Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2135/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin alınması üçün ödənilmiş 8320 manat, əlavə xərclər və əldən çıxmış faydaya görə 2500 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 15850 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh məxsus 3 sot torpaq sahəsinin qohumu X5 alınması barədə razılığa gəlmiş, Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsində torpaq sahəsinin satışı ilə məşğul olan Maarif və Kamal adlı şəxslərin vasitəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin alınması üçün əvvəl 1800 manat beh vermiş, daha sonra isə 26.05.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilməklə 4600 manat pul vəsaitini notariusda cavabdehə ödəmişdir. Bundan başqa notariat xərcləri olaraq 470 manat, 250 manat vasitəçilərə və guya həmin torpaq sahəsinə çıxarış alınmasına görə 1200 manat ödəniş etmişdir. Lakin bir müddət sonra ona torpaq sahəsinə dair verilmiş bələdiyyə qərarının saxta olduğu məlum olmuş və dərhal bu barədə ərazi üzrə hüquq mühafizə orqanlarına şikayət etmişdir. 18.12.2020-ci il tarixdə Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Torpaq sahəsinin alınması üçün xərclədiyi behə görə 1800 manat, alqı-satqı üçün 4600 manat, çıxarışın alınması üçün 1200 manat, notariat xərcinə görə 470 manat və vasitəçilərə görə 250 manat olmaqla cəmi 8320 manatdan əlavə olaraq isə 2500 manat gediş-gəliş xərcləri və digər xərcləri çıxmışdır. Cavabdeh bu barədə məlumat verərək pulunu geri tələb etdikdə müxtəlif bəhanələr gətirərək həmin torpaq sahəsinə dair pulu başqa şəxslərə verməsini, sonradan isə yaxın zamanlarda pulunu qaytaracağını bildirsə də heç bir nəticə olmamışdır. Bu günə qədər qalan 8320+2500=10820 manatını tələb etsə də müxtəlif bəhanələr edərək pulunun qaytarılmasından imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh həmin torpaq sahəsini ona sataraq öz adına rəsmiləşdirmək kimi öhdəlik götürməsinə baxmayaraq həmin öhdəliyi icra etməməklə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Bu səbəbdən də hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə məsuliyyət daşıyır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mülki Prosessual Məcəlləsi) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 15 ilə yaxın müddətdir ki, tanışdır. O, Qobu qəsəbəsində Maarif adlı maklerə yaxınlaşmış və orada torpaq sahəsi bəyənmişlər. Kamal adlı şəxslə birlikdə Mahir ondan 200 manat beh almışdır. 9 sot bir, 7 sot da bir torpaq sahəsi satacaqdılar. Bir müddətdən sonra Bakı şəhərində yerləşən Lider TV kanalının yanında torpaq sahəsinə dair X7 ilə Kamalın qardaşı alqı-satqı müqaviləsi bağlamışlar. Kəmalə isə Zaurun tanışıdır. Zaur pulu Kamala vermiş, onun həmin pulun məbləği ilə bağlı bir məlumatı yoxdur. Rəşid isə Kamalın qardaşıdır. Zaur Maarifə 4 sot torpaq sahəsi üçün 250 manat beh vermişdir. Sonradan isə torpaq sahəsinə dair verilən sənədlərin saxta olduğu aşkar olunmuşdur. Kamal torpaq sahəsi üçün çıxarışı alıb verəcəyini söz vermişdir. Sonradan isə çıxarışın alınması reallaşmamışdır. Onun çıxarışın alınınması ilə bağlı pul verilib-verilməməsindən xəbəri olmamışdır. Notariusda bildiyi qədərilə 470 manata yaxın pulu çıxmışdır. Məhkəmə, iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 18.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin məlumat üçün İddiaçı göndərilməsi və qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma müddətində təhqiqatçı tərəfindən baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, İddiaçı izahatı alınmış və Ağaverdiyev Maarif, Məmmədov Kamal, Rəşid və Vasif adlı şəxslərin müəyyən edilərək izahatlarının alınması 40-cı PB-yə təmin olunmalarına dair tapşırıq verilmiş, lakin araşdırma müddətində hər hansı müsbət nəticə əldə edilməmişdir. Qərardan daha sonra müəyyən olunur ki, material üzrə araşdırma zamanı izahatı alınmış X8 izahatında göstərmişdir ki, onun Hökməli qəsəbəsində sənədsiz 3 sot torpaq sahəsi satmaq qərarına gəlmişdir. Maarif adlı makler ona demişdir ki, ona məxsus torpağı almaq istəyən şəxs vardır. O da həmin torpaq sahəsini sotuna 1000 manat olmaqla satmaq üçün razılaşmışdır. Maarif Zaur adlı şəxsi 2020-ci ilin iyun ayında onun yanına gətirmiş və onlar həmin torpaq sahəsini Zaura göstərmişlər. Zaur torpaq sahəsinin almağa razılaşmış və ilkin olaraq 2600 manat qalan 400 manat pulu isə sənədləşmədən sonra verilməsinə dair şifahi razılığa gəlmişlər. Zaur ona 2600 manat pul vermiş, o isə həmin puldan 1400 manatını götürərək qalan 1200 manatını isə Maariflə Vasifə torpağa bələdiyyədən sənəd almaları üçün vermişdir. Daha sonra Maariflə Vasifin torpağa dair düzəltdikləri sənəd qanunsuz olmuşdur. Daha sonra Vasif onun iştirakı olmadan Zaurdan torpağa dair çıxarış alınması üçün əlavə pul almışdır. O, Zaura aldığı puldan 1400 manat pulu 400 manat artıqlaması ilə ona qaytarmışdır, 1200 manatı isə Vasiflə Kamala vermişdir ki, ona bələdiyyədən sənəd düzəldib versinlər. -Birinci tərəf Cavabdeh ilə ikinci tərəf X7 arasında bağlanmış 26.05.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 08.06.2006-cı il tarixli 15/24 nömrəli Qərarına əsasən satıcının sahibliyində olan Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin dəyəri, yəni 4600 AZN məbləğ alıcı tərəfindən tam olaraq (100%) ödənilir və satıcı bu müqavilə qüvvəyə mindiyi tarixdən 26.05.2022-ci il tarixdən gec olmayaraq həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onu Alıcının xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və onun təhvil verilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini (bundan sonra-Əsas müqavilə) bağlayacaqlar. Bu müqavilə və əsas müqaviləyə görə Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi daşınmaz əmlak hesab olunacaqdır. Alıcı bu müqavilənin 1.1-ci bəndində göstərilmiş 4600 (dörd min altı yüz) AZN pul vəsaitini satıcıya nəğd ödəyir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı izahatına görə Cavabdeh məxsus 3 sot torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsində torpaq sahəsinin satışı ilə məşğul olan Maarif və Kamal adlı şəxslərin vasitəsi ilə qohumu X5 alınması barədə razılığa gəlmiş, əvvəl Rəşidə 1800 manat beh vermiş, daha sonra isə 26.05.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilməklə 4600 manat pul vəsaitini notariusda cavabdehə ödəmişdir. Bundan başqa notariat xərcləri olaraq 470 manat, 250 manat vasitəçilərə və guya həmin torpaq sahəsinə çıxarış alınmasına görə 1200 manat ödəniş etmişdir. Lakin bir müddət sonra ona torpaq sahəsinə dair verilmiş bələdiyyə qərarının saxta olduğu məlum olmuş və dərhal bu barədə ərazi üzrə hüquq mühafizə orqanlarına şikayət etmişdir. 18.12.2020-ci il tarixdə Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Cəkdiyi 8320+2500=10820 manat pul xərclərinin Cavabdeh geri tələb etmiş, lakin heç bir nəticə olmamış, pulun qaytarılmasından imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin; 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddia tələbində iddiaçı, tələbində göstərilən pul məbləğlərinin onun tərəfindən cavabdehə verdiyini və buna dair ilkin alqı-satqı müqaviləsi bağlandığını bildirmiş şahid ifadəsi də nəzərə alınaraq tələbini göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə tələblə bağlı qeyd edir ki, iddiaçı torpaq alqı-satqısı barədə cavabdehlə arasında yaranmış pul münasibətlərindən yaranan borc məbləğinin cavabdehdən alınmasını iddia etsədə də iddia tələbinin əsaslığını sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim edə bilməmiş, yalnız mülahizələrə əsaslanan izahat vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş, iş materiallarında olan Cavabdeh ilə X7 arasında bağlanmış 26.05.2020-ci il tarixli ilkin alqısatqı müqaviləsindən görünür ki, tərəflər arasında torpağa dair ilkin alqı-satqı müqaviləsi bağlanmış alıcı X7 tərəfindən satıcı Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində pul məbləği ödənilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanan alğı-satqı müqaviləsi iddiaçı ilə bağlanmamış cavabdehlə iddiaçı arasında həmin müqavilə üzrə hər hansı pul münasibətləri olmamışdır. Belə olan halda iddiaçının müqavilə üzrə cavabdehdən pul tələbi əsaslı deyildir və tələbə dair subyektiv hüququ yoxdur. İddiaçı tərəfindən məhkəməyə dəvət olunan şahid verdiyi ifadəsində isə iddia tələbi ilə bağlı ümumi mənzərə yaratmış, iddiaçının iddia etdiyi pulun cavabdehə verilməsinin məbləğləri barədə hər hansı məlumatı ifadəsinə göstərə bilməmişdir. İddia tələbində iddiaçı 250 manat vasitəçilərə və guya həmin torpaq sahəsinə çıxarış alınmasına görə 1200 manat ödəniş etməsini göstərmiş, lakin buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 18.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə İddiaçı izahatı alınmış və Ağaverdiyev Maarif, Məmmədov Kamal, Rəşid və Vasif adlı şəxslərin müəyyən edilərək izahatlarının alınması 40-cı PB-yə təmin olunmalarına dair tapşırıq verilmiş, lakin araşdırma müddətində hər hansı müsbət nəticə əldə edilməmişdir. Həmin qərarda yalnız İddiaçı izahatı göstərilmiş, izahat hazırkı iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə iddiaçı tərəfindən iddia tələbi sübut edilmədiyindən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-2135/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2135/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver