Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-686/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Maqnit” mağazalar şəbəkəsi adı altında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Cavabdeh mebel almaq üçün ödədiyi 5200 (beş min iki yüz) manatın, iddiaçıya məxsus pulun 7 il, 8 ay ərzində cavabdeh tərəfindən istifadə edilməsinə görə əldən çıxmış gəlir kimi 2000 (iki min) manatın, iddiaçıya vurduğu mənəvi zərərə görə 1000 (min) manatın, dövlət rüsumu kimi ödədiyi 102 (yüz iki) manatın, cəmi 8202 (səkkiz min iki yüz iki) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onu cavabdeh kimi göstərmişdir. Lakin bu mülki işdə o, cavabdeh kimi müəyyən olunmalı deyil. Ona görə ki, iddiaçı 70511 saylı, 28.05.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı kimi X3 bağlamışlar. İddiaçı öz ərizəsində cavabdeh kimi onu yox, X4 göstərməlidir. O, bu mülki işdə iddia predmetinin subyekti deyil və başqa şəxsin öhdəlikləri üçün məsuliyyət daşımır. Eyni zamanda iddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh Maqnit mağazalar şəbəkəsinin rəhbəridir. Qeyd etmək istəyir ki, o, “Maqnit” mağazalar şəbəkəsinin rəhbəri deyil və heç vaxt olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh 28.01.2014-cü ildən sahibkarlıq fəaliyyətinə başlamışdır. Müqavilədə onlar tərəf deyillər və həmin şəxs ilə onların əlaqəsi yoxdur. İş materiallarında olan satıcı hüquqi şəxs yaratmadan (Experss Maqnit mağazası) sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 ilə alıcı İddiaçı arasında bağlanmış 70511 №-li alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, alıcı yataq və qonaq dəstini alıcıya verməyi, alıcı isə 4160 manat məbləğində pulu 12 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.05.2012-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, İddiaçı 28.06.2012-ci il tarixdən 28.05.2013-cü il tarixədək hər ay 346,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.05.2013-cü il tarixli bildirşdən görünür ki, İddiaçı borcunu tam ödəmişdir və Maqnit Express mağazalar şəbəkəsinə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, həmin məktubda İddiaçı Dövlət Xidmətinə təqdim etdiyi müqaviləyə baxış zamanı malın maqnit mağazasından alınması ilə bağlı müqavilənin İddiaçı ilə fiziki şəxs X7 arasında bağlandığının müəyyən olunduğu, lakin mebelin mağazadan təhvil alınmasına, həmçinin saxlanılmasına dair hər hansı bir sənədin təqdim edilmədiyi bildirilmişdir. İş materiallarında olan İlqar Avdiyev tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətininə ünvanlanmış 06.03.2020-ci il tarixli məktubdan görünür ki, həmin məktubda İddiaçı Maqnit mağazasına müraciət edərək 2012-ci ildə mağazadan kreditlə dəyəri 5200 manat olan mebel aldığını bildirdiyini, lakin mənzildə təmir işləri aparıldığından həmin mebelin mağazanın anbarında saxlanılmasını xahiş etdiyini, bir ildən sonra mebelin satıldığını müəyyən etdiyini və mebeli və ya ödədiyi vəasitin qaytarılması barədə etdiyi müraciətlərin cavabsız qaldığını bildirdiyi, əvvəlki illərdə İddiaçı adlı şəxs tərəfindən müraciət edilmədiyi qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, İddiaçı ilk dəfə 2019-cu ilin dekabr ayında müraciət etmiş, lakin sənədlərin saxlanma müddəti 3 il təşkil etdiyindən eyni zamanda 2016-cı ildə şirkətin sahibkarı dəyişildiyindən İddiaçı müraciətinin müsbət həll olunmasında çətinlik yaranmış, eyni zamanda şirkətin işgüzar nüfuzunun qorunması məqsədilə İddiaçı sözügedən problemin həlli istiqamətində bir sıra təkliflər edilmiş, lakin İddiaçı ona edilən təkliflərdən imtina etmişdir. İş materiallarında olan 11.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, X2 pulun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən cavabdehin nümayəndəsi və vəkilinə ünvanlanmış məktubdan görünür ki, həmin məktubda onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Maqnit” mağazasında əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş X3 alıcı İddiaçı arasında bağlanmış 28.05.2012-ci il tarixli, 70511 saylı alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə, ümimi qiyməti 4160 manat dəyərində olan “mebel” satdığını, satıcının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyini və qeyd olunan müqavilənin predmetinin təhvil verildiyini, alıcının isə müqavilə üzrə tam ödənişi etdiyini, alıcının malın almaması barədə hər-hansı müraciət etmədiyini bildirmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf iddia ərizəsində 2012-ci ildə mağazadan kreditlə dəyəri 5200 manat olan mebel aldığını bildirdiyini, lakin mənzildə təmir işləri aparıldığından həmin mebelin mağazanın anbarında saxlanılmasını xahiş etdiyini, ödənişi başa çatdırdıqdan bir müddət sonra 2014-cü ildə mağazaya müraciət edəndə onun aldığı və qarşılıqlı razılıq əsasında mağazada saxlanca götürülmüş mebellərin başqasına satıldığını müəyyən etdiyini bildirsə də iş materialları ilə mebelin iddiaçı tərəfindən saxlanca verilməsi, iddiaçı ilə cavabdeh arasında bu barədə müqavilə imzalanması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş 70511 №-li alqı-satqı müqaviləsindən görünür ki, müqavilə X6 ilə alıcı İddiaçı arasında bağlanmışdır. Belə olan halda cavabdeh kimi qeyd edilmiş X1 bu müqavilə üzrə öhdəliyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətləri müəyyən edilmədiyindən, iddiaçının qeyd edilən malları cavabdehə verməsi halı təsdiq edilmədiyindən və sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkiyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “Maqnit” mağazalar şəbəkəsi adı altında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Cavabdeh mebel almaq üçün ödədiyi 5200 (beş min iki yüz) manatın, iddiaçıya məxsus pulun 7 il, 8 ay ərzində cavabdeh tərəfindən istifadə edilməsinə görə əldən çıxmış gəlir kimi 2000 (iki min) manatın, iddiaçıya vurduğu mənəvi zərərə görə 1000 (min) manatın, dövlət rüsumu kimi ödədiyi 102 (yüz iki) manatın, cəmi 8202 (səkkiz min iki yüz iki) manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-686/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-686/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver