Məhkəmə qərarları › İş №2(004)-3274/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3274/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3274/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qiyabi qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və mülki iş materiallarının sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxan birinci instansiya məhkəməsi qərardadında cavabdehin ərizəni vaxtında verməməsini göstərsə də, ərizəni baxılmadan cavabdehə geri qaytarmalı olduğu halda, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəni təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan da narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizəni təmin edərək, 2(004)-3454/2024 saylı mülki iş üzrə xx.xx.20254-cü il tarixli qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1423/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və mülki iş materiallarının qərardadın əsaslandırma hissəsində qeyd edilənlər nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın əsaslandırma hissəsində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7159/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadında qeyd edilmişdir ki, mübahisələndirilən qərardaddan verilmiş şikayətdə cavabdeh qətnaməni icra şöbəsindən aldığını bildirmiş və mülki iş materiallarında qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını göstərmişdir. Rayon məhkəməsi belə olan halda həmin imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün müvafiq araşdırma (məsələn, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi) aparmamışdır. 12. Məhkəmə kollegiyası qeyd edir ki, 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadda müddətin keçməsinin ərizənin təmin edilməməsi yox, onun geri qaytarılması üçün əsas olması ümumi qayda olaraq göstərilmişdir. Çünki rayon məhkəməsi mübahisələndirilən əvvəlki qərardadında qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdeh tərəfin qiyabi qətnamənin ləğvinə dair ərizəsini məhz müddətin keçməsinə istinad edərək təmin etməmişdi. 13. Mülki iş materialları ilə müəyyən olunur ki, cavabdeh ilkin ərizəsində qiyabi qətnaməni icra şöbəsindən aldığını qeyd etmiş və mülki iş materiallarında olan qətnamənin alınması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirmişdir. 14. Apellasiya məhkəməsinin 2(103)-7159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhz həmin halın yoxlanılmalı olmasına dair göstərişin verilməsinə baxmayaraq, rayon məhkəməsi isə mülki iş materiallarında qətnamənin alınması barədə xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmamasını araşdırmadan, onun qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsini müddətin ötürülməsi əsası ilə geri qaytarmaqla kifayətlənmişdir. 15. Halbuki, hazırkı iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün cavabdehin israrla qeyd etdiyi həmin halın, yəni qiyabi qətnaməni almaması barədə dəlilin müvafiq xətşünaslıq ekspertizası təyin edilməklə araşdırılması zəruri olmuşdur. Çünki həmin halın araşdırılması cavabdeh tərəfindən müddətin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3453/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-4/464 nömrəli ekspert rəyinə əsasən müki işin 60-cı səhifəsində olan xx.xx.2024-cü il tarixli xəbərnamədə “etibarnamə üzrə” qrafasındakı “Əliyarova” yazısı-Cavabdeh tərəfindən yox, X1 tərəfindən yoxx, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması, mülki işə mahiyyəti üzrə baxılması 15.05 2025-ci il tarixə, saat 11:00-a təyin edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir.(həmçinin bildiriş AZMEİS-də yaradılmış elektron kabinetə yerləşdirilmişdir) Lakin iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 10.45-ə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. Lakin iddiaçı yenə də məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, iddiaçının məhkəmənin çağırışına gəlmədiyinə görə iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş İddiaçı məhkəmənin birinci çağırışına gəlmədiyindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar