Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3310/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Azərbaycan Avtomobil X5 nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1030,40 (bir min otuz manat qırx qəpik) manat məbləğində zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Avtomobil X5 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 iyul 2020-ci il tarixində, Hacıqabul- Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində Cavabdeh1 idarə etdiyi “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 16 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil X10nə 1030,40 (bir min otuz manat 40 qəpik) manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Cavabdeh1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil X10nə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və sürücünün izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 30 iyul 2020-ci il tarixli arayışdan görünür ki, Bakı- Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 16 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 1030,40 (bir min otuz manat 40 qəpik) manat məbləğində zərər vurulmuşdur. Qeyd edir ki, ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının, həmçinin Bakı şəhərində və respublikanın digər şəhər və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospekt və küçələrin qorunmasını tabeliyində olan xüsusi tanınma nişanlı nəqliyyat vasitələri və texnikalarla təmin olunmuş Azərbaycan Avtomobil X5 “X3 Xidməti” MMC vasitəsi ilə həyata keçirilir. Ona görə də, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1030,40 (bir min otuz manat qırx qəpik) manat məbləğində zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Azərbaycan Avtomobil X5 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi İsmayılov R.A etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı “Azərbaycan Avtomobil X10” publik hüquqi şəxs yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 əxtiyar oğlu və Cavabdeh2 MMC-dən 1030,40 manat məbləğində ziyanın iddiaçı Azərbaycan Avtomobil X10nə” ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29.07.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan- Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də törədilən yolnəqliyyat hadisəsi əticəsində yolun 16 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Hadisə ilə ağlı BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən “Khazar SD” markalı, O-PH-874 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 ğlu təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddiaçının Cavabdeh2 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edir. 07 iyun 2019-cu il tarixdə Cavabdeh1 ləxtiyar oğlu və Cavabdeh2 MMC arasında MAS-893 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət eydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 avtomobilin idarə olunmasına dair 21 iyul 2020-ci il tarixli POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 07 avqust 2020-ci il tarixdə bitmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan la daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Yuxarıda göstərilənlərdən aydın olur ki, “Azərbaycan Avtomobil X5” cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 1030,40 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh2 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Avtomobil X5 nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat vermiş və iddia tələbinin cavabdeh Cavabdeh2 MMC-nə dair hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xİİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X8 29.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil X5 “X3 Xidməti” MMC-nin 30.07.2020ci il tarixli arayışından görünür ki, 29.07.2020-ci il tarixində, M-6 Hacıqabul-Bəhramtəpə- Mincivan Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 21 -ci kilometrində, Khazar SD markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil X5 balansında olan yol təsərrüfatına vurulmuş zərərin ümimi məbləği 1030,40 manatdır. İş materiallarında olan “xxxx” MMC-nin 29.07.2020-ci il tarixli aktından görünür ki, M- 6 Hacıqabul-Məhrəmtəpə Minicvan avtomobil yolunun 21 km. piket hissəsinə baxış keçirərkən, yolun solunda 20 paqon metr uzunluğunda təhlükəsizlik səddinin ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 tətəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində zədələnərək yararsız hala salındığı aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş 21.07.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC mülkiyyətində olan 07.06.2019-cu il tarixli MAS-893 saylı daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd Khazar SD markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsini 21.07.2020-ci il tarixdən 07.08.2020-ci il tarixi də daxil olmaqla səlahiyyət vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2019-cu il tarixli MAS-893 saylı X6 surətindən görünür ki, lizinq verən Cavabdeh2 MMC lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı lizinq alan Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşlər. Lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarına əlavə edilmiş 07.06.2019-cu il tarixli MAS-893 saylı X9 07.06.2019cu il tarixli 1 saylı əlavədən görünür ki, lizinq obyekti Khazar SD markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan Azərbaycan Avtomobil X10 Publik hüquqi şəxsinin Nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, tikilməsindən, istismarından bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kopmleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Cavabdeh2 MMCnin mülkiyyətində olan və ona lizinq müqaviləsi üzrə lizinqə verilmiş Khazar SD markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul-Bəhramtəpə-Mincivan- Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində yolun 16 p/m metal təhlükəsizlik səddini yararsız hala salmışdır. Hadisə nəticəsində Cavabdeh1 Xİİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X8 29.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində Azərbaycan Avtomobil X10nə 1030,40 (bir min otuz manat 40 qəpik) manat məbləğində zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmişdir. Cavabdeh1 məhz Khazar SD markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində yolun 16 p/m metal təhlükəsizlik səddinə ziyan vurduğundan və Cavabdeh2 MMC -nin mülkiyyətində olmasına baxmayaraq qanunu əsaslarla Khazar SD markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.07.2020-ci il tarixdən Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC-nə münasibətdə təmin edilməməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Avtomobil X10 yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində yolun 16 p/m metal təhlükəsizlik səddinə vurulmuş zərərin ödənilməsini tələb edir, həmin zərərin həcmini 1030,40 manat məbləğində qiymətləndirir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi ziyana görə 1030,40 (bir min otuz manat qırx qəpik) manat Azərbaycan Avtomobil X5 xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, Cavabdeh1 dair hissədə təmin edildiyindən, həmçinin iddia məbləği 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyana görə 1030 (bir min otuz manat qırx qəpik) manat tutularaq Azərbaycan Avtomobil X5 xeyrinə ödənilsin. Cavabdeh1 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə İ
Məhkəmə qərarları › İş №2(004)-3310/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3310/2021
21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver