Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3248/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində alimentin Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan DİN Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh aylıq hesablanmış əmək haqqı 1182,10 (min yüz səksən iki manat on qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə alimentin əsasını dəyişdirməklə artırılmasını əsaslı hesab edir. Belə ki, ¼ hissə, aylıq 200 manat sabit pul məbləğində müəyyən edilmiş alimentdən yüksək miqdar təşkil edəcəkdir. Cavabdehin aylıq gəlirlərindən ¼ hissədə tutulma yetkinlik yaşına çatmayan X2 maraq və mənafelərinə tam uyğundur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, X3 2 aydır ki, Cavabdeh yanındadır. Göstərilən xüsusat nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi xahiş edilir. İddiaçı isə bildirir ki, doğrudur, X3 2 aydır ki, Cavabdeh yanındadır. Lakin, bu hal müvəqqəti xarakter daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X3 İddiaçı yanında saxlanılır. Məhkəmə qeyd edir ki, 2 aylıq müddət daimi xarakterli xüsusat kimi qiymətləndirilə bilməz. Yetkinlik yaşına çatmayaq uşağın valideynləri ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması, hazırda yay fəslinin olması nəzərə alınmaqla həmin müddətin müvəqqəti xarakter daşıması ağlabatandır. Məhkəmə cavabdehə izah edir ki, uşaqla bağlı ailə hüquq münasibətləri davam edən münasibətlər olaraq yetkinlik yaşına çatmayan uşağın digər valideyndən alınaraq Cavabdeh verilməsi barədə iddia qaldırılması yolveriləndir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmalıdır və qətnamənin nəticə hissəsində qeyd olunan xüsusatlar məhkəmənin mülahizəsi ilə deyil, yalnız mülki prosessual qanunvericilik çərçivəsində nəzərdə tutulmuş prosessual imkanlarla mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşa]ın mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində aliment dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2021 nömrəli 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 200 manat sabit pul məbləğində aliment dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3248/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3248/2023
30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver