Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3436/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 23-M-1-0-366-14 saylı kredit müqaviləsi üzrə 14704,19 manat əsas borc, 3440,06 manat faiz borcu, 43,95 manat cərimə olmaqla, cəmi 18188,20 manat borcun və 30 manat dövlət rüsumunun tutulması,“İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsin ləğv edilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditin qalıq məbləği 11556.31 USD Mərkəzi Bankın xx.xx.2017-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 19646,88 manat təşkil edir, kreditin müddəti xx.xx.2023-cü il tarixədək təyin edilir. xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14704.19 AZN əsas borc, 3440.06 AZN faiz borcu və 43.95 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 18188.2 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında maddi imkanı pisləşdiyindən kredit borcunun ödənilməsində problemlərinin yaranmasını göstərərək, vaxt verildiyi təqdirdə borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 462, 472, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 23-M-1-0-366-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. Zamin Cavabdeh2 həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2014cü il tarixli 23-M-1-0-366-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2017ci il tarixli Əlavə sazişə əsasənkreditin qalıq məbləği 11556.31 USD Mərkəzi Bankın xx.xx.2017-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 19646,88 manat təşkil edir, kreditin müddəti xx.xx.2023-cü il tarixədək təyin edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 14704,19 manat əsas borc, 3440,06 manat faiz borcu, 43,95 manat cərimə olmaqla, cəmi 18188,20 manat təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı “xxxxxxxxx” ASC adına dəyişdirilmişdir. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən 14704,19 manat əsas borc, 3440,06 manat faiz borcu, 43,95 manat cərimə olmaqla, cəmi 18188,20 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 23-M- 1-0-366-14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli 23-M-1-0-366-14 saylı kredit müqaviləsi üzrə 14704,19 manat əsas borc, 3440,06 manat faiz borcu, 43,95 manat cərimə olmaqla, cəmi 18188,20 (on səkkiz min bir yüz səksən səkkiz manat 20 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3436/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3436/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver