Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-32/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X14 İctimai Birliyinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Aztəminatlı X2rşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Aztəminatlı X2rşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 250 kv.m torpaq sahəsinin ona məxsus olan 125 kv.m sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh X14 İctimai Birliyinin qeyri-qanuni istifadəsi nəticəsində həmin fərdi yaşayış evinə dəymiş 71200 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 304 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissədə paylı mülkiyyətçisidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli 2(001)-11516/2014 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun Qərb küçəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə cavabdeh X7 payları müəyyən edilmiş və həmin paylara uyğun İddiaçı və X7 adlarına bələdiyyə qərarının verilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsindən ibarət olan əmlakın 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə X7 payı müəyyən edilmiş, sözügedən torpaq sahəsinin 125 kv.metr hissəsi onun adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli qətnaməsi ilə X12 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Nikahın pozulmasından sonra bir müddət xarici ölkədə yaşadığı üçün sözügedən əmlakınhansı vəziyyətdə olması ilə bağlı məlumatlı olmamışdır. Azərbaycana qayıtdıqdan sonra uşaqları ilə birgə evində yaşamaq istəsə də, keçmiş həyat yoldaşı X12 tərəfindən qeyd olunan əmlakın - fərdi yaşayış evinin paylı mülkiyyətçi kimi onun razılığı olmadan cavabdeh "Damla" X14 İctimai Birliyinə (VÖEN: **********) qeyri-qanuni olaraq icarəyə verildiyini öyrənmişdir. Belə ki, həmin əmlakın "Damla" X14 İctimai Birliyinə icarəyə verilməsinə dair keçmiş həyat yoldaşı ilə cavabdeh arasında heç bir – müqavilə olmamışdır. Həmin əmlak - fərdi yaşayış evi cavabdehə qeyri-qanuni icarəyə verilərkən belə paylı mülkiyyətçi kimi onun razılığı alınmamışdır. Bu da onun həmin əmlak üzərində mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Azərbaycana himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qayıtdıqdan sonra evdə yaşamaq niyyətini və qanunsuz yolla icarəyə verilmiş əmlakın boşaldılaraq ona təhvil verilməsini cavadeh "Damla" X14 İctimai Birliyinin rəhbərliyinə bir neçə dəfə bildirsə də, onlar tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmiş və fərdi yaşayış evi boşaldılaraq ona təhvil verilməmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq tərəfindən cavabdeh "Damla" Aztəminatlı X2rşı "əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və ona təhvil verilməsi" tələbi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan mübahisə ilə bağlı mülki iş Binəqədi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsinin ona məxsus olan 125 kv.metr sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına, ondan istifadə etməyinə olan maneənin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, eyni zamanda cavabdeh "Damla" X14 İctimai Birliyinin qeyd edilən fərdi yaşayış evində fəaliyyətinin dayandırılması növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizəsi məhkəmə tərəfindən qismən təmin edilərək, onun Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmağına və ondan istifadə etməyinə maneə törədilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadı əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri aparılan zaman cavabdeh "Damla" Aztəminatlı X3 məxsus olan 250 m2 torpaq sahəsində yerləşən üçmərtəbəli fərdi yaşayış evindən çıxmış və beləliklə onun fərdi yaşayış evindən qanuni istifadəsi təmin edilmişdir. İcra hərəkətlərinin aparılması barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev, o və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Cavabdeh "Damla" X14 İctimai Birliyi həmin fərdi yaşayış evindən onun iradəsi əleyhinə qeyri-qanuni (heç bir hüquqi əsas olmadan) istifadə etdiyi dövrdə daşınmaz əmlaka böyük miqdarda maddi ziyan vurmuşdur. Bu halla bağlı Qiymətləndirici şirkət olan "xxxx" MMC ilə müqavilə bağlayaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməsini sifariş etmişdir. "xxxx" MMC tərəfindən iştirakı ilə həmin fərdi yaşayış evinə texniki baxış keçirilmiş, əmlaka dəymiş maddi ziyanın məbləği müəyyən edilərək ona 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. Belə ki, dəymiş madi ziyanın məbləğinin müəyyən edilməsi barədə 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh "Damla" Aztəminatlı X1 məxsus olan fərdi yaşayış evindən qeyri-qanuni istifadə etməsi nəticəsində həmin fərdi yaşayış evinə mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğdə dəymiş maddi ziyanın məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra, Cavabdeh X14 İctimai Birliyinin sədri X11 İddiaçı Cavabdeh Aztəminatlı X2rşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə məhkəməyə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının keçmiş əri Ramil Hacıquliyevin mülkiyyətində olmuş 250 kv.m torpaq sahəsində yerləşir. İddiaçı 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bu torpaq sahəsinin və mübahisəli fərdi yaşayış evinin bölünməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia bu fərdi yaşayış evinin bölünməsi hissəsində rədd edilmiş və yalnız torpaq sahəsinin ½ payla bölünməsi hissəsində təmin edilmişdir. Göründüyü kimi bu fərdi yaşayış evinin iddiaçıya aid olmasını sübut edən heç bir sənəd yoxdur. Əksinə olaraq Binəqədi Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının bu fərdi yaşayış evinə heç bir hüququnun olmadığı təsbit edilmişdir. Belə olan halda hesab edirlər ki, bu fərdi yaşayış evi nəinki iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində deyil, hətta bu fərdi yaşyış evinin ümumiyyətlə hər hansı hüquqla iddiaçıya məxsusluğu təsdiq edilmir. İddiaçının bu fərdi yaşayış evinə hüququnun olmamasını həm də o sübut edir ki, bu əmlak onlardan əvvəl də digər şəxslərin istifadəsinə verilsə də, iddiaçı heç vaxt bunu mübahisələndirməmiş və buna qarşı çıxmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu əmlaka dəymiş zərərin əvəzini tələb etmək üçün zəruri subyektiv huquqa malik deyildir. Habelə, iddiaçının bu fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmasını təsdiq edən heç bir sübutun olmadığı nəzərə alınsa, bu əmlakın kirayə verilməsi üçün də belə şəxsdən icazə almaq və bu cür şəxsə hər hansı bir əvəz ödəmək qanunvericiliyə, o cümlədən MM-nin 215-ci maddəsinə zidd olardı. Eyni zamanda iddiaçı bu fərdi yaşayış evinin müxtəlif sahələrinə cavabdeh tərəfindən zədə vurulduğunu qeyd etsə də, bu zədələr barədə konkret məlumat təqdim etməmişdir. İddia etdiyi bu zədələrin konkret olaraq nə zaman yaranması göstərilməmiş və onların məhz cavabdeh tərəfindən vurulmasına dair heç bir sübut təqdim etməmişdir. Misal-1: zalda tavanın lepkasının bəzi yerdə çatlamasmı qeyd edərək, iddiaçı bu zədənin təmiri üçün cavabdehdən 170 manatdan artıq vəsait tələb edir (rəy, v.7 və 23). Lakin bu zədənin yaranmasında cavabdehin təqsirini və ya rolunu təsdiq edən heç bir sübut təqdim etmir. Bundan başqa, iddiaçı zədələnmiş əşyaların ilkin dəyərini, ilkin vəziyyətini, istifadə müddətini, yararlılıq müddətini, aşınma dərəcəsini və zədənin xarakterini nəzərə almayaraq, cavabdehdən bu əşyanın təmirini deyil, əsassız olaraq bu əşyanı bütünlüklə bahalı brendə aid yeni əşya ilə əvəz edilməsini tələb edir. Misal-2: Mətbəxdə mebelin zədələnməsini qeyd edərək iddiaçı bu zədənin təmirini deyil cavabdehdən dəyəri 5980 manatdan artıq olan “İKEA” brendinə aid yeni mətbəx mebelinin alınmasını tələb edir (rəy, v.7 və 24). Təbii ki, bu cür tələbi əsaslı və qanuni hesab etmək olmaz. Cavabdeh bu fərdi yaşayış evindən istifadə etdiyi müddət ərzində əmlaka heç bir zərər vurmamışdır. Mütəxəssis rəyində qeyd edilmiş zədələrin heç biri cavabdeh tərəfindən törədilməmişdir. Əksinə olaraq, bu fərdi yaşayış evini onların istifadələrinə vermiş Ramil Hacıquliyevin razılığı ilə bu fərdi yaşayış evinin həyətində təmizlik və abadlıq işlərini aparmış, zirzəmisini isə təmizləmişdir. Ramil Hacıquliyev bu fərdi yaşayış evinə tez-tez gəlmişdir. O əmlaka hər hansı bir zədə aşkar etsəydi buna dair onlara irad bildirərdi. Lakin bu əmlakdan istifadə etdikləri müddət ərzində Ramil Hacıquliyev tərəfindən belə bir irad olmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yeganə məqsədi bu fərdi yaşayış evinin kapital təmiri üçün tələb olunan vəsaiti tam şəkildə cavabdehdən almaqdır. İddiaçı "xxxx" MMC-nin 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyinə istinadən iddia edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 71 200 (yetmiş bir min iki yüz) manat məbləğində ziyan vurulmuşdur. Bu rəy saxta olduğu üçün sübutlar içərisindən çıxarılmalıdır. Bu rəyi obyektiv və müəyyən edilmiş sahəvi normativ aktlara və işin hallarına uyğun hesab etmək mümkün deyil. Odur ki, subyektiv hüquqa malik olmayan İddiaçı iddiası yolverilməz və tamamilə əsassızdır və iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Dəymiş ziyanla bağlı mütəxəssis rəyi məhkəməyə təqdim olunmuş, daha sonra məhkəmənin qərardadı ilə ekspertiza təyin edilmiş və ekspert rəyində dəymiş ziyanın məbləği müəyyən edilmişdir. Onlarda olan məlumata görə cavabdehdən öncə həmin yaşayış evi başqa bir şəxsin istifadəsinə də evin sənədi olmadığından sənədləşdirmə olmadan qeyri-qanuni əsasla verilmişdir. Azərbaycana gələndən sonra iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxsə müraciət edərək, uşaqlarla birlikdə Azərbaycana qayıtdığını, burada yaşayacağını bildirmiş, cavabdehin həmin evdən çıxarılmasını tələb etmişdir. Ramil bundan imtina etmiş, iddiaçı ilə nikahlarının pozulduğunu, iddiaçının həmin evdə yaşamaq hüququnun olmadığını bildirmişdir. Daha sonra iddiaçı özü cavabdehə müraciət edərək onların çıxmasını tələb etmiş, lakin onlar iddiaçını tanımadıqlarını, müstəqil tələb irəli sürməyən üçüncü şəxs onlara müraciət etdiyi təqdirdə evdən çıxacaqlarını bildirmişlər. Daha sonra, iddiaçı məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunduqdan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh həmin yaşayış evindən çıxarılmış və iddiaçı, iddiaçının anası və uşaqları həmin evə yerləşdirilmişdir. Üçüncü şəxsin ərizəsindən də cavabdehin həmin evdən qeyri-qanuni istifadə etməsi müəyyən edilir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehdən öncə həmin yaşayış evi başqa bir şəxsin istifadəsinə də verilmişdir. Lakin ev qeyri-qanuni istifadəyə verildiyindən bunu müəyyən etmək çətin məsələdir. Hacıquliyev Ramil iddiaçıya cavabdehdən öncə həmin yaşayış evinin başqa bir şəxsin istifadəsinə də verildiyini bildirmişdir. Lakin kimin istifadəsinə verildiyi onlara məlum deyil. Vaxtı ilə iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslə həmin fərdi yaşayış evində birlikdə yaşamışlar. Tərəflər arasında 2018-ci ildə ailə münasibətləri pozulandan sonra iddiaçı himayəsində olan iki azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh X14 İctimai Birliyinin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İlk öncə qeyd edilməlidir ki, bu fərdi yaşayış evi iddiaçının keçmiş əri Ramil Hacıquliyevin mülkiyyətində olmuş 250 kv.m torpaq sahəsində yerləşir. İddiaçı 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bu torpaq sahəsinin və bu fərdi yaşayış evinin bölünməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia bu fərdi yaşayış evinin bölünməsi hissəsində rədd edilmiş və yalnız bu torpaq sahəsinin 1/2 payla bölünməsi hissəsində təmin etmişdir. Göründüyü kimi, bu fərdi yaşayış evinin iddiaçıya aid olmasını sübut edən heç bir sənəd yoxdur. Əksinə olaraq Binəqədi Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının bu fərdi yaşayış evinə heç bir hüququnun olmadığı təsbit edilmişdir. Belə olan halda hesab edirlər ki, bu fərdi yaşayış evi nəinki iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində deyil, hətta bu fərdi yaşayış evinin ümumiyyətlə hər hansı hüquqla iddiaçıya məxsusluğu təsdiq edilmir. İddiaçının bu fərdi yaşayış evinə hüququnun olmamasını həm də o sübut edir ki, bu əmlak onlardan əvvəl də digər şəxslərin istifadəsinə verilsə də, iddiaçı heç vaxt bunu mübahisələndirməmiş və buna qarşı çıxmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu əmlaka dəymiş zərərin əvəzini tələb etmək üçün zəruri subyektiv hüquqa malik deyildir. İddia ərizəsində qeyd olunur ki, iddiaçı bu fərdi yaşayış evinin paylı mülkiyyətçisidir və MM-nin 215-ci maddəsinə əsasən, bu əmlak onun razılığı olmadan kirayə verilə bilməzdi. İddiaçının bu fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmasını təsdiq edən heç bir sübutun olmadığı nəzərə alınsa, bu əmlakın kirayə verilməsi üçün belə şəxsdən icazə almaq və bu cür şəxsə hər hansı bir əvəz ödəmək qanunvericiliyə, o cümlədən MM-nin 215-ci maddəsində zidd olardı. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının bu fərdi yaşayış evindən istifadəyə görə cavabdehdən hər-hansı bir əvəz tələb etmək hüququ da yoxdur. İddiaçı bu fərdi yaşayış evinin müxtəlif sahələrinə cavabdeh tərəfindən “zədə” vurulduğunu qeyd etsə də, bu zədələr barədə konkret məlumat təqdim etməmişdir. Belə ki, iddiaçı bu fərdi yaşayış evini istifadə üçün cavabdehə hansı vəziyyətdə verildiyinə dair heç bir sübut təqdim etməmişdir. İddia etdiyi bu zədələrin konkret olaraq nə zaman yaranması göstərilməmiş və onların məhz cavabdeh tərəfindən vurulmasına dair heç bir sübut təqdim etməmişdir. Misal-1: zalda tavanın lepkasının bəzi yerdə çatlamasmı qeyd edərək, iddiaçı bu zədənin təmiri üçün cavabdehdən 170 manatdan artıq vəsait tələb edir (rəy, v.7 və 23). Lakin bu zədənin yaranmasında cavabdehin təqsirini və ya rolunu təsdiq edən heç bir sübut təqdim etmir. Bundan başqa, iddiaçı zədələnmiş əşyaların ilkin dəyərini, ilkin vəziyyətini, istifadə müddətini, yararlılıq müddətini, aşınma dərəcəsini və zədənin xarakterini nəzərə almayaraq, cavabdehdən bu əşyanın təmirini deyil, əsassız olaraq bu əşyanı bütünlüklə bahalı brendə aid yeni əşya ilə əvəz edilməsini tələb edir. Misal-2: Mətbəxdə mebelin zədələnməsini qeyd edərək iddiaçı bu zədənin təmirini deyil cavabdehdən dəyəri 5980 manatdan artıq olan “İKEA” brendinə aid yeni mətbəx mebelinin alınmasını tələb edir (rəy, v.7 və 24). Təbii ki, bu cür tələbi əsaslı və qanuni hesab etmək olmaz. Cavabdeh bu fərdi yaşayış evindən istifadə etdiyi müddət ərzində əmlaka heç bir zərər vurmamışdır. Mütəxəssis rəyində qeyd edilmiş zədələrin heç biri cavabdeh tərəfindən törədilməmişdir. Əksinə olaraq, bu fərdi yaşayış evini onların istifadələrinə vermiş Ramil Hacıquliyevin razılığı ilə bu fərdi yaşayış evinin həyətində təmizlik və abadlıq işlərini aparmış, zirzəmisini isə təmizləmişdir. Ramil Hacıquliyev bu fərdi yaşayış evinə tez-tez gəlmişdir. O əmlaka hər hansı bir zədə aşkar etsəydi buna dair onlara irad bildirərdi. Lakin bu əmlakdan istifadə etdikləri müddət ərzində Ramil Hacıquliyev tərəfindən belə bir irad olmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının yeganə məqsədi bu fərdi yaşayış evinin təmiri üçün tələb olunan vəsaiti tam şəkildə cavabdehdən almaqdır. Ekspert rəyində mütəxəssis rəyini 99 faiz kopyalamışdır. Mütəxəssis və ekspert rəyi evin kapital təmirinə yönəlmişdir. Ekspert rəyi əsaslı, qanuni və obyektiv deyildir. Ev cavabdehin istifadəsinə veiləndə iddiaçının məlumatı və razılığı olmuş, etirazı olmamışdır. İddiaçıya üçüncü şəxs tərəfindən göndərilən 500 dollar pulun bir hissəsi həmin evin istfadəsinə görə verilən haqdan verilmişdir. Üçüncü şəxs öz ərizəsində qeyd edir ki, bu evi o, inşa etmişdir və sahibi də özüdür. O, bu fərdi yaşayış evini bir neçə dəfə müxtəlif şəxlərin istifadəsinə vermişdir. Sonuncu dəfə isə bu fərdi yaşayış evini xeyriyyəçiliklə məşğul olan Cavabdeh İctimai Birliyinin istifadəsinə vermişdir. Damla” ictimai birliyi bu fərdi yaşayış evindən istifadə etdiyi gündən bu fərdi yaşayış evində olan oboy, kafel, metlax, mebel, avadanlıq və s əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə heç bir xəsarət yetirməmiş və heç bir əmlak ziyanı vurmamışdır. Əksinə olaraq, onun razılığı ilə bu fərdi yaşayış evinin həyətində abadlıq, zirzəmisində isə təmizlik işləri aparmışdır. Bu fərdi yaşayış evi Cavabdeh ictimai birliyinin istifadəsində olduğu müddət ərzində o tez-tez buraya gəlir və evin durumunu yoxlamışdır və hər dəfə müşahidə etmişdir ki, Cavabdeh ictimai birliyi bu evi daim təmiz və səliqəli saxlayır. İddiaçı bu iddiasının tamamilə əsassız və uydurma olmasının nəzərə alınmasını xahiş edir. Həm mütəxəssis, həm ekspert rəyində qiymətlər şişirdilmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ev üçüncü şəxs tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert izahatında bildirmişdir ki, məhkəmə ekspertizasının rəyini qanunvericiliyə uyğun əsaslı və obyektiv hesab etmək olar. Ekspertiza baxış zamanı əldə edilən məlumatlara əsasən aparılmışdır. Qüsurlar müəyyən edilmiş və smeta tərtib edilmişdir. Smetada müvafiq preyskurantlar və digər məlumatlara əsasən bazar qiymətlərinə əsasən aparılır. Məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın aparılması üçün baxış zamanı əldə edilmiş məlumatlardan və aparılmış hesablamalardan istifadə olunmuşdur. Qiymətlər bugunkü olan bazar qiymətləri ilə müəyyən edilir. Rəydə qeyd edilmiş qüsurların 2018-ci il və ya ondan əvvəl yaranmasını müəyyən etmək üçün hər hansı bir metodika yoxdur. Yaşayış yerinə baxış keçirərkən fotoçəkiliş aparmışdır. Videoçəkilişə zərurət olmamışdır. Aşınma dərəcəsi tikinti-təmir işlərinin müəyyən edilməsinə dair metodika yoxdur. Müəyyən edilmiş qüsurlar, o cümlədən oyuqların açılması, kabel xətlərinin üstünün açılması, kafelin sınması aşınma nəticəsində baş verə bilməz. Radiatorun kranı qırılmışdır. Elektrik açarı və yuvasının ehtiyatsız istifadə nəticəsində təmirinə zərurət yaranmışdır. Tavanda oyuqlar açılmış, həmçinin su sızması izləri vardı. Tərtib etdiyi smetada göstərilən qüsurların aradan qaldırılması aşınma nəticəsində deyil, müdaxilə nəticəsində yaranan qüsurlardır. Rəydə qeyd edilən əmlakların ilkin vəziyyətini müəyyən etməmişdir. Rəydə qüsurları və dəyərlərini qeyd etmişdir. Rəydə qüsur kimi qeyd edilən əşyaların cavabdehin istifadəsinə verildikdə hansı vəziyyətdə olduğunu bilmir. Divarlarda olan oboylar İtaliya istehsalı olmaya bilər, lakin keyfiyyətli oboylardır. Əlavə elektrik işləri, əlavə santexnika işləri, zibilin daşınması və s. xərcləri təcübələrinə əsasən işin həcminə görə müəyyən etmişlər. Evin kürsüsünün divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsü, dərinliyi müxtəlif olur, dəqiq deyə bilmir. Evin birinci mərtəbəsinin divarında çoxsaylı oyuqlar vardır, dəqiq sayını deyə bilmir. Oyuqların ölçüsünü, dərinliyini də dəqiq deyə bilmir. Ehtiyac olmadığından ölçməmişdir. İşıq plafonlarının həm özləri, həm də yerləri sökülmüşdür. Kürsüdə 3 ədəd plafon sökülmüşdür. Evin birinci mərtəbəsində neçə plafonun söküldüyünü smetada qeyd etmişdir. Elektrik xətlərinin divar üstünün dağıdılması dedikdə divarın üst səthində şırım açılması nəzərdə tutulmuşdur. Elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarların, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumatı heç bir mütəxəssis deyə bilməz. Evin birinci, ikinci mərtəbəsində elektrik xətlərinin uzunluğu, divarda yeri, hansı divarlarda, hansı dərəcədə dağıdılması barədə dəqiq məlumat verə bilməz. Evin zirzəmisində, birinci, ikinci mərtəbəsində qırılmış kafelləri sayla deyil, kvadratmetrlə qeyd etmişdir. Sınıqların ölçüləri barədə də məlumat verə bilməz. Evin zirzəmisinin hansı hissədində kafelin qırıldığını xatırlamır. Evin ikinci mərtəbəsinin döşəməsində olan lak qatının neçə ədəd ovuntusunun olmasını deyə bilmir. Evin birinci mərtəbəsinin döşəməsində olan lak qatında qüsur yoxdur. Döşəmə taxtalarının aralanması zirzəmiyə aid deyil. Evin birinci və ikinci mərtəbələrində döşəmə taxtalarının aralanması, yeri, aralanmanın ölçüsü barədə dəqiq məlumat verə bilmir. Taxta döşəmələrdə olan qaralmaların səbəbi su sızmasıdır. Evin birinci, ikinci mərtəbələrində taxta döşəməsinin qaralmış taxtalarının ölçüsü, sayı, yeri barədə məlumat verə bilmir. Bu, kürsüyə aid deyil. Taxta döşəmənin silinməsi belə qaralmaya səbəb ola bilməz. Rəydə qüsurlar ümumi göstərilmiş, baxış zamanı əldə edilmiş qeydlərə əsasən xırdalıqla smetada ətraflı göstərmişlər. Su sızma ikinci mərtəbədə döşəmədə, birinci mərtəbənin tavan və divarlarında müşahidə edilir. Mütəxəssis rəyinə nəzər yetirmiş, lakin tam şəkildə ondan istifadə etməmişdir. Baxış zamanı müəyyən edilmiş qüsurların hamısını rəydə qeyd etmişdir. Dəymiş zərərin orta qiymətini göstərmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 2019-cu ildən 2022-ci ilədək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməməyinin əsas səbəbi xəstə olmağı, işlə bağlı proyektlərinin olmağı olmuşdur. Cavabdehdən öncə həmin yaşayış evinin başqa bir şəxsin istifadəsinə də verildiyindən əvvəllər xəbəri olmamışdır. Hacıquliyev Ramil yazılı şəkildə məhkəməyə təqdim etdiyi ərizəsində bunu ifadə etmişdir. Bu barədə Ramil ona həmin evə köçəndən sonra, yəni 24 yanvar 2023-cü ildən sonra məlumat vermişdir. Bildiyinə görə 2018-ci ildən sonra həmin evdə heç kim yaşamamışdır. Atası həmin evdə 2014- 2015-ci ildə bir müddət qalıb. Daha sonra, qardaşı həmin evdə 2-3 həftə qalmışdır. Onun 2019-cu ildə evin cavabdehin istifadəsində olduğundan xəbəri olmuşdur. Cavabdehin facebook, instagram səhifələrində evin şəkillərinin yerləşdirildiyi tarix vardır. O, həmin evin mülkiyyətçisidir. Evin tikintisini özü həyata keçirmişdir. 2013-cü ildə Türkiyə Respublikasına getmişdir. Arada Azərbaycana gəlib-getmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslə nikahları 2018-ci ildə pozulmuşdur. Həmin evdə 2013-cü ilə qədər yaşamışdır. 2013-cü ildən sonra həmin evdə yalnız bir neçə günlük qalmışdır. Yol çəkilən vaxtı atası həmin evdə 2-3 ay yaşamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin evdə yaşamamışdır. Ramil də Türkiyə Respublikasında yaşayırdı. 2018-ci ildə nikahları pozulandan sonra Ramil Dağıstan Respublikasına getmişdir. Həmin evin cavabdehə istifadəyə verilməsindən 2019-cu ilin yanvar ayından etibarən məlumatı olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin evin cavabdehin istifadəsinə müvəqqəti olaraq veriləcəyini və cavabdehin xeyriyyəçiliklə məşğul olduğunu bildirmişdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cavabdehdən evdən istifadə ilə bağlı haqq alıb-almadığı barədə məlumatı yoxdur. Nikahları pozulandan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona yalnız uşaqların saxlanması üçün 500 dollar aliment verirdi. 2022-ci ilin avqustunda cavabdeh ictimai birliyin sədri Nigar xanıma zəng edərək öz etirazını bildirmiş və məktəb başlayana kimi evi boşaltmağı tələb etmişdir. Bakıya gələndə həmin evə gedib baxmamışdır, lakin evin cavabdehin istifadəsində olduğundan məlumatı olmuşdur. Ramil ona bildirmişdir ki, cavabdeh bağlı qurum olduğundan onu oraya buraxmayacaqlar. Dəfərlərlə Ramildən açarı istəmişdir, çünki həmin evdə onun cehizləri olmuşdur. Bundan başqa, Covid xəstəliyindən sonra onda müalicəsi olmayan xəstəlik yaranmışdır. Həm də həmin xəstəliklə bağlı Azərbaycana gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X7 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı və X7 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, həmçinin birgə nikah dövründə həmin torpaq sahəsində tikilmiş tikiliyə də paylar bərabər olmaqla, ½ hissədə arvadın, ½ hissədə ərin əmlak hüquqları olsa da, lakin hazırki mərhələdə tikiliyə dair hər hansı bir sənəd təqdim edilə bilmədiyindən, hazırki mərhələdə tikilinin bölünməsi mümkün deyildir. Gələcəkdə tikili reyestrdən qeydiyyatdan keçərkən paylar bərabər hesab edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 saylı Qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X7 paylarının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin 125 kv.m hissəinin İddiaçı adına rəsmiləşdirilməsi, Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi bələdiyyəsi (satan) ilə İddiaçı (alıcı) arasında bağlanmış Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində olan sahənin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən satan mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 125 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün alıcıya təklif etmiş, alıcı isə fərdi yaşayış evinin tikintisi üçün təklif edilən sahəni qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 saylı qətnaməsinə əsasən X12 ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində 14 dekabr 2004-cü il tarixdə, 1506 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 09 yanvar 2006-cı il təvəllüdlü X13 və 14 mart 2007-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması, 09 yanvar 2006-cı il təvəllüdlü X13 və 14 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq X5 hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 423072 seriya nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X12 ilə İddiaçı arasındakı nikah 22 may 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş və bu barədə nikahın pzoulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binqədədi Rayon Məhkəməsinin 16(001)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədiləcəyi təqdirdə qanunvericilikdən irəli qələn məsuliyyət Cavabdeh X14 İctimai Birliyinin sədri X8 izah olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh X14 İctimai Birliyinin mübahisəli 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evindən çıxdığından və iddiaçı iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyindən İddiaçı Cavabdeh Aztəminatlı X2rşı “əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 25 yanvar 2023-cü il tarixli, UNİ/Y 20-02/23 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın məbləği xx.xx.2023-cü il tarixinə 71 200 (yetmiş bir min iki yüz) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan X7 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, bu evi o, inşa etmişdir və sahibi də özüdür. O, bu fərdi yaşayış evini bir neçə dəfə müxtəlif şəxlərin istifadəsinə vermişdir. Sonuncu dəfə isə bu fərdi yaşayış evini xeyriyyəçiliklə məşğul olan Cavabdeh İctimai Birliyinin istifadəsinə vermişdir. Damla” ictimai birliyi bu fərdi yaşayış evindən istifadə etdiyi gündən bu fərdi yaşayış evində olan oboy, kafel, metlax, mebel, avadanlıq və s əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə heç bir xəsarət yetirməmiş və heç bir əmlak ziyanı vurmamışdır. Əksinə olaraq, onun razılığı ilə bu fərdi yaşayış evinin həyətində abadlıq, zirzəmisində isə təmizlik işləri aparmışdır. Bu fərdi yaşayış evi Cavabdeh ictimai birliyinin istifadəsində olduğu müddət ərzində o tez-tez buraya gəlir və evin durumunu yoxlamışdır və hər dəfə müşahidə etmişdir ki, Cavabdeh ictimai birliyi bu evi daim təmiz və səliqəli saxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2941/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən qəmin edilərək, iddiaçı X7 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən şəhid İbrahim Sadıqlı ünvanında olan 250 kv.m torpaq sahəsi üzərində tikilmiş üç mərtəbəli evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh X14 İctimai Birliyinin rəsmi internet səhifəsində, facebook və instagram səhifələrində yerləşdirilmiş 2019-2022-ci illəri əhatə edən fotoşəkillərdən görünür ki, Cavabdeh X14 İctimai Birliyi həmin dövrdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun Qərb küçəsində yerləşən ümumilikdə 250 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evində fəaliyyət göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin kürsü mərtəbəsinin divarları boya ilə rənglənmiş, döşəməsinə metlax vurulmuşdur. Divarlarında işıq plafonları quraşdırılmışdır. Qarajın baş tərəfində taxtadan arakəsmələr quraşdırılmışdır. Birinci və ikinci mərtəbədə yaşayış evinin yaşayış (qonaq və yataq otaqları) otaqlarının və dəhlizinin divarlarının və tavanın şpakyovka qatı ilə üzləndiyi, boya ilə rəngləndiyi, divar kağızı ilə üzləndiyi müəyyən edilmişdir. Mənzilin otaqların tavanın kənarlarına perimetr boyu gips materialdan divar künclükləri (paduqalar) vurulmuş, üzəri boya ilə rənglənmişdir. Mətbəxin, dəhlizin, qonaq və yataq otaqlarının döşəməsinə taxta vurulmuş, üzəri laklanmışdır. Sanitariya qovşaqlarının divarlarına kafel, döşəməsinə metlax, tavanına asma tavan vurulmuşdur. Sanitariya qovşaqlarının daxilində sanitar-texniki qurğu, avadanlıqlar və onlara aid müvafiq aksesuarlar quraşdırılmışdır. Tədqiq olunan mənzilə divariçi elektrik və istilik boru xətləri çəkilmiş, elektrik qutuları yerləşdirilmiş və istilik radiatorları quraşdırılmışdır. Baxış zamanı fərdi yaşayış evinin kürsü, birinci və ikinci mərtəbələrində divara çoxlu sayda oyuqların açıldığı, işıq plafonlarının yerlərinin söküldüyü, elektrik xətlərinin divar üstünün dağıdılmış, kafellərin bəzi yerlərdə sındığı, döşəməyə vurulmuş lak qatının ovulduğu, döşəmə taxtalarının bir-birindən aralandığı, qaraldığı və s. qüsurların olduğu müşahidə olunmuşdur. Tədqiq olunan yaşayış evində yuxarıda qeyd olunan qüsurların xüsusiyyətlərini nəzərə alaraq, həmin qüsurların kənar müdaxilə və susızma nəticəsində baş verməyə xarakterik olduğu müəyyən edilir. Yaşayış evində yaranmış qüsurların hansı dövrə aid olmasının müəyyən edilməsinə dair metodika olmadığından, həmin qüsurların 2019-cu ildən əvvəl və ya 2019-cu ildən sonra istifadə zamanı əmələ gəlib-qəlməməsinə dair tədqiqat aparılmadı. Lakin tədqiq olunan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 25023,5 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 rəsmi nikah münasibətlərində olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X7 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı və X7 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(001)-1028/2018 saylı qətnaməsinə əsasən X12 ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində 14 dekabr 2004-cü il tarixdə, 1506 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra İddiaçı uzun müddət ölkə xaricində olmuşdur. Bu müddət ərzində hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini qeyri-rəsmi formada hazırki iş üzrə Cavabdeh X14 İctimai Birliyinə icarəyə vermişdir. Daha sonra, İddiaçı Cavabdeh Aztəminatlı X2rşı “əmlakdan qeyriqanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə və eyni zamanda İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 250 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneənin törədilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh X14 İctimai Birliyinin mübahisəli 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evindən çıxdığından və iddiaçı iddia ərizəsinin geri qaytarılmasını tələb etdiyindən İddiaçı Cavabdeh Aztəminatlı X2rşı “əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır. Hazırki iddia tələbi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən 250 kv.metr torpaq sahəsinin ona məxsus olan 125 kv.metr sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh X14 İctimai Birliyinin qeyri-qanuni istifadəsi nəticəsində həmin fərdi yaşayış evinə dəymiş 71200 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması öz təsdiqini tapır. Lakin Cavabdeh X14 İctimai Birliyinin nümayəndəsi həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə təqdim etdiyi etirazında İddiaçı mövcud iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığına istinad etmişdir. Belə ki, etirazda qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının keçmiş əri Ramil Hacıquliyevin mülkiyyətində olmuş 250 kv.m torpaq sahəsində yerləşir. İddiaçı 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bu torpaq sahəsinin və mübahisəli fərdi yaşayış evinin bölünməsini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia bu fərdi yaşayış evinin bölünməsi hissəsində rədd edilmiş və yalnız torpaq sahəsinin ½ payla bölünməsi hissəsində təmin edilmişdir. Göründüyü kimi, bu fərdi yaşayış evinin iddiaçıya aid olmasını sübut edən heç bir sənəd yoxdur. Əksinə olaraq Binəqədi Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının bu fərdi yaşayış evinə heç bir hüququnun olmadığı təsbit edilmişdir. Belə olan halda hesab edirlər ki, bu fərdi yaşayış evi nəinki iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində deyil, hətta bu fərdi yaşayış evinin ümumiyyətlə hər hansı hüquqla iddiaçıya məxsusluğu təsdiq edilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı bu fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq və bu əmlaka dəymiş zərərin əvəzini tələb etmək üçün zəruri subyektiv huquqa malik deyildir. Lakin məhkəmə iddiaçının mövcud iddia tələbi ilə bağlı subyektiv hüququnun olması məsələsinə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X7 birgə nikah dövründə əldə etdikləri Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 552 saylı qərarında göstərilmiş Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəində yerləşən 250 kv.m torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət olan əmlakın ½ hissəsində iddiaçı arvadın, ½ hissəsində cavabdeh ərin əmlak hüquqlarının müəyyən edilməsi, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə payların bərabər hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinə ½ hissəsinə arvad İddiaçı, ½ hissəsinə X7 adına yeni bələdiyyə qərarının verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Qətnamə ilə iddia tələbi qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş Binəqədi Bələdiyyəsinin 460 saylı xx.xx.2007-ci il tarixli və 552 saylı xx.xx.2007-ci il tarixli qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsindən ibarət olan əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə cavabdeh X7 paylarının müəyyən edilməsi və həmin paylara uyğun İddiaçı və X7 adlarına bələdiyyə qərarının verilməsinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Lakin qətnamədən də görünür ki, məhkəmə Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə ər və arvadının payını müəyyən etməməsi heç də, onların həmin əmlak üzərində hüquqlarının olmamasına görə olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli, 2(001)-11516/2014 saylı qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, həmçinin birgə nikah dövründə həmin torpaq sahəsində tikilmiş tikiliyə də paylar bərabər olmaqla, ½ hissədə arvadın, ½ hissədə ərin əmlak hüquqları olsa da, lakin hazırki mərhələdə tikiliyə dair hər hansı bir sənəd təqdim edilə bilmədiyindən, hazırki mərhələdə tikilinin bölünməsi mümkün deyildir. Gələcəkdə tikili reyestrdən qeydiyyatdan keçərkən paylar bərabər hesab edilməlidir. Göründüyü kimi, torpaq sahəsində tikilmiş tikiliyə də İddiaçı ½ hissədə gözlənilən mülkiyyət hüququ mövcuddur. Bundan əlavə hazırki tikilinin yerləşdiyi torpaq sahəsinin üzrərində ½ hissədə İddiaçı mülkiyyət hüququ qətnamə ilə təsdiq olunmuşdur. Buradan da təsdiq olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 41 saylı Qərarına əsasən İddiaçı ½ hissədə mülkiyyət hüququ təsdiq edilən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin üzərində yerləşən, habelə ½ hissədə ona mülkiyyət hüququ ilə məxsusluğu gözlənilən əmlaka dəymiş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və subyektiv hüququ mövcuddur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Hazırki tələbdən isə təsdiq olunur ki, torpaq sahəsində tikilmiş tikiliyə də İddiaçı ½ hissədə gözlənin mülkiyyət hüququ mövcuddur. Bu da onu göstərir ki, İddiaçı ½ hissədə ona mülkiyyət hüququ ilə məxsusluğu gözlənilən əmlaka dəymiş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və subyektiv hüququ mövcuddur. Hazırki tələblə bağlı ikinci məsələ isə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin üzərində yerləşən tikiliyə maddi ziyanın Cavabdeh X14 İctimai Birliyi tərəfindən vurulmasının müəyyən edilməsidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişlər ki, evə ziyan cavabdeh tərəfindən vurulmamışdır. Damla” İctimai Birliyi bu fərdi yaşayış evindən istifadə etdiyi gündən bu fərdi yaşayış evində olan oboy, kafel, metlax, mebel, avadanlıq və s əşyaları xarab etməmiş, boru və elektrik naqilləri çəkməmiş, döşəməni zədələməmiş, tavan və divarlarda dəliklər açmamış, ümumiyyətlə heç bir xəsarət yetirməmiş və heç bir əmlak ziyanı vurmamışdır. Əksinə olaraq, X7 razılığı ilə bu fərdi yaşayış evinin həyətində abadlıq, zirzəmisində isə təmizlik işləri aparmışdır. Cavabdeh İctimai Birliyi bu evi daim təmiz və səliqəli saxlayır. Eyni zamanda bildirmişlər ki, X12 bu fərdi yaşayış evini bir neçə dəfə müxtəlif şəxlərin istifadəsinə vermişdir. Lakin nə Cavabdeh X14 İctimai Birliyi, nə də X12 Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh X14 İctimai Birliyindən öncə müxtəlif şəxlərin istifadəsinə verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Bunun əksinə olaraq tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və digər iş materiallarından Cavabdeh X14 İctimai Birliyinin Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində müəyyən fəaliyyətlə məşğul olduğu öz təsdiqini tapır. İş materiallarında olan Cavabdeh X14 İctimai Birliyinin internet səhifəsində yerləşdirilmiş fotoşəkillərin tarixinə nəzər yetirilsə görmək olur ki, Cavabdeh X14 İctimai Birliyi sözügedən fərdi yaşayış evində 2019-cu ilin fevral ayından və daha əvvəl fəaliyyətə başlamışdır. Fotoşəkillərə vizual olaraq baxış keçirdikdə də görünür ki, fərdi yaşayış evinin Cavabdeh X14 İctimai Birliyinin istifadəsinə verildiyi ilkin dövrlərdə divarlar, divar kağızalrı, döşəmə yaxşı vəziyyətdə olmuşdur. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(001)-674/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə də təsdiq olunur ki, Cavabdeh X14 İctimai Birliyi 2023-cü ilə qədər mübahisəli 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-674/2023 saylı mülki iş üzrə İddiaçı məhz Cavabdeh Aztəminatlı X2rşı “əmlakdan qeyri-qanuni istifadəyə son verilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbini irəli sürmüşdür. Buradan da təsdiq olunur ki, Cavabdeh X14 İctimai Birliyi 5 ilə yaxın müddətdə 250 kv.m torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evində fəaliyyət göstərmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən ümumilikdə 250 kv.m torpaq sahəsinin üzərində yerləşən tikiliyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşır. Belə ki, məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xx.xx.2023-cü il tarixli qərardadla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh X14 İctimai Birliyi tərəfindən zərər dəyib-dəyməməsinin, zərər dəydiyi halda onun miqdarını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, baxış zamanı fərdi yaşayış evinin kürsü, birinci və ikinci mərtəbələrində divara çoxlu sayda oyuqların açıldığı, işıq plafonlarının yerlərinin söküldüyü, elektrik xətlərinin divar üstünün dağıdılmış, kafellərin bəzi yerlərdə sındığı, döşəməyə vurulmuş lak qatının ovulduğu, döşəmə taxtalarının bir-birindən aralandığı, qaraldığı və s. qüsurların olduğu müşahidə olunmuşdur. Tədqiq olunan yaşayış evində yuxarıda qeyd olunan qüsurların xüsusiyyətlərini nəzərə alaraq, həmin qüsurların kənar müdaxilə və susızma nəticəsində baş verməyə xarakterik olduğu müəyyən edilir. Yaşayış evində yaranmış qüsurların hansı dövrə aid olmasının müəyyən edilməsinə dair metodika olmadığından, həmin qüsurların 2019-cu ildən əvvəl və ya 2019-cu ildən sonra istifadə zamanı əmələ gəlib-qəlməməsinə dair tədqiqat aparılmadı. Lakin tədqiq olunan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 25023,5 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr qərb hissəsində yerləşən 250 kv.m torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4697 nömrəli rəyi sübut kimi götürülməlidir. Belə ki, məhkəmə tərəfindən həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, fərdi yaşayış evinə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X14 İctimai Birliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 25023,50 (iyirmi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq şəkildə işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,84 (yüz altı manat səksən dörd qəpik) manat pul Cavabdeh X14 İctimai Birliyindən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 197,16 (bir yüz doxsan yeddi manat on altı qəpik) manat (304- 106,84=197,16) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh X14 İctimai Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X14 İctimai Birliyindən maddi zərərin əvəzi olaraq 25023,50 (iyirmi beş min iyirmi üç manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,84 (yüz altı manat səksən dörd qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 197,16 (bir yüz doxsan yeddi manat on altı qəpik) manat (304-106,84=197,16) iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh X14 İctimai Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-32/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-32/2024
02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver