Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3222/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı alimentin artırılması tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı alimentin artırılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2(011)-1878/2008 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında nikah pozulmuşdur. Həmin qətnamə ilə onunla cavabdehin birgə nikahdan doğulmuş xx xxxxxx 2007-ci il təvəllüdlü övladı X3 onun yanında saxlanılmış, xx xxxxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavadehdən hər ay 50 manat məbəğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda o, övladı ilə birgə yaşayır, cavabdehlə birgə nikahdan olmuş övladının 12 yaşı var, Bakı şəhər Xətai Rayon Məhkəməsinin yuxanda qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş 50 manat məbləğində aliment uşağın tələbatlarını ödəmir və alimentin miqdarı az olduğundan faktiki olaraq uşağı tək öz vəsaiti hesabına saxlamaq məcburiyyətində qalmışdır. Uşağın tələbatı hər gün artmaqdadır, ona təyin edilmiş aliment isə hazırki dövrlə heç cür uyğun gəlməməkdədir. O, dəfələrlə cavabdehə maddi vəziyyətinin həddindən artıq ağır olduğunu və onlara maddi yardım göstərməsini təkidlə xahiş etsə də, o buna məhəl qoymamaqdadır. Bildirir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 50 manat məbləğində alimentin bir uşağın saxlanılması üçün kifayət etmir, uşaqın xərcləri günbə-gün artır. Cavabdehin maddi vəziyyəti yaxşıdır, aylıq gəliri yüksəkdir, alimentin miqdarının artırılması onun həyat tərzinə hər hansı bir şəkildə məntı təsir göstərməyəcəkdir. Eyni zamanda bildirir ki, hazırkı iddia tələbində Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(011)- 1878/2008 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bundan başqa həmin qətnamə qəbul edilərkən uşaqın müvafiq olaraq 1 yaşı olmuş, bu il isə onun 12 yaşı tamam olub və gündəlik tələbatları durmadan çoxalır. Bu hal isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Bütün bu göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2008-cı il tarixli, 2(011)-1878/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) 170 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(011) 1878/2008 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia verilən gündən başlayaraq hər ay cavabdehdən sabit pul məbləğində 170 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 bildirdi ki, cavabdeh iddia tələbini qəbul edir və birgə nikadan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat ödəməyə etiraz etmir. Qətnamə çıxarılarkən qeyd edilənləri nəzərə almağı xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1878/2008 saylı, xx.xx.2008-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən 673 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Cavabdeh ilə İddiaçı nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2008-ci il tarixdən başlayaraq hər ay 50 manat alimentin tutularaq xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin alimentin tutulması müddətinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1878/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1878/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3222/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3222/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver