Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3475/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdeh AR ƏƏSMN-nə qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh AR ƏƏSMN-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı kimi 2003-cü ilin yanvar ayından 2019-cu ilin aprel ayınadək veteranlar üçün təyin olunmuş müavinətin ödənilməsi, ödəniləcək məbləğin ötən illər ərzində inflaysiya, yaşayış minimumunun həcmi nəzərə alınmaqla hesablanaraq təyin edilməsi vəzifəsinin Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mülki məhkəm icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində inzibati orqan üzərinə müəyyən öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati orqanın üzərinə müəyyən öhdəliyin qoyulması barədə iddialara mülki məhkəmə icraatı qaydasında baxılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh AR ƏƏSMN-nə qarşı “pul” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3475/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3475/2022
08.06.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver