Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3334/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X4 2018-ci ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 2014-cü ildən İŞİD terrorçu təşkilatına qoşularaq ölkəni tərk edərək Suriyaya qaçmışdır. Tural Niyazov ara-sıra atası ilə telefon əlaqəsi saxlasa da, 2018-ci ildə Suriyanın İŞİD tərəfindən işğal olunmuş ərazilərinin müttəfiq qoşunları tərəfindən bombardman edilməsi zamanı itkin düşmüşdür. Həmin ildən oğlu X7 barəsində məlumat ala bilməmişdir. X2 Dinara Knyaz qızı ilə 22 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Səbuhi adlı uşaqları dünyaya gəlmişdir. Onların nikahları Yasamal Rayon Məhkəməsinin 13 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. ərizəçi v onun ailə üzvlərinin hər hansı bir sənədləşmə işində, həmçinin ərizəçinin nvəsi xx.xx.2009-cu il təvəllüdlü Ərizəçi Tural oğlunun da gələcək təhsillə balı məsələlərində yəni xaricdə təhsil alması ilə əlaqədar olaraq ortaya çıxacaq hər hansı bir məsələnin həllində mütləq şəkildə X4 razılığı tələb oluna bilər. Bu da X4 tapılmaması, yəni xəbərsiz itkin düşməsi səbəbindən qeyri-mümkündür. X7 İŞİD terrorçu təşkilatına qoşularaq Suriyada gedən döyüşlərə qatılmış və uzun müddətdir ki, ondan xəbər yoxdur. Buna sübut olaraq “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısı”da X4 adı qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1982-ci il təvəllüdlü X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, oğlu onunla ara-sıra telefon əlaqəsi saxlasa da, 2018-ci ildə Suriyanın İŞİD tərəfindən işğal olunmuş ərazilərinin müttəfiq qoşunları tərəfindən bombardman edilməsindən sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Oğlu ilə sonuncu dəfə təxminən 2018-ci ilin avqust ayının 15-də telefonla əlaqə saxlamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Vİİİ-JQ seriyalı, 482571 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi siyahısından (2022-ci il 20 iyul dəyişikliklərlə) görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X7 həmin siyahıya əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X1 dəfə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Məhkəmə, ərizəçinin izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi oğlu X7 2014-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Tural Niyazov ara-sıra atası ilə telefon əlaqəsi saxlasa da, 2018-ci ildə Suriyanın İŞİD tərəfindən işğal olunmuş ərazilərinin müttəfiq qoşunları tərəfindən bombardman edilmiş və həmin vaxtdan sonra onun olduğu yer məlum olmamışdır. Məhkəmə iclasında Ərizəçi oğlu ilə sonuncu dəfə təxminən 2018-ci ilin avqust ayının 15-də telefon əlaqəsi saxladığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və 23 iyul 1982-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsində qeyd edildiyi kimi xx.xx.2018-ci il tarixdən (son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən) xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 iyul 1982-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3334/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3334/2024
22.07.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver