Məhkəmə qərarları › İş №2(004)-3209/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3209/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3209/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9521,33 (doqquz min beş yüz iyirmi bir manat, 33 qəpik) manat bundan 4578.67 ( dörd min beş yüz yetmiş səkkiz manat, 67 qəpik) manat əsas, 2126.02 (iki min yüz iyirmi altı manat, 2 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2816.64 (iki min səkkiz yüz on altı manat, 64 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 381 №-li, 18 yanvar 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5100 (beş min yüz manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 12.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********095 saylı 16.02.2021ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən Bankın cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 05.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 9521.33 (doqquz min beş yüz iyirmi bir manat, 33 qəpik) manat təşkil edir. Bundan 4578.67 ( dörd min beş yüz yetmiş səkkiz manat, 67 qəpik) manat əsas, 2126.02 (iki min yüz iyirmi altı manat, 2 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2816.64 (iki min səkkiz yüz on altı manat, 64 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hal-hazırda öhdəliyi təsdiq edən müqaviləni məhkəməyə təqdim edə bilmir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etdiyini bildirərək, izahatında göstərmişdir ki, «İddiaçı” ASC ilə onun arasında hər hansı müqavilə bağlanmamış, o, Bankdan hər hansı pul məbləği götürməmiş və ümumiyyətlə həmin Banka getməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sübutlardan görünür ki, 16.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, 18.01.2008-ci il tarixli 1-19288-18saylı kredit müqaviləsinə Cavabdeh 4578,67 manat məbləğində əsas, 2126.02 manat faiz, 2816.64məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 9521.33 manat məbləğində borcu vardır. «İddiaçı” ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh iddiaçı ləğv prosesində olan «İddiaçı” ASC-yə qarşı öhdəliyini təsdiq edən müqavilə olmadığından və digər əsaslar müəyyən edilmədiyindən iddiaçı ləğv prosesində olan «İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində 18.01.2008-ci il müqaviləyə istinad etmiş, lakin kredit müqaviləsinin əsli məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bu müqavilə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə borcun qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mümkün hesab etmir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia tələbi rədd edilsin. İddia tələbi rədd edildiyindən iddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar