Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3250/2020 30.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(008)-10152/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X8 ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx xxxxx 2011-ci il tarixdə bağlanmış və 456 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X9 və xx xxx 2013-cü il təvəllüdlü X7 boşanmadan sonra anası X4 yanında qalması, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2012-ci il təvəllüdlü X5 və xx xxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq X4 xeyrinə ödənilməsi qət olunmuşdur. Hal-hazırda uşaqlar böyüdüyü üçün Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların ehtiyac və tələbatı da, artır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Övladlarının təhsili, sağlamlığı, geyimi və qidası, əlavə məşğələləri üçün çəkdiyi xərclər və qayğılar hər il daha çox artmasına baxmayaraq cavabdeh tərəfindən nəzərə alınmır. Buna görə də o “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx xxx 2013-cü il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində olmaqla ümumilikdə - 340 (üç yüz qırx) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək bildirdi ki, övladı saxlamaq hər bir valideynin borcudur. Bu həm mənəvi dəyərlərdən irəli gəlir, həm də qanunverçiliyin tələblərindən. O, heç vaxt övladını saxlamaqdan qaçmamış,onun tərbiyəsində iştirak etməkdən yayınmamışdır. Maddi sıxıntı keçirməyi və uşaqların dolanışaçağını təmin etmək məqsədi ilə anasının adına olan Binə qəsəbəsində yerləşən evi sataraq iddiaçıya 2018-ci ildə 12900 AZN pul vermişdir. Şifahi razılaşmaya əsasən iddiaçı ondan aliment pulu tələb etməməli idi. Buna baxmayaraq boşandıqları gündən etibarən işləyərək gündəlik çörək pulu qazana bildiyi üçün, o iddiaçıya mütəmadi olaraq geçikmə olmadan aliment ödəmişdir. O, yenidən ailə qurmuş və övladı vardır. Hal-hazırda işləmir, iş axtarmaq üçün məşğulluq şöbəsinə müraciət etmişdir. O, uşaqlarına imkanı daxilində artıqlaması ilə kömək etməyə çalışır, yəni bir sıra hallarda uşaqlar onun yanında qalır, onların müəyyən xərclərini (paltar və s.) ödəyir. Hesab edir ki, iddiaçının tələbi hüquqdan sui-istifadə edərək onu əlverişsiz vəziyyətə salmaqdan ibarətdir. Yuxarıda göstərdiyi kimi, onun ailəsi və övladı vardır. Valideynlərini saxlamaq məsuliyyətidə həmçinin onun üzərindədir və özü də kirayədə yaşıyır. Məhkəmə iddianı təmin edəcəyi təqdirdə o, həm maddi, həm də hüquqi tərəfdən çox ağır vəziyyətə düşə bilər. Belə ki, iddiaçının istədiyi kimi yanaşmış olsaq, onun aylıq gəliri 1200 (min iki yüz) manatdan artıq olmalıdır ki, o alimenti ödəyə bilsin və özüm nəiləsə qidalana bilsin. Məhkəmənin qərarı onun yaşamaq haqqını pozmamalıdır. O, normal yaşamalı və fəaliyyət göstərməlidir ki, özünü və əzizlərini dolandıra bilsin. Baxmayaraq ki, onların şifahi razılaşmasına əsasən iddiaçının anasına məxsus əmlaka heç bir hüququ olmadığı halda ona aliment tələb etməməsi müqabilində birdəfəlik olaraq 12900 manat pul, bugünədək aliment öhdəlikləri etmiş, bundan əlavə bir çox ailələrdən fərqli olaraq bir neçə min dəyəri olan iddiaçıya tərəflərindən verilən zinyət əşyalarını ondan tələb etməmişlər. Baxmayaraq ki, təqribən 6000 manat dəyərində zinyət əşyalarını hədiyyə edərkən, həmin əşyaları onların ailəsinə vermişlər. Ailə olmadığı halda onları geri tələb edə bilərdilər. Ona nə qədər çətin olsa da, o iddiaçıya hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat ödəməyə qadirdir. Qətnamə çıxarılarkən qeyd edilənləri nəzərə almağı xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, X8 ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx xxxxx 2011 -ci il tarixdə bağlanmış və 456 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X9 və xx xxx 2013-cü il təvəllüdlü X3 boşanmadan sonra anası X4 yanında qalması, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxx 2012-ci il təvəllüdlü X5 və xx xxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində alimentin alınaraq X4 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin alimentin tutulması müddətinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx xxxx 2012-ci il təvəllüdlü X9 və xx xxx 2013-cü il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10152/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx xxxx 2012-ci il təvəllüdlü X9 və xx xxx 2013-cü il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3250/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3250/2020
30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver