Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3276/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3734 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğ və 8 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əməmk müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixlində adminstrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 445-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiyanın Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5537 manat məbləğində ziyan vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1802 manat güzəşt edilmişdir, qalıq borc 3734 manat təşkil dir. Qalıq borcun ödənilməsi barədə cavabdheə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı razılıq əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, heç bir maddi ziyan vurmamışdır. 2019-cu ildə işdən çıxdıqdan sonra Oba marketə getmiş və ayda 30-50 manat ödəniş etməyə imkanının olduğunu bildirmiş, amma onlar razılaşmamışlar. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Oba market ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunur ki, əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanılmışdır. Tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli işə qəbul etmə haqqında əmrdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən müəyyən olunur ki, maddi məsul şəxs, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüşdür. İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən adminstrator vəzifəsinə keçirilmişdir. Əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci tarixdə İşdən azad etmə haqqında çıxarışdan görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, X3 mağazasında 2481,28 manat dəyərində məhsul əksik gəlmişdir. İş materiallarında olan “X4” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İmtina aktına əsasən müəyyən olunur ki, “X4” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 490 A ünvanında yerləşən Oba – Yeni Yasamal mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2020-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-2481,28) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, X3 mağazasında 3052,46 manat dəyərində məhsul əksik gəlmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 2484.18 AZN, xx.xx.2020-ci il tarixində 3052.45 AZN və ümumi olaraq 5536.63 (beş min beş yüz otuz altı manat altmış üç qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 1802.69 (bir min səkkiz yüz iki manat altmış doqquz qəpik) AZN hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh 26 yanvar 2022-ci il tarixinə, ' OBA Market" MMC-ə olan ümumi borcu 3733.94 (üç min yeddi yüz otuz üç manat doxsan dörd qəpik) AZN təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlı məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3734 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğ və 8 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: Həmin Məcəllənin 202.1-ci maddəsinə i şəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3734 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğ və 8 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3276/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3276/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver