Məhkəmə qərarları › İş №2(004)-3431/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3431/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3431/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “210 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “210 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan “Chevrolet Cobalt” markalı avtomobilə yumruqla vuraraq 210 manat məbləğində zərər yetirmişdir. Cavabdeh bununla bağlı Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(012)-437/2025 nömrəli qərarı ilə İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, cavabdeh tərəfindən avtomobilə vurulmuş 210 manat zərər ödənilməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(012)- 437/2025 nömrəli qərarına əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan “Chevrolet Cobalt” markalı avtomobilə yumruqla vuraraq 210 manat məbləğində zərər yetirmiş və bununla əlaqədar Cavabdeh İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinərək dəymiş zərərin 1 misli həddində, yəni 210 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda nzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1096-cı maddəsində göstərilən əsaslar müəyyən edilir. Cavabdeh məhkəmə qərarına əsasən baş vermiş hadisə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qərarının preyudisial əhəmiyyəti nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan “Chevrolet Cobalt” markalı avtomobilə yumruqla vuraraq 210 manat məbləğində zərər yetirmişdir. Həmçinin, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(012)-437/2025 nömrəli qərarına əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İddiaçı məxsus olan “Chevrolet Cobalt” markalı avtomobilə yumruqla vuraraq 210 manat məbləğində zərər yetirmiş və bununla əlaqədar Cavabdeh İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinərək dəymiş zərərin 1 misli həddində, yəni 210 manat cərimə edilmişdir. Belə ki, Cavabdeh təqsirli (qəsd) hərəkətləri üzrə iddiaçıya maddi zərər dəymişdir. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən sübutetmə yükünü təşkil etməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 210 (iki yüz on) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “210 manat məbləğində zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 210 (iki yüz on) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar