Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3426/2020 19.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh Vaqif oğluna qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Vaqif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-cimaddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarına əlavə edilmiş 05.04.2019-cu il tarixli icra qeydindən görünür ki, 31.08.2017-ci il tarixli, 3M-1372 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən x1 İddiaçı 05.04.2019-cu il tarixnə 17425.95 manat məbləğində borcu yaranmışdır. Həmin sənədlər üzrə ipoteka saxlayan İddiaçı tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlaka tutmanın yönəldilməsi və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun borcludan tutulması barədə 05.04.2019-cu il tarixdə icra qeydi verilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb olunan borc məbləği üzrə notarius tərəfindən artiq icra qeydi verildiyindən və müvafiq tələb üzrə icra şöbəsində artıq icra işi olduğundan (icra mərhələsində olduğundan), eyni müqavilə üzrə tələbə təkrarən məhkəmə qaydasında baxıla bilinməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icra qeydi üzrə icra tədbirlərini həyata keçiriməsi tələbi ilə müvafiq icra şöbəsinə müraciət edilməli və ya icra qeydinin icra olunmadan geri qaytarılmasına dair ərizə ilə müraciet etdikdən sonra ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Vaqif oğluna qarşı pul tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3426/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3426/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver