Məhkəmə qərarları › İş №2(004)-333/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-333/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-333/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, X1, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3, Cavabdeh1 ştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldiməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X7” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 iddiaçı “Unibank" KB ASCnin xeyrinə arasında 08.02.2019-cu il tarixli 02BK/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsinə əsas kredit borcu üzrə 265063 AZN, faiz borcu üzrə 10029,46 AZN, cərimə borcu üzrə 385,28 AZN, cəmi 275477,74 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 566 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsi üzrə 275477,74 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 566 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 255 000,00 (iki yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında 08.02.2019-cu il tarixli 02BK/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 14.10.2020-ci il tarixli 06BKƏ/19- 1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 40 ay müddətinə 08.02.2024-cü il tarixədək illik 13 % ödəmək şərtilə 266632 ( İki yüz altmış altı min altı yüz otuz iki) AZN məbləğində kredit verilmişdir. 08.20.2019-cu il tarixli 02BK/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 08.02.2019-cu il tarixli 02BKİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi,19 saylı fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (Çıxarış seriya RX. №1483838). Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "Unibank” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 20.09.2021-ci il tarixli maliyyə arayışına əsasən 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 265063 AZN, faiz borcu üzrə 10029,46 AZN, cərimə borcu üzrə 385,28 AZN, cəmi 275477,74 AZN təşkil edir. 08.02.2019-cu il tarixli, 02BKİ/19 saylı ipoteka müqaviləsinə əsasən D.C.Rajaninin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evi 08.02.2019-cu il tarixli, 02BK/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 255.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Unibank" KB ASC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək izahatında bildirmişdir ki, 08.02.2019-cu il tarixli əsas və 14.10.2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən ona 40 ay müddətinə illik 13 % ödəmək şərtilə 266632 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq həyat yoldaşına məxsus Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İlk vaxtlar banka olan aylıq ödənişlərini vaxtında ödəsə də, sonradan pandemiya və devalvasiya səbəbindən ödənişləri vaxtında edə bilməmişdir. Məhkəmədən ödənişlərin edilməsi üçün vaxt verilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materillarına əlavə olunmuş 20.09.2021-ci il tarixli, UB-BANK/PİKMD/984414 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 Ronaldinin 06BKƏ/19-1 saylı kredit müqaviləsi üzrə 20.09.2021-ci il tarixinə borcu 265063 manat əsas, 10029,46 manat faiz borcu, 385,28 manat cərimə olmaqla cəmi 275477,74 manat təşkil edir. İş materiallarında olan "xxxx" KB ASC-nin 16 saylı filialı ilə X16 arasında bağlanmış 08.02.2019-cu il tarixli 02BK/19 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya verilmiş 1.000.000 manat məbləğini illik maksimum 28 faiz olmaqla maksimum 60 ay müddətində 08.02.2024-cu il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin 16 saylı filialı ilə X16 arasında bağlanmış 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya verilmiş 266632 manat məbləğini illik 13 faiz olmaqla 40 ay müddətində 08.02.2024-cu il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı 19.02.2019-cu il tarixli 06BKƏ/19 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, xüsusi mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Yasamal rayonu Mehdi Məmmdov küçəsi 19 saylı fərdi yaşayış evi 60 ay müddətinə "xxxx" KB ASC 16 saylı filialıının xeyrinə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19002 nömrəli vərəqində 13.02.2019-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX serıyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmdov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi X11 adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 10.0.2012-ci il tarixində qeydiyyata alınmışdır. Daşınmaz əmlak dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19002 nömrəli vərəqində qeydiyyta alınmışdır İş materiallarında əlavə olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X16 notariat ofisinə təqdim etdiyi **********777 saylı ərizədə mənzilin "xxxx" KB sonrakı ipotekaya qoyulmasına razıdır və həmin əmlaka tutma yönəlikdə və o satıldıqda onu tərk etəyi öhdəsinə götürür, həmin ərizə Baki şəhər 53 saylı Notariat Kontorunda 08.02.2019-cu il tarixdə reyestrdə 8İ-1777 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. İş materiallarında əlavə olunmuş Unibank KB ASC ilə X17 arasında bağlanmış 08.02.2019-cu il tarixli 02BKİ/19 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, sonrakı ipoteka predmeti ipoteka saxlayanla Dmello Ronald Austin arasında bağlanmış 15.11.2012-ci il tarixli, 112BK/12 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icraının təmin edilməsi üçün ipoteka saxlayanla ipoteka qyan arasında bağlanmış 15.11.2012-ci il tarixli 112BKİ/12 saylı ipoteka müqaviləsinə əsasən Unibank KB ASC-nə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Unibank KB ASC-nin Cavabdeh1 ünvanladığı 20.09.2021-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 14.10.2020-ci il tarixli 06BKƏ/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən əsas kredit borcu üzrə 265063 AZN,faiz borcu üzrə 10029,46 AZN,cərimə borcu üzrə 385,28 AZN,cəmi 275477,74 AZN məbləğində borcun ödənilməsi 5 (beş) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-in Cavabdeh2 ünvanladığı 21.09.2021-cı il tarixli ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəlməsi barədə bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1in 20.09.2021-ci il tarıxə 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği üzrə 265063 AZN, faiz borcu üzrə 10029,46 AZN, cərimə borcu üzrə 385,28 AZN, cəmi 275477 AZN təşkil edir. Bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan Cavabdeh1in mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi 19 saylı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməyə başladığı cavabdehin nəzərinə çatdırılmışdır. İş materiallarında olan "xxxx" KB ASC-in Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazı İdarəsinə ünvanladığı 29 sentyabr 2021-cı il tarixli ərizədən müəyyən olunur ki, bank tərəfindən “ipoteka predmetinə tutma yönədilməsinə dair” bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materillarında olan elektron çıxarışdan müəyyən olunur ki, “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönədilməsinə dair” bildiriş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Bakı şəhər ərazi idarəsi tərəfindən qəbul edilmişdir. İş materiallarında “X8 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin 16 fevral 2022-ci il tarixli YDQ №004-013/2022 nömrəli rəyi üzrə aparılmış ekspertiza ilə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinin bazar dəyəri 413.000 manat, likvid dəyəri üzrə 360.000 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9145 nömrəli, 15 mart 2022-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 banka ödənilməmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsinin şərləri nəzərə alınmaqla Cavabdeh1 20.09.2021-ci il tarixdə banka olan əsas və faiz borcu 275.446,63 manat məbləğində müəyyən edilir, o cümlədən 20.09.2021-ci il tarixə əsas borc üzrə 266.327,14 manat, faiz borcu üzrə 9.119,50 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 11.10.2021-ci il tarixli ********* saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 536 manat, 27.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat dövlət rüsumu, cəmi 566 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC-nin 16 saylı filialı ilə X16 arasında bağlanmış 14.10.2020-ci il tarixli 06BKƏ/19-1 saylı əlavə kredit müqaviləsi əsasında kreditor borcluya verilmiş 266632 manat məbləğini illik 13 faiz olmaqla 40 ay müddətində 08.02.2024-cu il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı 19.02.2019-cu il tarixli 06BKƏ/19 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh X16 14.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə cavabdeh X12 265063 manat əsas, 10029,46 manat faiz borcu, 385,28 manat cərimə olmaqla cəmi 275477,74 manat kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdeh X16 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas borc hissəsində 265063 manat borcun tutulması hissəsində tam təmin edilməli, iddia tələbi faiz borcu hissəsində mühasibatlıq- ekspertizanının rəyinə uyğun şəkildə təmin edilməli, 9.119,50 (doqquz min yüz on doqquz manat əlli qəpik) manat faiz borcu və ağlabatan həcmdə hesablanmış 385,28 manat cərimə borcu X9 tutularaq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Unibank KB ASC ilə X17 arasında bağlanmış 08.02.2019-cu il tarixli 02BKİ/19 saylı sonrakı ipoteka müqaviləsinə əsasən sonrakı ipoteka predmeti ipoteka saxlayanla Dmello Ronald Austin arasında bağlanmış 15.11.2012-ci il tarixli, 112BK/12 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icraının təmin edilməsi üçün Bakı şəhəri,Yasamal rayonu, Mehdi Məmmədov küçəsi 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 145.000 manata qiymətləndirilmişdir. Cavabdeh X16 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh X16ə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu X16 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdeh X11 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi 19 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni əmlakın likvid dəyəri - 360.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 566 (beş yüz altmış altı) məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyata alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı “Unibank" KB ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X8 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN: ********** (bankın VÖENİ), kod: 505141, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, müxbir hesabı: AZ82NABZ********************, SWİFT BİK: PAHAAZ22) köçurməlidir. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 265063 (iki yüz altmış beş min altmış üç) manat əsas, 9.119,50 (doqquz min yüz on doqquz manat əlli qəpik) manat faiz borcu, 385,28 (üç yüz səksən beş manat iyirmi səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 274.567,78 (iki yüz yetmiş dörd min beş yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 566 (beş yüz altmış altı) məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyata alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı “Unibank" KB ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predimeti olan və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 360.000 manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" KB ASC-nə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh2 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, 19 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “X8 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN: ********** (bankın VÖENİ), kod: 505141, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, müxbir hesabı: AZ82NABZ********************, SWİFT BİK: PAHAAZ22) ödənilsin. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar