Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3481/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxxxxxx” BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” BOKT QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 1331,28 manat məbləğində əsas, 535,77 manat məbləğində faiz borcu, 147,42 manat məbləğində cərimə borcu, cəmi 2014,47 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, “xxxxxxxx” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019cu il tarixli № 219-40***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 18 ay müddətinə ödəmək şərti ilə 1450 AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliyini yerinə yetirmir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” BOKT QSC ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 18 ay müddətinə illik 44% ödəmək şərtilə 1450 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” BOKT QSC tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, № 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1331,28 manat məbləğində əsas borc, 683,19 manat məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddia əsas və faiz borcu hissəsində tamamilə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 147,42 manatməbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh kredit müqaviləsi üzrə 1331,28 manat məbləğində əsas, 535,77 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, cəmi 1917,05 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxx” BOKT QSC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh kredit müqaviləsi üzrə 1331,28 manat məbləğində əsas, 535,77 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, cəmi 1917,05 manat (min doqquz yüz on yeddi manat beş qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı xxxxxxxx” BOKT QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3481/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3481/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver