Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3359/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimetin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 üçün alimentin tutulması qaydasının dəyişdirilərək yetkinlik yaşına çatana qədər hər ay ataları Cavabdeh qazancının ¼ hissəsində aliment tutularaq uşağın anası İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, alimetin məbləğinin artırılmasını deyil, dəyişdirilməsini və cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulmasını istəyir. xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə etdiyini, Cavabdeh qazancının ¼ hissəsində sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Qeyd etmişdir ki, alimentin dəyişdirilməsi, əmək haqqının ¼ hissəsi miqdarında tutulması tələbini qəbul etmir, çünki ikinci nikahından 2 övladı daha var. Alimentin dəyişdirilməsi onun maddi vəziyyətini ağırlaşdırar. xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, iddiaçı ilə ailə münasibətlərini bitirdikdən sonra ikinci dəfə ailə həyatı qurduğunu, ikinci nikahından övladlarının olduğunu, bu səbəbdən də X2 üçün ayda 170 manat məbləğində aliment verməyə razı olduğunu bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Müdafiə Nazirliyində çalışdığını, 800 manat əmək haqqı aldığını və əmək haqqı ilə bağlı arayışı təqdim edə biləcəyini qeyd etmişdir. İş materiallarında olan AZ-İİİ №876305 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan AZ-İ № 324964 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmiş, qadına Cabbarova soyadı verilmişdir. İş materiallarından olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 272/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh ilə X7 arasında 10 noyabr 2015-ci ildə bağlanmış və həmin tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2749 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası X4 yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh həqiqətən də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xidmət edir, gəlir vergisi və sosial ödənişlər çıxıldıqdan sonra əmək haqqısı 970 manat təşkil edir. Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Məmmədov Yusif, xx.xx.2021-ci il təvəllüdlü Məmmədzadə Süleyman, xx.xx.2019-cu il təvəllüdlü Məmmədzadə Elşən adlı övladları var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2016-cı il təvəllüdlü X2 üçün alimentin tutulması qaydasının dəyişdirilərək yetkinlik yaşına çatana qədər hər ay ataları Cavabdeh qazancının ¼ hissəsində aliment tutularaq uşağın anası İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, elektron çıxarışdan da göründüyü kimi cavabdehin digər xx.xx.2021-ci il təvəllüdlü Məmmədzadə Süleyman, xx.xx.2019-cu il təvəllüdlü Məmmədzadə Elşən adlı 2 övladı daha var. Belə olan halda aliment tutularkən digər uşaqların da mənafeləri nəzərə alınmalı və 3 uşağa görə cavabdehin qazancının yarısı miqdarında aliment hesablanmalıdır. Belə olan halda cavabdehin əmək haqqını nəzərə alaraq məhkəmə hesab edir ki, hal-hazırda iddiaçıya ödənilən məbləğ həmin məbləğlə mütənasiblik təşkil edir. Həmçinin aliment məbləğinin dəyişdirilməsi cavabdehin maddi vəziyyətinin çətinləşməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin icra üsulunun dəyişdirilməsi və ya artırılması üçün cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün alimentin tutulması qaydasının dəyişdirilərək yetkinlik yaşına çatana qədər hər ay ataları Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimnetin tutularaq uşağın anası İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3359/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver