Məhkəmə qərarları › İş №2(004)-3211/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3211/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3211/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilkin iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilkin iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndəməhkəməyə ərizə təqdim edərək bildirdi ki, məhkəmədən kənar cavabdehlə artıq iddia predmeti barədə razılığa gəlmişlər və bu razılığa əsasən sonuncu onlara 2500 manat məbləğində pul ödəyəcəkdir. Tərəflər bir birinə etimad etdiyindən aralarında yazılı formada barışıq sazişinin bağlamağa zərurət görməmişlər. Odur ki, aralarında olan razılığı nəzərə alaraq ilkin iddia tələbinin baxılmamış saxlanılmasını, ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə verərək bildirdi ki, o, artıq ilkin iddia üzrə iddiaçı ilə razılığa gəlmiş və bu razılığa əsasən o, sonuncuya ilkin olaraq 1000 manat, sonrakı 3 ay ərzində isə yerdə qalan məbləği hissə-hissə ödəyəcəkdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılmasını, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edərək ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, tərəflər arasında razılıq əldə edildiyindən, ilkin və qarşılıqlı iddia ərizələrini baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilkin iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə 2(004)-3211/2020 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar