Məhkəmə qərarları › İş №2(004)-337/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-337/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-337/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Kia Cerato minik markalı, 2023-cü il buraxılışlı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 15775 manat məbləğində zərərin və iş üzrə ödənilmiş 137,32 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il buraxılışlı, Kia Cerato minik markalı, **- EE-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası DİN-yi BDYP-si İdarəsi tərəfindən onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil tərəfindən 7E-13216 nömrəli, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında oğlu Nümayəndə rəsmi reyestrdə qeydə alınmış daşınar əmlakın üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən edilməsi üçün Bakı şəhəri 52 saylı Notariat Kontorunda etibarnamə verilmişdir. Nümayəndə "xxxx" MMC vasitəsi ilə 067 saylı, 27 iyun 2024-cü il tarixli icarə müqaviləsi əsasında avtomobili Cavabdeh müvəqqəti istifadəsinə vermiş, cavabdeh avtomobillə hərəkətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 00:25-də Bakı şəhəri, Suraxanı rayonu. Heydər Əliyev prospekti ərazisində nəqliyyat vasitəsini idarə edərkən "əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə" nəticəsində yol nəqliyyat hadisəsi törədərək avtomobilə ciddi zərər vurmuşdur. Cavabdehin barəsində DİN BDYPİ-nin Bakı şəhər DYPİ polis kapitanı X3 oglu tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş qiymətləndirməyə dair hesabat sənədinə əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən mülkiyyətində olan avtomobilə 15775 manat məbləğində zərər vurulmuşdur. Daha sonra, Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, icarə müqaviləsində göstərilən 500 manat pulun hamısını ödəmişdir. Nəqliyyat vasitəsinə zərər vurmamışdır. xx.xx.2024-cü il Bakı şəhər YP-nın qərarı ilə İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Maşın sürülən zaman sükan sağa və sola döndərilən zaman işləmədiyindən öz-özünə gedərək magistral yolun kənar dəmirinə dəyərək dayanmışdır. Onun qismən günahkar olmağı hakim tərəfindən qəbul olunsa, müstəqil ekspertin şişirdilmiş qərarı ilə razı deyil. İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 067 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürənin müvəqqəti istifadəsinə, icarəyə verir. Müqavilə bağlandığı andan, tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədə olur. Sözügedən müqavilənin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 50 manat olmaqla, ümumilikdə 500 manat təşkil edir. Müqaviləyə əsasən icarəyə verən nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə, “Avtomobilin texniki vəziyyəti barədə” Akt əsasında icarəyə götürənə təhvil verir və icarəyə götürən isə müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. halları üçün cavabdehlik və məsuliyyət daşıyır. İcarəyə götürən iccarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə qaytarmalıdır. Avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsi baş verərsə, avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə icarəyə verənə təhvil verməlidir. İş materiallarında olan "xxxx" tərəfindən verilmiş 067 nömrəli Etibarnamədən görünür ki, Cavabdeh “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:25-də “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:25-də “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qiymətləndirməyə dair hesabatdan görünür ki, “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin məbləği 15775 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2024-cü il tarixli, 9/9197 nömrəli ekspert rəyinə əsasən Müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər aktına əsasən “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti 4502 manat, təmir-bərpa işlərinin qiyməti 4030 manat olmaqla, təmir-bərpa xərci cəmi təxminən 8532 manat müəyyən edilmişdir. Keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 067 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Nümayəndə özünə məxsus “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürənin müvəqqəti istifadəsinə, icarəyə vermişdir. “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəyə götürən Cavabdeh icarəsində olduğu müddətdə, xx.xx.2024-cü il tarixdə saat 00:25-də Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ərazisində nəqliyyat vasitəsini idarə edərkən "əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə" nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:25-də “Kia Cerato minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda iddiaçı sözügedən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin Cavabdeh tərəfindən ödənilməsini xahiş edir. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarla və digər iş materialları ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərindən də görünüdüyü kimi icarəyə verən nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə, “Avtomobilin texniki vəziyyəti barədə” Akt əsasında icarəyə götürənə təhvil verməyi, icarəyə götürən isə müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. halları üçün cavabdehlik və məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İcarəyə götürən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə qaytarmalıdır. Avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsi baş verərsə, avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə icarəyə verənə təhvil verməlidir. Sözügedən xx.xx.2024-cü il tarixli, 067 nömrəli icarə müqaviləsi bu şərtlərlə bağlanmış icarə müqaviləsinin müvafiq bəndlərində bu şərtlər öz əksini tapmışdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Bu baxımdan cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsinə dəymiş zərəri icarəyə verənə ödəməlidir. İddiaçı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləğinin mülki iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2024cü il tarixli, 9/9197 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməsi daha ağlabatandır və Cavabdeh vurulmuş maddi zərərə görə 8532 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,27 manat pul cavabdehdən alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 63,05 manat (137,32-74,27=63,05) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 8532 (səkkiz min beş yüz otuz iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,27 (yetmiş dörd manat iyirmi yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 63,05 (altmış üç manat beş qəpik) manat (137,32-74,27=63,05) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 8532 (səkkiz min beş yüz otuz iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,27 (yetmiş dörd manat iyirmi yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 63,05 (altmış üç manat beş qəpik) manat (137,32-74,27=63,05) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar