Məhkəmə qərarları › İş №2(004)-3400/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3400/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3400/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Mirkazım oğluna və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 Mirkazım oğluna və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mirkazım oğlu və Cavabdeh1 xx xxx 2016-cı il tarixli RBNPU-1954 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 17.123,36 manat, faiz borcuna görə 19.149,15 manat, dəbbə borcuna görə 8.200 manat olmaqla, cəmi 44.472,51 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə saat 15:20-yə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı ASC xx.xx.2020-ci il tarixli KB05/RK-6579 nömrəli ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx xxx 2016-cı il tarixli RBNPU-1954 saylı kredit müqaviləsi üzrə razılaşma əldə edildiyini bildirmişdir. Bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6, 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 259.0.11, 260, 263-***, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Mirkazım oğluna və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar