Məhkəmə qərarları › İş №2(004)-3466/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3466/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3466/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26.90 faiz dərəcəsi ilə 2300 manat məbləğində kredit; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsinə əsasən isə 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsi üzrə 2300 manat əsas, 253.68 manat faiz, cəmi 2553.68 manat; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsi üzrə 300 manat əsas, 109 manat faiz, cəmi 409 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsi üzrə 2300 manat əsas, 253.68 manat faiz, cəmi 2553.68 manat; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsi üzrə 300 manat əsas, 109 manat faiz, cəmi 409 manat məbləğində pul vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi iləməlumatlandırılmış), lakin bildiriş cavabdeh qeyd edilən ünvanda yaşamadığı üçün məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmiş, lakin cavabdehin qeyd edilən ünvanda yaşamaması səbəbindən bildirişin ona təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 26.90 faiz dərəcəsi ilə 2300 manat məbləğində kredit, xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsinə əsasən isə 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsi üzrə 2300 manat əsas, 253.68 manat faiz, cəmi 2553.68 manat; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsi üzrə 300 manat əsas, 109 manat faiz, cəmi 409 manat borcu yaranmışdır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəliklərini icra etməmişdir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehİddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2300 (iki min üç yüz) manat, faiz borcu üzrə 253 (iki yüz əlli üç) manat 68 (altmış səkkiz) qəpik, cəmi 2553 (iki min beş yüz əlli üç) manat 68 (altmış səkkiz) qəpik; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 300 (üç yüz) manat, faiz borcu üzrə 109 (yüz doqquz) manat, cəmi 409 (dörd yüz doqquz) manat, ümumilikdə 2962 (iki min doqquz yüz altmış iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehİddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli GTKR0181321A105 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2300 (iki min üç yüz) manat, faiz borcu üzrə 253 (iki yüz əlli üç) manat 68 (altmış səkkiz) qəpik, cəmi 2553 (iki min beş yüz əlli üç) manat 68 (altmış səkkiz) qəpik; xx.xx.2019-cu il tarixli BRED0181327A105 saylı kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 300 (üç yüz) manat, faiz borcu üzrə 109 (yüz doqquz) manat, cəmi 409 (dörd yüz doqquz) manat, ümumilikdə 2962 (iki min doqquz yüz altmış iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar