Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3465/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Chevrolet Zərdabi” Service qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Chevrolet Zərdabi" Servis tərəfindən 2.806.84 (iki min səkkiz yüz altı manat, səksən dörd qəpik) vurulmuş zərərin tam həcmdə ona ödənilməsi və "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin Servise tərəfindən təmir olunaraq mənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 məxsus "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin mühərrikində nasazlıq yarandığı üçün 2024-cü ilin dekabr ayında Bakı şəhəri Yasamal rayon ərazisində fəaliyyət göstərən "Chevrolet Zərdabi" Servisə müraciət etmiş, ondan minik avtomobilinin mühərrikinin təmir olunmasına görə 2.806.84 (iki min səkkiz yüz altı manat, səksən dörd qəpik) pul vəsaiti alınmış və xx.xx.2025-ci il tarixdə adı çəkilən minik avtomobilini Servisdən götürərək istifadə etmişdir. Mərhum həyat yoldaşı X2 özünə məxsus "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini 21 (iyirmi bir) gün idarə etdikdən sonra avtomobilin mühərrikində nasazlıq yaranaraq işləməmiş, mərhum idarə etdiyi maşının yenidən təmir olunması üçün "X6 aparmış, Servisdə avtomobili təmir etməmişlər, mərhum dəfələrlə Servisə gedərək maşının təmir olunmasını tələb etsə də onlar, bu gün də maşın Servisin həyətində qalmaqdadır. Beləliklə də, xx.xx.2025-ci il tarixdən "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili "Chevrolet Zərdabi" Servisin həyətində hələ də öz təmirini gözləyir. Servisin əməkdaşları mərhum həyat yoldaşı X1 qarşı elədikləri haqsızlığa və qanunsuz hərəkətlərinə görə dözə bilməyib dünyasını dəyişmişdir. Qeyd etmək istəyir ki, maşının mühərrikinin təmiri üçün mərhumdan 2.806.84 (iki min səkkiz yüz altı manat, səksən dörd qəpik) pul vəsaitinin alınması faktını "Chevrolet Zərdabi" Servis tərəfindən verilmiş "Servis kartı" № F 01187533 saylı arayış (rəsmi sənəd) tam təsdiq edir. Məhkəmə prosesinin gedişində İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh “Chevrolet Zərdabi” Service-nin əsl Cavabdeh1 MMC ilə əvəz edilməsini və Cavabdeh2 MMC-nin də cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, əsl olmayan cavabdehi əsl Cavabdeh1 MMC ilə əvəz etmiş və Cavabdeh2 MMC-ni cavabdeh qismində işə cəlb etmişdir. Cavabdeh1 MMC məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərəflərindən heç bir xidmət göstərilməmişdir. Belə ki, Cavabdeh1 MMC artıq səkkiz ilə yaxındır ki, avtomobillərə texniki xidmət sahəsində fəaliyyət göstərmir. Cəmiyyətin fəaliyyəti yalnız daşınmaz əmlakın (Gəncə şəhərində yerləşən obyektin) icarəyə verilməsi ilə məhdudlaşır və başqa heç bir fəaliyyəti yoxdur. İddia ərizəsində göstərilən ünvan Cavabdeh1 MMC-nin hüquqi ünvanıdır. Lakin Cavabdeh1 MMC həmin ünvanda fəaliyyət göstərmir. Vergi orqanı tərəfindən verilmiş məlumat tamamilə səhvdir. Həmin ünvanda faktiki olaraq Cavabdeh2 MMC fəaliyyət göstərir. Bununla bağlı vergi orqanı tərəfindən verilmiş rəsmi sənədi təqdim edirlər. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, hazırkı mübahisə üzrə iddiaçının irəli sürdüyü iddia tələbinə münasibətdə Cavabdeh1 MMC əsl olmayan cavabdehdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflərindən məhkəməyə iddiaçının nəqliyyat vasitəsinin təmir üçün servis mərkəzinə gətirilməsi zamanı çəkilmiş video-yazı sübut qismində təqdim edilmişdir. Hündür su olan yerə salmışdır və nəticədə su hava filterindən mühərrikə qalxaraq su ilə qarışmış və həm mühərriki xarab etmiş, həm də şaxta nəticəsində mühərrik donduğundan hava axımının qarşısı alınmışdır. Videodan da görünür ki, hava filterinin altındakı boşluğu çevirdikdə oradan buzlar tökülür. Birinci dəfə iddiaçının həyat yoldaşı avtomobili servisə gətirərək mühərriki yığmışdır. Mühərrikdə olan materiallar dəyişdirildikdən sonra saz vəziyyətdə iddiaçının yoldaşına təhvil verilmişdir. İkinci dəfə isə gətirib bildirmişdi ki, düzgün təmir olunmadığına görə yenidən xarab olub. Ona izah edildi ki, mühərrikin xarab olmasına nə səbəb olmuşdur. Təmir düzgün olmadığına görə yox, düzgün istismar olunmadığına görə mühərrik xarab olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: F01187533 nömrəli xx.xx.2025-ci il tarixli servis kartından görünür ki, "xxxx" MMCyə məxsus Ravon Nexia R3 markalı 2015-ci il buraxılışlı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir edilməsi üçün ehtiyat hissələri və materialların dəyəri 2806,84 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmənin sorğusuna 3-21-2-1/2-8376/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, “Chevrolet Zərdabi” Service adı altında fəaliyyət göstərən vergi ödəyicisi barədə məlumatın verilməsinə dair müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********180000 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Aparılmış araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 88 D, məhəllə 3166 ünvanında yerləşən “Chevrolet Zərdabi” adlı təsərrüfat subyektində (obyektində) Cavabdeh1 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş bu arayış Cavabdeh1 AZ2021, Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı): Chevrolet Gəncə, uçota alınma tarixi isə xx.xx.2017-ci il tarixidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********5 nömrəli arayışdan görünür ki, Vergilər Nazirliyi yannda Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş bu arayış Cavabdeh1 AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı): Chevrolet Zərdabi, uçota alınma tarixi isə xx.xx.2017-ci il tarixidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********5 nömrəli arayışdan görünür ki, Vergilər Nazirliyi yannda Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş bu arayış Cavabdeh2 AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı): Avtoservis, uçota alınma tarixi isə xx.xx.2019-cu il tarixidir. Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən və video-yazıdan müəyyən edilir ki, avtomobil mührərrikinin hava filtrinin üzərində ağ rəngli, donmuş qalın buz təbəqəsi var. Video-yazıda servisin əməkdaşı tərəfindən hava filtri açıldıqda filtrin üzərindən buzların yerə töküldüyü, onun çıxarıldığı qutusunun içərisində də qalın buz təbəqəsi olduğu görünür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3465/2025 tarixli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mülki iş üzrə rəy verilməsi üçün mülki işin materialları ekspertə təqdim olunmuş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 3-16-16/2-8/1668/2025 saylı “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” haqqında məlumatı 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, Yol-nəqliyyat hadisələrinin ekspertizası qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, hadisənin baş verməsinə səbəb ola bilən (sükanı, tormoz və s.) sistemlərində yaranmış nasazlıqların aşkar olunması və bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Odur ki, qeyd olunan suallar yol-nəqliyyat hadisələri ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X1 məxsus "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin mühərrikində nasazlıq yarandığı üçün "xxxx" MMC-yə müraciət etmiş, ondan minik avtomobilinin mühərrikinin təmir olunmasına görə 2.806.84 (iki min səkkiz yüz altı manat, səksən dörd qəpik) pul vəsaiti alınmışdır. Mərhum həyat yoldaşı X2 özünə məxsus "Sedan" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini bir müddət idarə etdikdən sonra avtomobilin mühərrikində nasazlıq yarandığından idarə etdiyi maşını yenidən təmir olunması üçün "xxxx" MMC-yə aparmış, servisdə avtomobili təmir etməmişlər. Hazırda iddiaçı iddia edir ki, Servisin əməkdaşları mərhum həyat yoldaşı X1 qarşı elədikləri haqsızlığa və qanunsuz hərəkətlərinə görə dözə bilməyib dünyasını dəyişmişdir. Ona görə də tərəflərindən servisə ödənilmiş vəsaitin cavabdehlərdən tutulmasını istəyir. Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, avtomobilin mühərrikinin təkrar xarab olması Servis tərəfindən düzgün təmir olunmaması ilə yox, avtomobilin istifadəçisi tərəfindən düzgün istismar olunmaması ilə əlaqədardır. Məhkəməyə təqdim edilmiş video-yazıdan və fotoşəkillərdən aydın görünür ki, avtomobilin hava filtrinin üzərində və içərisində qalın donmuş buz təbəqəsi mövcud olmuşdur. Bu, hansısa səbəbdən suyun avtomobilin hava filterindən mühərrikə qalxaraq donması nəticəsində mühərrikdə nasazlığın yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə görə, zərərin ödənilməsi üçün cavabdehin hərəkəti (hazırki halda təmirin düzgün aparılmaması) yaranmış zərər arasında birbaşa səbəbli əlaqə olmalıdır. İşin hallarından görünür ki, servis tərəfindən avtomobilin ilk təmirinin uğurla icra edilib maşının təhvil verilməsindən bir müddət sonra baş verən yeni nasazlıq, birbaşa servisin təmiri qüsurlu aparması ilə deyil, nəqliyyat sahibinin təhvil aldıqdan sonrakı hərəkətləri ilə də əlaqələdir. Bundan başqa iş üzrə cavabdeh "X8" MMC avtomobilə xidmət göstərmədiyini və 8 ildir ki, yalnız əmlak icarəsi ilə məşğul olduğunu iddia edir. Vergilər Nazirliyinin arayışlarından şirkətin müxtəlif tarixlərdə həm “Chevrolet Zərdabi” (xx.xx.2017), həm də “Chevrolet Gəncə” (xx.xx.2017) adı altında qeydiyyatda olduğu görünür. İş materiallarından görünür ki, eyni ünvanda (Həsənbəy Zərdabi pr. 88D) Cavabdeh2 MMC də “Avtoservis” adı altında xx.xx.2019-cu ildən qeydiyyatdadır və faktiki olaraq fəaliyyət göstərir. Beləliklə, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona maddi zərər dəydiyini iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, iddiaçı cavabdehlər tərəfindən ona maddi zərər vurulduğunu, bu zərərin cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3465/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3465/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver