Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3449/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 1.862,83 manat əsas borc, 572,46 manat faiz borcu və 280,46 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2.715,75 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 22.06.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırlmış cavabeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 12.07.2016-cı il tarixli BAKU1-29579-12533 №-li kredit müqaviləsinə əsasən müəyyən olunur ki, “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC 3000 (üç min) manat məbləğində krediti 18 ay müddətinə illik 37 (otuz yeddi) faizlə şəxsi istehlak məqsədləri üçün Cavabdeh1 mülkiyyətinə vermiş, kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsinə qoşma edilən A (ödəniş qrafiki) əlavəsində müəyyən olunmuş müddətdə faizi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda dəbbə pulu ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. 12.07.2016-cı il tarixli ödəniş qrafiki əsasən Cavabdeh1 tərəfindən sonuncu ay 214,12 manat olmaq şərti ilə, 12 ay müddətinə aylıq 220 manat olmaqla ümumilikdə 3.954,12 (üç min doqquz əlli dörd manat , on iki qəpik) manat məbləğində kredit “xxxx” Bank olmayan Kredit Təşkilatı MMCyə ödənilməlidir. İş materiallarında olan “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış 12.07.2016-cı il tarixli BAKU- 295712533+BAKU1-29542 №-li zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 3000 (üç min) manat məbləğində kreditin verilməsini nəzərdə tutan 12.07.2016-ci il tarixdə bağlanmış BAKU1-29579-12533 saylı bərpa edilən kredit xətti müqaviləsidir. İş materiallarında olan kassa **********№-li məxaric orderinə əsasən iddiaçı “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 28.04.2021-ci il tarixə 1862,83 (min səkkiz yüz altmış iki manat səksən üç qəpik) manat əsas, 572,46 (beş yüz yetmiş iki manat qırx altı qəpik) faiz, 280,46 (iki yüz səksən manat qırx altı qəpik) manat dəbbə borcu olmaqla, cəmi 2715,75 (iki min yeddi yüz on beş manat yetmiş beş qəpik) manat borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, 1862,83 (bir min səkkiz yüz altmış iki manat səksən üç qəpik) manat əsas, 572,46 (beş yüz yetmiş iki manat qırx altı qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 2485,29 (iki min dörd yüz səksən beş manat iyirmi doqquz qəpik) manat borc və 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Hesablanmış cərimənin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından cərimə azaldılmalı, 50 manat məbləğində cərimə borcu Cavabdeh1 tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 12.07.2016-ci il tarixli zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icra müddəti 12.07.2018-ci il tarixdə bitdiyindən və iddiaçı bir il müddətində zaminə qarşı iddia tələbi irəli sürmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 442.-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavadeh Cavabdeh1 1862,83 (bir min səkkiz yüz altmış iki manat səksən üç qəpik) manat əsas, 572,46 (beş yüz yetmiş iki manat qırx altı qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 2485,29 (iki min dörd yüz səksən beş manat iyirmi doqquz qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3449/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3449/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver