Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3467/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinədair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehxx.xx.2018-cu il tarixli ******* nömrəli nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış “Samsung” markalı televizorun dəyərindən ödənilməmiş qalan 4368 manat əsas borc, 210 manat faiz, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4608 manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmişlər. Lakin İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə verərək, Cavabdeh qarşı pul tələbinə dair ərizəyə, iştirakı olmadan baxılmasına etiraz etmədiyini, iddianı müdafiə etdiyini və qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı 24 ay müddətinə aylıq 182 manat ödənilməsi şərti ilə 4.550 manat dəyəri olan 1 ədəd “TV LED Samsung UE- 55NU7100/NB HP 15-BS514UR (İ5/8GB/1TB/2GB AMD)” markalı televizor cıhazının 175 manat ilkin ödəniş olmaqla Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı televizorun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan maliyyə ödənişi cədvəlindən müəyyən edilir ki, cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alınmış “TV LED Samsung UE-55NU7100/NB HP 15- BS514UR (İ5/8GB/1TB/2GB AMD)” markalı televizor cıhazının dəyərindən ödənilməmiş qalan 4.368 manat əsas borc və hesablanmış 210 manat dəbbə pulu olmaqla, cəmi 4.578 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə,Cavabdeh xx.xx.2018-ci il tarixli ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən aldığı 1 ədəd “TV LED Samsung UE-55NU7100/NB HP 15-BS514UR (İ5/8GB/1TB/2GB AMD)” markalı televizor cihazının 4.550 manat dəyərindən ödənilməmiş qalan 4.368 manat əsas borc, hesablanmış 210 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.608 (dörd min altı yüz səkkiz) manat pul tutularaq İddiaçıödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən aldığı 1 ədəd “TV LED Samsung UE-55NU7100/NB HP 15-BS514UR (İ5/8GB/1TB/2GB AMD)” markalı televizor cıhazının 4.550 manat dəyərindən ödənilməmiş qalan 4.368 manat əsas borc, hesablanmış 210 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.608 (dörd min altı yüz səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3467/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3467/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver