Məhkəmə qərarları › İş №2(004)-3307/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3307/2024

08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3307/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniṅ nümayəndəsi Nümayəndə, Cavabdeh X2, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniṅ Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cavabdeh X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mülki iş üzrə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən əsl olmayan cavabdeh X2 əsl olan Cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniṅ nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək mülki işin baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki iş üzrə cavabdeh kimi əvəz olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iddia ilə bağlı fikirlərini ilkin dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə cavabdeh qismində Cavabdeh əvəz edilməli və mülki iş materialları aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə əsl Cavabdeh müəyyən edildiyindən X5 əvəzinə Cavabdeh kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Tovuz rayonu, Düz Qırıqlı Ərazi Dairəsi ünvanıdır. Belə bir şəraitdə, artıq işdə iştirak etməyən şəxsin yaşadığı ünvan üzrə məhkəmədə işə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı halda aidiyyat məsələsini həll edərkən MPM-nin 44.1ci maddəsinə istinad edilməməli və həmin məsələ bu Məcəllənin 35.1 və 44.2.2-ci maddəsinə istinad edilməklə həll edilməlidir. Belə ki, MPM-nin 44.1-ci maddəsinə istinad edilməsi o halda düzgün olardı ki, iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildikdən sonra cavabdeh fiziki və ya hüquqi şəxsin yaşayış yeri və ya hüquqi ünvanı dəyişmiş olsun. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, yaranmış vəziyyətdə iş ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə məhkəmə hesab edir ki, mülki iş üzrə Cavabdeh ilə əvəz olduğundan və həmin cavabdehin qeydiyyat ünvanı Tovuz Rayonu olduğundan iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniṅ Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Cavabdeh X1 Lamiyyə Maarif qızı ilə əvəz edilsin. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniṅ Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-3307/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar