Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3313/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı QSC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC cəlb edilməklə “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı QSC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC cəlb edilməklə “borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.2009-cu ildən 05.09.2013-cü il tarixədək olan müddət ərzində onun adına açılmış 3 ədəd VİP kredit kartı üzrə adıma hesablanmış cəmi 6.000.000,00 ABŞ dolları, 4.592.834,00 avro və 6.087.929,63 manat borcun silinməsi və bununla bağlı məlumatın “xxxx” MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1996-2008-ci illərdə “xxxx Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin sürücüsü olmuşdur. 2009- 2015-ci illərdə həmin Cəmiyyətin təsərrüfat işləri üzrə mütəxəssisi kimi işləmişdir. 2015-ci ilin mart ayında Cahangir Hacıyevin istefa verməsi ilə bağlı işdən çıxmışdır. Sonradan isə məlumatı olmuşdur ki, hesablar üzrə 3 ədəd VİP kredit kartı vasitəsilə 01.01.2009-cu ildən 05.09.2013-cü il tarixədək olan müddət ərzində 32991022 ABŞ dolları, 18.730.000 avro və 10859802 manat məbləğində vəsait istifadə edilmişdir. Onun bu barədə ilk dəfə məlumatı Cahangir Hacıyevlə bağlı istintaqda iş gedərkən olmuşdur. O, həmin kreditləri götürməyib. Həmin hesabların adına necə açıldığından, qeyd olunan məbləğlərdə vəsaitlərin necə, nə zaman və haradan çıxarıldığından, həmin vəsaitlərin konkret olaraq nəyə və kim tərəfindən xərcləndiyindən heç bir məlumatı olmamışdır. Eyni zamanda, istintaq zamanı bunu öyrəndikdən sonra Cahangir Hacıyevlə görüşmüş və bu barədə ondan məlumat aldıqda isə o, iddiaçıya onun xəbəri olmadan onun özünün göstərişi əsasında “xxxx” ASCnin Mərkəzi filialında adına VİP kartların açıldığını, həmin pulların çıxarılaraq bankın səhmlərinin alınmasına sərf olunduğunu, adına olan borcların onun özünə aid olduğunu, həmin borcların onun özünün bağlayacağını bildirmişdir. İstintaq zamanı həmin kreditlərlə əlaqədar tərtib edilmiş sənədlərdə onun adının qarşısındakı imzalar saxtalaşdırılmışdır. Onun adına açılmış hesablar üzrə 3 ədəd VİP kredit kartı vasitəsilə götürülmüş həmin kreditlər mənimsənildiyi üçün “xxxx” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə, “xxxx” ASC-nin Mərkəzi fililalının direktorları Anar Sultanova, Yusif Ələkbərova, həmin filialın müdiri İlqar Abdullayevə ittiham verilmiş və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-975/16 saylı 14.10.2016-cı il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunmuşlar. Adına açılmış hesablar üzrə 3 ədəd VİP kredit kartı vasitəsilə götürülmüş həmin kreditlərin 26.991.022 ABŞ dolları, 14.137.166 avro və 4.771.872 manatı başlanmış cinayət işinin istintaqı zamanı ödənilmiş, 6.000.000,00 ABŞ dolları, 4.592.834,00 avro və 6.087.929,63 manat məbləği isə ödənilməmiş qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli hökmü ilə də adına açılmış həmin kreditlərlə və digər şəxslərə verilmiş kreditlərlə bağlı “xxxx” ASC-nin Cahangir Hacıyevə və qeyrilərinə qarşı verdiyi iddia təmin olunaraq, onlardan cəmi 102.001.411,52 manatın alınıb “xxxx” ASC-yə verilməsi qət edilmişdir. O, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi deyil, şahid qismində cəlb olunaraq istintaqa və məhkəməyə ətraflı ifadələr vermiş və məhkəmənin qanuni qüvvəyə minmiş göstərilən hökmü ilə müəyyən edilmişdir ki, onun qeyd edilən kreditlərə heç bir aidiyyəti olmamışdır. Belə ki, həmin hökmün 62-ci vərəqində qeyd edilir ki, “İddiaçı adına açılmış kredit kartı üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditlərin şərtləri müəyyən edilmədən onların rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, ayrı-ayrı valyuta növləri üzrə pul vəsaitinin “xxxx” ASC tərəfindən İddiaçı adına açılmış plastik karta köçürülməsi əməliyyatlarının qeyri-qanuni olaraq həyata keçirildiyi nəzərə alınaraq ayrı-ayrı valyuta növləri üzrə “xxxx” ASC-yə vurulmuş ziyanın məbləği ABŞ dollarında açılmış VİP kredit kartları üzrə 32.991.022 ABŞ dolları, Avro valyutasında açılmış VİP kredit kartları üzrə 18.730.000 avro, Azərbaycan valyutasında açılmış VİP kredit kartları üzrə 10.859.802 manat müəyyən edilir. İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 26.991.022 ABŞ dolları, 14.137.166 avro və 4.771.872 manat məbləğində pul vəsaiti onun adına açılmış plastik qeyri-qanuni olaraq pul vəsaitinin köçürülməsi nəticəsində “xxxx” ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilir. Beləliklə, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14.10.2016-cı il tarixli hökmü onu təsdiq edir ki, onun adına açılmış yuxarıda göstərilən kredit kartları üzrə borc Cahangir Hacıyev və qeyriləri tərəfindən mənimsənilmişdir. Həmin borc üzrə “xxxx” ASC-yə dəymiş ziyan borcun qaytarılmaması nəticəsində deyil, bilavasitə cinayət qanunu ilə nəzərdə tutumuş əməllə vurulmuşdur. Bu səbəbdən onun VİP kredit kartları üzrə “xxxx” ASC qarşısında hər hansı bir öhdəliyi yoxdur. Lakin buna baxmayaraq, “xxxx” ASC “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamına istinad etməklə əsassız olaraq onun adına açılmış VİP kredit kartları üzrə ödənməmiş qalan 6.000.000 ABŞ dolları, 4.592.834,00 avro və 6.087.929,63 manat məbləğində borclar üzrə tələb hüququnu müvafiq təhvil-təslim sənədləri əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ötürmüş, Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı da öz növbəsində həmin pulu ondan tələb edir. Bu tələb tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin borcla bağlı məsələyə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-975/16 saylı 14.10.2016-cı il tarixli hökmü ilə qiymət verilərək onun həmin pula heç bir aidiyyatının olmadığı təsdiq edilmiş və nəticədə həmin məbləğin hökmə əsasən Cahangir Hacıyevdən və qeyrilərindən tutulması barədə “xxxx” ASC-nin mülki iddiası təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə, iddia ərizəsinin etiraf edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmündən görünür ki, İddiaçı adına açılmış kredit kartı üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditlərin şərtləri müəyyən edilmədən onların rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, ayrı-ayrı valyuta növləri üzrə pul vəsaitinin «xxxx» ASC tərəfindən İddiaçı adına açılmış plastik karta köçürülməsi əməliyyatlarının qeyri-qanuni olaraq həyata keçirildiyi nəzərə alınaraq ayrı-ayrı valyuta növləri üzrə «xxxx» ASC-yə vurulmuş ziyanın məbləği ABŞ dollarında açılmış VİP kredit kartları üzrə 32.991.022 ABŞ dolları, Avro valyutasında açılmış VİP kredit kartları üzrə 18.730.000 Avro, Azerbaycan valyutasında açılmış VİP kredit kartları üzrə 10.859.802 manat müəyyən edilmişdir. İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 26.991.022,0 ABŞ dolları, 14.137.166 avro və 4.771.872 manat məbləğində pul vəsaiti onun adına açılmış plastik karta qeyri-qanuni olaraq pul vəsaitinin köçürülməsi nəticəsində «xxxx» ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı hazırda iddiaçıya 6087929,63 manat, ******* avro, ******* ABŞ dolları kredit kartı borcu qalmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi verilmiş etiraf ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etməyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı adına olan cəmi 6.000.000 ABŞ dolları, 4.592.834,00 avro və 6.087.929,63 manat borcun Cahangir Hacıyev və qeyriləri tərəfindən mənimsənildiyi qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14.10.2016-cı il tarixli hökmündə öz təsdiqini tapmışdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, iddia ərizəsi təmin edilərək, İddiaçı adına açılmış VİP kredit kartı üzrə hesablanmış 6 000 000 ABŞ dolları, 4 592 834 avro və 6 087 929,63 manat borc silinməli və bununla bağlı məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi vəzifəsi Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı adına açılmış VİP kredit kartı üzrə hesablanmış 6 000 000 (altı milyon) ABŞ dolları, 4 592 834 (dörd milyon beş yüz doxsan iki min səkkiz yüz otuz dörd) avro və 6 087 929,63 (altı milyon səksən yeddi min doqquz yüz iyirmi doqquz manat altmış üç qəpik) manat borc silinsin və bununla bağlı məlumatın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi vəzifəsi Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3313/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3313/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver