Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3365/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Mdinaradze Malkhaz və X1rşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Mdinaradze Malkhaz və X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X2 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 2.298,91 manat faiz borcu, 500,50 manat dəbbə pulu olmaqla, cəmi 11,322.36 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı “xxxx” MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X2 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli kredit müqaviləsinə (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşmaya) əsasən «xxxx” MMC borcalan Mdinaradze Malkhaza illik 23 faiz olmaqla 24 ay müddətinə 12.000 manat kredit vermişdir. Borcun təminatı olaraq X3 24.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Hazırda cavabdehlərdən müqavilə üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Mdinaradze Malkhaza və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmişdir. X8 qeydiyyatda olduğu ünvanda yaşamadığına görəbildirişi ona təqdim etmək mümkün olmamışdır. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Mdinaradze Malkhazın, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X4 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli kredit müqaviləsinə (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1-29449-16702 nömrəli razılaşmaya) əsasən «xxxx” MMC borcalan Mdinaradze Malkhaza illik 23 faiz olmaqla 24 ay müddətinə 12.000 manat kredit vermişdir. 24.06.2019-cu il tarixli BAKU1-29449-16702+BAKU2-1022 nömrəli zaminlik müqaviləsinə əsasən X6 borcalan Mdinaradze Malkhazın öhdəliklərinin icrasının təmin edilməsi üçün kreditor “xxxx” MMC-nin qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “xxxx” MMC-nin 26.05.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizədən müəyyən edilir ki, cavabdehlər məhkəməyə müraciət etdikdən sonra müəyyən ödənişlər etmişdir. Borcalanın 24.06.2019-cu il tarixli müqavilə üzrə “xxxx” MMC-yə 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz, 500,50 manat dəbbə borcu olmaqla, cəmi 10.974,82 manat borcu vardır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin X6 həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə hesablanmış yüksək 500,50 manat cərimə azaldılaraq 50 manat cərimə müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X2 24.06.2019-cu il tarixli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.554,32 manat manat pul müştərək qaydada tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia tələbi - 450,50 manat dəbbə pulun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər (borcalan) Mdinaradze Malkhaz və (zamin) X2 24.06.2019-cu il tarixli BAKU1- 29449-16702 nömrəli kredit müqaviləsi (onun tərkib hissəsi olan 24.06.2019-cu il tarixli BAKU1- 29449-16702 nömrəli razılaşma) üzrə yaranmış 8.522,95 manat əsas borc, 1.951,37 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.554,32 manat (on min beş yüz əlli dörd manat otuz iki qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3365/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3365/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver