Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3431/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh Qələndər oğlunun iştirakı ilə. İddiaçı ASC-nın Cavabdeh Qələndər oğluna qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qələndər oğlundan iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-880-20 saylı kredit müqaviləsi üzrə 10945,30 manat əsas borc, 856,49 manat faiz borcu, 88,48 manat cərimə olmaqla, cəmi 11890,27 manat borcun və 125,67 manat dövlət rüsumunun tutulması, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qələndər oğlu xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 18000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il mayın 20-dək Cavabdeh Qələndər oğlunun banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10945,30 AZN əsas borc, 856,49 AZN faiz, 353,90 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 12155,69 AZN borcu vardır. Cavabdeh Qələndər oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 353.9 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdannda olmaqla, yəni 88,48 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qələndər oğlu izahatında iddia tələbini qəbul etdiyini, həqiqətən də, bankdan borc aldığını, lakin maddi imkanı pisləşdiyindən ödəniş edə bilmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh Qələndər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-880-20 saylı kredit müqaviləsinə əsasən borc alana istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. Nəticə etibarilə, xx.xx.2022-ci il tarixə Cavabdeh Qələndər oğlunun qeyd olunan kredit müqaviləsi üzrə 10945,30 manat əsas borc, 856,49 manat faiz borcu, 88,48 manat cərimə olmaqla, cəmi 11890,27 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehdən 10945,30 manat əsas borc, 856,49 manat faiz borcu, 88,48 manat cərimə olmaqla, cəmi 11890,27 manat məbləğində pul və 125,67 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Qələndər oğlundan xx.xx.2020-ci il tarixli, 23-Y-1-0-880-20 saylı kredit müqaviləsi üzrə 10945,30 manat əsas borc, 856,49 manat faiz borcu, 88,48 manat cərimə olmaqla, cəmi 11890,27 (on bir min səkkiz yüz doxsan manat 27 qəpik) manat borc və 125,67 (yüz iyirmi beş manat 67 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulsun. “Nikoyl” İKB ilə Cavabdeh Qələndər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 23-Y- 1-0-880-20 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3431/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3431/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver