı olmayaraq məhkəməyə müraciət etmək yolunu üstün tutmuşdur. Qarşılıqlı cavabdehin istinad etdiyi guya ona məxsus mənzilin 16,2 kv.m. ərazisinin olması tamamilə yalandır. Qarşılıqlı cavabdeh özü öz iddia ərizəsində bu halları təkzib edir. Belə ki, RR Construction bildirir ki, guya onun mənzili orada söküntü işləri apararkəkn qəzalı olduğundan dağılmışdır. Belə olan halda sual yaranır ki, dağılmış mənzilin ərazisini necə müəyyən edə bilərdilər. Hansı sənədlər və yaxud fakt əsasında onun mənzilin məhz 16,2 kv.m. olduğunu müəyyən etmişlər. O, mənzildə olmadığ halda hansı icazə və yaxud qanun əsasında onun mənzilinin sahəsini müəyyən etmişlər. Bütün bu suallar qarşısında cavabdeh öz qanunsuz əməllərinə müxtəlif cavablar axtarmağa çalışsa da, qanun və ədalət qarşısında hər kəs bərabər olduğundan onlar da məsuliyyət daşıyırlar. Həmçinin qeyd edir ki, qeydiyyat vəsiqəsində ümumi sahə 252,3 kv.m. qeyd edilmişdir. Ümumiyyətcə məhkəmənin diqqətinə çatdırır ki, hazırki layihə dövlət layihəsi deyil və mülkiyyətçinin razılığı olmadan onun mülkiyyəti əlindən alına və yaxud da başqa qeyri-qanuni heç bir təklif verilə bilməz. Yalnız mülkiyyətçinin razılığı əsasında onun mülkiyyət hüquqlarına xitam verilə bilər. Hər hansı bir özəl şirkətin biznes maraqları və gəlir əldə etmək niyyəti, konstitusiya ilə qorunan mülkiyyət hüquqlarından üstün ola bilməz. Hesab edir ki, 44 kv.m.- dən az sahəsi olan mənzildə heç bir halda normal tələblərə cavab verən mənzil şəraiti ola bilməz. Ona görə cavabdeh öz gəlir və qazancını düşündüyü kimi vətəndaşların da pozulmuş hüquqlarını bərpa etməli, mənzil şəraitini təmin etməlidir. Buna görə də "xxxx" MMC-nin ona məxsus xüsusi mülkiyyətində olan mənzilini onun razılığı olmadan sökməsi qanunsuz hesab edilməli, habelə ona dəymiş mənəvi zərər ödənilməlidir. Xüsusi mülkiyyətinin onun xəbəri və icazəsi olmadan özbaşına şəkildə sökülməsi ona dərin mənəvi sarsıntı yaşatmış, bu hərəkətlər nəticəsində aylarla istirablar keçirtmişdir. Bu istirablar nəticəsində həm ailəsində onun, həm də digər ailə üzvləri əri, oğulları da istirablar, stress və əsəb sarsıntıları keçirtmişlər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 274/2025 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin Cavabdeh verilməsi, mənzilin İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 350 manat məbləğində kirayəyə görə kompensasiyanın ödənilməsi, ödənilmiş dövlət rüsumunun ilk İddiaçı MMC-nin özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, mənəvi zərərə görə 5000 manat məbləğində pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. (hakim X14)
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən payı iddiaçı tərəfindən həmin ərazidə aparılan söküntü işləri zamanı qəzalı vəziyyətdə olduğundan sökülmüşdür. Hazırda iddiaçının tələbi cavabdehə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin verilməsi və ona həmin mənzil təhvil verilənədək aylıq 350 manat məbləğində kirayə haqqının verilməsindən ibarətdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evinin faktiki sahəsinin 16.2 kv.m deyil, 36 kv.m olmasını iddia edərək, ona 36 kv.m olan sökülmüş evinin əvəzində ən azı 44 kv.m-dən az olmayan 1 otaqlı yeni təmirli mənzilin verilməsi və ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsidir. 49. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxt artıq qeyd olunan mənzil söküldüyündən məhkəmə tərəfindən Cavabdeh faktiki istifadəsində olan sahənin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində evin ölçüsünün 16,2 kv.m olduğunu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış hüquqların dövlət qeydiyyatı haqqında MH 01620256 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,01546 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 15 otaqlı 165.5 kv.m yaşayış, 86.6 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X12 1 otaq (y/s 10 kv.m, k/s- 8.1 kv.m), X2 1/12 hissədən 1 otaq, X8 9/12 hissədən bir otaq, X1 9/12 hissədə qalan hissə, X9 9/12 hissədən 1 otaq (y/s 17,5 kv.m), X7 1/12 hissədən 1 otaq, X4 1/12 hissə, X5 9/12 hissədən 1 otaq (y/s 18 kv.m), X15 9/12 hissədən 1 otaq (y/s – 9.6 kv.m), Əhmədova Zəminə 1/12 hissədə payları müəyyən edilmişdir. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin ilkin iddia üzrə cavabdeh tərəf iddiaçı tərəfindən təklif olunan mənzilin kvadratı ilə razı olmadığını, həmin binanın layihəsində ümumiyyətlə 28 kv.m mənzilin nəzərdə tutulmadığını qeyd edərək layihədə nəzərdə tutulan 1 otaqlı ən azı 44 kv.m sahəsi olan mənzilin verilməsini tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinantlar daxilində yerləşən 4,32 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi, o cümlədən, yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilməsi iş materialları ilə öz təsdiqini tapır. Yəni, MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, ilkin iddia üzrə cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. 54. Bundan əlavə qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh "xxxx" MMC-dən tikiləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 44 kv.m-dən az olmayan bir otaqlı təmirli mənzilin verilməsini, mənzil təhvil verilənə kimi ona hər ay 500 manat aylıq kompensasiya məbləği ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, təqdim olunmuş çıxarışa əsasən "xxxx" MMC tərəfindən təklif olunan mənzilin sahəsi ədalətlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mənzilinin cavabdeh tərəfindən qəzalı vəziyyətdə olduğundan sökülməsi faktını nəzərə alaraq cavabdehdən 5000 manat miqdarında mənəvi zərərin tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü maddələri, Mülki Məcəllənin 5.3-cü, 6.3-cü, 15-ci, 16.1-ci, 18-ci, 152.1-ci, 152.6-cı, 560.1ci, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 3.0.20-ci, 4.1, 4.2-ci 28.1-ci, 28.4-cü Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106-1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X13 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü, 65-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətinin məzmunun qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh onun evinin əvəzinə pul kompensasiyası verilməklə bağlırazılıq əldə etməyə çalışmışdır. Cavabdeh iddiaçıya pul kompensasiyası yox, onun evini alqı-satqı yolu ilə almalı və iddiaçının yerinə görə bu günki bazar qiyməti ilə almalı və ona vurulmuş mənəvi zərərin əvəzini də ödəməli idi. İddiaçı dağıdılmış mənzilinin əvəzində ona mənzilin yerləşdiyi ərazidə, yəni Zivərbəy Əhmədbəyov küçəsində tikiləcək binada ona 44 kv.m-dən az olmayan ölçüdə . mənzil verilməsini tələb etmişdir. Lakin ona 28.kv.m. mənzil iddiaçının yaşadığı ərazidən çox uzaqlarda yerləşən və nə vaxtsa tikiləcək binanın 11-ci mərtəbəsindən veriləcəyi vəd edilmişdir. Bu hal sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Beləki Mülkiyyətçi Cavabdeh mənzilinin yerləşdiyi ərazidə mənzillərin kv.m-i 4000-5000 manatdır. Bundan başqa mülkiyyətçi öz ailəsi və uşaqları ilə 36 kv. m. mənzildə rahat yaşayırdı.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bundan başqa qarşılıqlı iddiaçı qeyd edir ki, şirkətdə 40,50 və 60 kvadratlıq mənzillər var. Onların indi ona təklif etdikləri mənzil 7-ci binadadır. Onun evi isə Zivərbəy Əhmədbəyov 8dən uzaqdadır. Ona öz yerindən mənzil vermək istəmirlər çünki orada tikəcəkləri yaşayış və ya qeyri-yaşayış sahəsini çox baha satacaqlar. O, 44 kvadratlıq birotaqlı mənzilini və ya ona ağlabata məbləğdə başqa yerdən birotaqlı mənzil almaq üçün pulunu versinlər. Hesab edir ki, iddiasında qeyd etiyi ölçüdə mənzil olmadığı halda 1 m2 5.000 manatdan 44 kvadrata görə ona kompensasiya verilməlidir. Aşağı mərtəbədə olan mənzillərin kvadratı 3.850 manatdan başlayır və mərtəbə yüksəldikcə qiyməti hər mərtəbədə 50 manat artır. Ağlabatan kompensasiyanı ödəsinlər gedib qonşu binadan birotaqlı mənzil ala bilsin. O, özünə bir otaqlı qeyd etidiyi ölçüyə uyğun ev ala bilməsi üçün kvadratı 5000 manatdan hesablanmaqla kompensasiya istəyir.
18. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq göstərmişdir ki, 5.000 manat mənəvi zərərin tutulması, cavabdehə 28 kvadratlıq mənzil və o cümlədən qətnamədə 350 manat qeyd edilsə də, aylıq 500 manat kirayə haqqını mənzil sökülən tarixdən verməyə razıdırlar. Kompensasiyanı isə 28 kvadratlıq otaq üçün ödəyə bilərlər. Həmin binalarda satdıqları mənzilləri normalda təmirli halda vermirlər. Yalnız həmin binaların tikildiyi yerdə əvvəl evləri olmuş sakinlərə verilən mənzilləri təmirli vəziyyətdə verirlər. Digər müştərilər mənzili təmirsiz alırlar. Mənzillərin kvadratının qiyməti 3.500 manatdan başlayır. Kvadrat artdıqca qiyməti aşağı düşür. Belə ki, 87 kvadratlıqları 3.500 manata satsaqda, 114 kvadratlıqlar 3.000 manatdan satılır. Sakinlərə mənzili təmirli vermək üçün başqa şirkətlə razılaşmışlar, həmin şirkət tərəfindən mənzillər onların sifarişi ilə təmir edilir. Onlar mənzillərin təmiri ilə bağlı hər kvadratına görə təmir edən şirkətə 250 manat ödəyirlər. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konsitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməli, ilk və qarşılıqlı iddialar həmin hissələrdə qismən təmin edilməlidir.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. Hazırkı işin faktiki hallarına əsasən cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ev həmin ərazidə aparılan söküntü işləri zamanı sökülmüşdür. Hazırda iddiaçının tələbi cavabdehə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzilin verilməsi və ona həmin mənzil təhvil verilənədək aylıq 350 manat məbləğində kirayə haqqının verilməsindən ibarətdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evinin faktiki sahəsinin 16.2 kv.m deyil, 36 kv.m olmasını iddia edərək, ona 36 kv.m olan sökülmüş evinin əvəzində ən azı 44 kv.m-dən az olmayan 1 otaqlı yeni təmirli mənzilin verilməsi və ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsidir.
29. Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinantlar daxilində yerləşən 4,32 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi, o cümlədən, yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilməsi iş materialları ilə öz təsdiqini tapmış, yəni, MMC-nin hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması işin mübahisələndirilməyən halıdır.
30. Apellyasiya icraatı zamanı aparılmış araşdırma zamanı ilk iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamına əsaslanmaqla Cavabdeh mülkiyyətində olan və artıq sökülmüş fərdi yaşayış evinə münasibətdə təklif edilmiş və məhkəmə qətnaməsində göstərilən mənzilin sahəsinin 28 kv.mdən ibarət olmasını nəzərə alaraq müvafiq kompensassiya ödənilməsini təklif etmişdir. Cavabdeh isə bununla razılaşmır, qarşı tərəfin təklifinə etiraz edərək ona 44 kv.m-lik bir otaqlı mənzil verilməsini, mənzil verilməsi alınmadığı təqdirdə mülkiyyətində olan sökülmüş 36 kv.m-dən ibarət evinin hər kvadrat metri 5000 manatdan hesablanaraq müvafiq kompensassiya ödənilməsini tələb edir.
31. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
32. Hazırki mübahisə üzrə ilk iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
33. Göründüyü kimi iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxt artıq qeyd olunan mənzil söküldüyündən Cavabdeh faktiki istifadəsində olan sahənin müəyyən edilməsi mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində evin ölçüsünün 16,2 kv.m olduğunu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış hüquqların dövlət qeydiyyatı haqqında MH 01620256 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində istifadədə olan 0,01546 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 15 otaqlı 165.5 kv.m yaşayış, 86.6 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X11 adına 9/12 hissədən 1 otaq daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 8551 nömrəli vərəqində qeydiyyata alınmışdır.
34. Bu baxımdan iddia tələbinə uyğun olaraq İddiaçı MMC Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin söküntüdən əvvəl 16,2 kv.m-lik sahədən ibarət olduğunu sübut etməlidir.
35. Lakin məhkəmə araşdrıması zamanı nə işdə olan sənədlərlə sbut edilmədiyindən, nə də ilk İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda qeyd edilən halı sübut edə bilmədiyindən və fərdi yaşayış evi də hazırda söküldüyündən məhkəmə kollegiyası Cavabdeh faktiki istifadəsində olan sahəni 36 kv.m olmasını qəbul etməklə nəzərə alır, şirkət tərəfindən əlavə edilən 20% də üzərinə hesablanmaqla 43.2 kv.m ölçüyə müvafiq kompensassiya məbləğinin İddiaçı MMC-dən cavabdehin xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.
36. Apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatına əsasən ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus olmuş və sökülmüş fərdi yaşayış evinin yerində tikiləcək olan və ya həmin ərazidə mövcud olan binalarda 1 m2-nin (təmirli və təmirsiz ayrılıqda göstərməklə) 3 noyabr 2025-cil tarixə bazar qiyməti 2 2 təmirli:1 m = 3360 (üç min üç yüz altımış) manat, bazar qiyməti təmirsiz: 1 m = 3000 (üç min) manat təşkil edir. ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus olmuş və sökülmüş fərdi yaşayış evinin yerləşdiyi ərazidə ümumi sahəsi 28 və 44 m2 arası olan 1 otaqlı mənzillərin 3 noyabr 2025-cil tarixə kirayə haqqı qiyməti: 28 m2= 320 (üç yüz iyirmi) manat Kirayə haqqı qiyməti: 44 m2= 500 (beş yüz) manat təşkil edir. ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus olmuş və sökülmüş fərdi yaşayış evinin yerləşdiyi ərazidə ümumi sahəsi 28 və 44 m arası olan 1 otaqlı mənzillərin təmirli və təmirsiz ayrılıqda göstərməklə) 3 noyabr 2025-cil tarixə bazar qiyməti təmirli:28 m2= 94000 (doxsan dörd min) manat, bazar qiyməti təmirsiz: 28 m2= 84000 (səksən dörd min) manat təşkil edir; bazar qiyməti təmirli: 44m2= 148000 (yüz qırx səkkiz min) manat, bazar qiyməti təmirsiz: 44 m2= 132000 manat təşkil edir.
37. Məhkəmə kollegiyasının iclasında məhkəmə Cavabdeh 43.2 kv.m ölçüdə mənzillə təmin edilməsini qarşı tərəfə təklif etmiş, İddiaçı MMC isə tikilən binada hazırda o ölçüdə mənzil olmadığını bildirmiş və məhkəməyə təqdim edilən ərizədən həmin çoxmərtəbəli 7 nömrəli yaşayış binasının 5, 6, 4, 3-cü mərtəbələrdə 82.70 kv.m. ölçüdə 3 otaqlı mənzillərdən birini təklif etmiş, lakin həmin mənzillərin qiyməti ilə cavabdehin tələb etdiyi ölçüdə mənzilin qiymətləri arasında fərq çox olduğundan, sonuncu həmin təkliflə razılaşmamışdır. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehə çatacaq 43.2 kv.m ölçüdə mənzil olmadığından İddiaçı MMC tərəfindən həmin mənzilin dəyərində müvafiq kompensassiya Cavabdeh ödənilməlidir.
38. Məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, onlar tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasında aşağı mərtəbədə yerləşən məzillər hər kvadrat metri 3500 manatdan hesablanaraq təmirsiz vəziyyətdə satılır. Təmirli vəziyyətdə satılan mənzillər isə yalnız həmin binanın sakinlərinə müvafiq şirkət tərəfindən hər kvadrat metri 250 manatdan təmir etdirilməklə satılır. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı iş üzrə də Cavabdeh evi sökülən sakinlərdən olduğundan ona da mənzil təmirli vəziyyətdə verilməlidir. Bu baxımdan kollegiya cavabdehə münasibətdə mənzilin hər kvadrat metrini şirkət tərəfindən təmir ediləcək məbləğ fərqli olaraq hər kvadrat metri üçün 350 manatdan nəzərə almaqla alınmaqla 3850 (3500+350=3850) manat hesablama apararaq kompensassiyanın məbləği 166.320 manat (43.2 kv.m x 3850=166.320) müəyyən edilməldir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin fərdi yaşayış evinin sökülməsindən öncə mülkiyyətçi ilə mütləq razılıq əldə edilməlidir və razılıq əsasında müəyyən edilmiş kompensasiya ödənilməlidir. Hazırki işin halına uyğun olduqda da, yəni artıq ev söküldüyündən (mülkiyyət hüququnun pozulması) formalaşmış məhkəmə təcrübəsinə əsasən də mülkiyyətçinin razılığı ilə olan, o cümlədən ədalətli və adekvat kompensasiyanın ödənilməsi təmin edilməlidir. Eyni zamanda kollegiya mənzilin hər kvadrat metrinə görə məhz 3850 manat müəyyən etməsinə aydınlıq gətirmək istəyir. Belə ki, ilk iddiaçının nümayəndəsi məhkəmə iclasında təmirsiz mənzillərin 3500 manatdan satdıqlarını və evi sökülmüş sakinlərə isə təmirli halda mənzilləri təhvil verilməsini təmin etdiklərini bildirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı mənzilin hər kvadrat metri üçün 5000 manat tələb etsə də, hər kvadrat metrin minimum 3500 manatdan təmirsiz halda başlamasını nəzərə alaraq (mərtəbədən də aslılı olaraq. (Nə qədərki, iddiaçıya hər hansı mərtəbədən evin verilməsi barədə öhdəlik yoxdur)) məhz həmin məbləğdən mülkiyyətçinin evinə münasibətdə məhkəmə tərəfindən müəyyən edilən ölçüyə uyğun olaraq pulun hesablanması ədalətli və ağlabatandır. O cümlədən kollegiya təmir üçün 350 manatdan pulun ödənilməsi ilə bağlı qeyd edir ki, ilk iddiaçının nümayəndəsi təmirli təhvil verdikləri mənzillərin müqavilə əsasında digər şirkət tərəfindən hər kvadrat metri 250 manatdan təmir edildiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası məhz bu məbləğin 350 manatdan hesablanmasını münasib hesab edir. Belə ki, İddiaçı MMC tərəfindən toplu şəkildə bir neçə mənzillərin təmiri hər hansı bir şirkətə həvalə edildiyindən, həmin şirkət tərəfindən aralarında olan işguzar münasibətlər qaydasında daha münasib qiymətə, yəni 250 manata edilməsi mümkündür. Lakin cavabdeh mənzilini fərdi qaydada özü təmir etdirəcəyindən, mənzilin təmirinin hər kvadrat metrə 250 manatdan təmir edilməsi mümkün görünmür. Bu baxımından məhkəmə kollegiyası normal bazar qiymətlərini də nəzərə almaqla hər kvadrat metr üçün təmir pulunun 350 manatdan müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin aylıq ödəniləcək kirayə haqqına dair hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh "xxxx" MMC-dən tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil təhvil verilənə kimi ona hər ay 500 manat aylıq kompensasiya məbləği ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC həmin məbləğin yaşayış sahəsi sökülən gündən hesablanaraq aylıq 500 manat kirayə haqqı ödənilməsinə razılıq vermiş və məhkəmə kollegiyası da kirayəyə görə ödəniləcək həmin kompensassiya məbləğini ağlabatan hesab edir.
41. Bundan əlavə məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya kollegiya hesab edir ki, mənəvi zərərin 5000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində qismən ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə ilk və qarşılıqlı iddialar həmin hissələrdə qismən təmin edilməli, ilk iddia üzrə İddiaçı MMC-dən 166.320 manat məbləğində kompensassiya və yaşayış sahəsi sökülən gündən (2024-cü ilin aprel ayından hesablanaraq) hazırkı qətnamə icra olunan günədək Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-62/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində qismən ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlk və qarşılıqlı iddialar həmin hissələrdə qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı MMC-dən 166.320 manat məbləğində kompensassiya və yaşayış sahəsi sökülən gündən (2024-cü ilin aprel ayından hesablanaraq) hazırkı qətnamə icra olunan günədək Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı tutularaq ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.