Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3393/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-444 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.000 manat borcun, ödədiyi 72 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 120 manat olmaqla, cəmi 5.192 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 5.000 manat borc pul vermişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borcu hazırkı vaxta kimi qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 5.000 manat borc pul almışdır. İşdən çıxdığına görə borcu vaxtında qaytara bilməmişdir. O, aldığı 5.000 manat borcu xx.xx.2023-cü il tarixə kimi İddiaçı qaytarmağı öhdəsinə götürür. Bu barədə məhkəməyə ərizə təqdim edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianı etiraf etməsinə dair ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-444 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh 3 ay müddətinə xx.xx.2023-cü ilədək qaytarmaq şərti ilə 5.000 manat borc vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.000 manat borc, ödənilmiş 72 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 5.192 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 3M-444 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.000 manat borc, ödənilmiş 72 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 5.192 (beş min yüz doxsan iki) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3393/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3393/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver