Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3339/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı “X8” Şirkətinin və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “X8” Şirkətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X8” Şirkətinin “tələbin girova yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, “X8” Şirkətinə qarşı “kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun qaytarılması” tələbinə və ilkin iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı tələbin girova yönəldilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 mülki işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8” Şirkətinin və ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X5 mülki işin kommersiya məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Elektron məhkəmə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, X6 Fzco" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxsdir və ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "X6 Fzco" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxslər olduqlarından 2(004)-3339/2021 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli qərarının 12-ci maddəsinə qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü maddəsinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31,35,44,45,263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İlkin iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh LPO "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “X8” Şirkətinə qarşı “kredit borcunun qaytarılması və s” tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X8” Şirkətinin “tələbin girova yönəldilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3339/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3339/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver