Məhkəmə qərarları › İş №2(004)-3193/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3193/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3193/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair mülki işə Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı Bank xxxx ASC-nin “Həzi Aslanov” filialı arasında bağlanmış 30.08.2019-cu il tarixli RPF-00871- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə 13.03.2021-ci il tarixinə ödənilməmiş 2579,95 manat əsas borc, 17,9 manat faiz borcu olmaqla, cəmi 2597,85 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının Cavabdeh oğllundan iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcu götürüb, pandemiya ilə əlaqədar olaraq 5 aydır işləmir. Məhkəmədən qətnamə qəbul edərkən ailəli olmağını, himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin 02.06.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” fılialı ilə Cavabdeh oğlu arasında bağlanmış 30.08.2019-cu il tarixli RPF-00871- 16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2586,76 manat məbləğində kredit verilmişdir. Borcalan isə krediti 25.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və 30.08.2024-cü il tarixədək faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh oğlu arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00871-16/19A saylı 30 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. 15.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh oğlunun həmin tarixə 2579,85 manat əsas borc, 17,9 manat faiz borcu olmaqla, cəmi 2597,85 manat təşkil edir. İş materiallarında olan 13.01.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavadehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı bank öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, İddiaçı Bank xxxx ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli RPF-00871-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021-ci il tarixinə ödənilməmiş 2579,95 manat əsas borc, 17,9 manat faiz borcu, ümumilikdə 2597,85 manat borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq Bank “xxxx"-nin xeyrinə ödənilməlidir. Belə ki, iddiaşı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini qismən yerinə yetirməmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank xxxx ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli RPF-00871-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021-ci il tarixinə ödənilməmiş 2579,95 manat əsas borc, 17,9 manat faiz borcu, ümumilikdə 2597,85 manat borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Bank xxxx ASC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov İş № 2(004)-726/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 28 yanvar 2021-ci il Bakı şəhəri Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair mülki işə Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin "Həzi Aslanov" filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 20.12.2019-cu il tarixli RPF-01145-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh oğlundan 20.12.2019-cu il tarixli RPF-01145-16/19A saylı kredit müqaviləsi üzrə 19.10.2020-ci il tarixinə ödənilməmiş 2969,51 rıanat əsas borc, 16,97 manat faiz borcu olmaqla, cəmi 2986,48 (iki min doqquz yüz səksən altı manat 48 qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq Bank “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar