Məhkəmə qərarları › İş №2(004)-3439/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3439/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3439/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə 818,51 ABŞ dolları əsas, 1837,95 ABŞ dolları cərimə, 592,41 ABŞ dolları faiz, 119,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 3368,33 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirir ki, “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 199 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə bankla Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 199 saylı kredit müqaviləsinə edilmiş 01 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə qədər uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdehnun mülkiyyətində olan “Mercedes E-220 CDİ” markalı, buraxılış ili 2000-ci il olan, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2013-cü il tarixli, 199 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 199 saylı kredit müqaviləsi üzrə 818,51 ABŞ dollaar əsas, 592,41 ABŞ dollan faiz, 1837,95 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra hesablanan 119,46 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 3368,33 ABŞ dolları borcu yaranmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 199 nömrəli kredit müqaviləsinə əsasən, bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh xx.xx.2013-cü il tarixdən 24 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC-nin Uğur filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 199 saylı kredit müqaviləsinə əlavəyə əsasən bank tərəfindən Cavabdeh 8000 ABŞ dolları məbləğində 24 ay müddətinə, xx.xx.2016-cı il tarixənədək illik 22% faiz ödənilməklə verilən kreditin qalıq məbləğinin ödənilməsi üçün krediti müddətini xx.xx.2017-ci il tarixinə qəqər uzadılır. İş materiallarında olan İddiaçı ASC-nin Uğur filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2013-cü il tarixli, 199 nömrəl kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə «Mercedes Benz C220» markalı, 2000-ci il buraxılışlı avtomaşını bank qarşısında yüklü etmişdir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 084889 seriyalı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Cavabdeh adına olan «Mercedes Benz C220» markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomaşına dair ipoteka haqqında müqaviləyə əsasən girovun qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********204 saylı maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 199 nömrəli nömrəli kredit müqaviləsinə üzrə Cavabdeh 818,51 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün 592,41 ABŞ dolları faiz borcu, 1837,95 ABŞ dolları cərimə borcu, 119,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, ümumilikdə 3368,33 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********644 nömrəli bildirişin surətinə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş AR DİN Baş Dövlət X4 tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və həmin borcun ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş «Mercedes Benz C220» markalı 90 VR218dövlət nömrə nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməli və borc ödənildikdən sonra yerdə qalan pul vəsaiti cavabdehə qaytarılmalıdır. AR Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə iddia tələbinin avtomobilin satışından əldə olunmuş pulun borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4 №-li qərarının 6.8-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş avtomaşının satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin cavabdehdən yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və avtomaşının satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqdan qalan borcun da cavabdehdən alınaraq Banka ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 818,51 ABŞ dolları əsas, 592,41 ABŞ dolları faiz, 50 ABŞ dolları məbləğində cərimə və 119,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikmə faizi, cəmi 1580,38 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinətutulmalı, tutma Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş “Mercedes Benz E 220" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 818,51 ABŞ dolları əsas, 592,41 ABŞ dolları faiz, 50 ABŞ dolları məbləğində cərimə və 119,46 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikmə faizi, cəmi 1580,38 (bir min beş yüz səksən dollar otuz səkkiz sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdehtərəfindən ipoteka ilə yüklü edilmiş “Mercedes Benz E 220" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar