Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3488/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X12 Walinin Cavabdeh qarşı “götürülmüş əşyaların və pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X12 Wali Cavabdeh qarşı “götürülmüş əşyaların və pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Samsung markalı **********577511 İMEİ kodlu mobil telefonun (dəyəri 2000 dollar olan) və HTC markalı mobl telefonun (dəyəri 500 manat olan) Cavabdeh alınaraq iddiaçı X3ytarılması, iddiaçıya məxsus olan şəxsi əşyaların (torpaq sənədləri, ofisdəki Samsung markalı videokamera, xalça, divan, kreslo, şəxsi geyim əşyaları) həmin əşyalar mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən verilmiş 1600 dollar pulun və ofisdən götürülmüş 500 manat pulun qaytarılması və mənəvi zərərə görə 5000 (beş min) manat, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Nurməhəmməd Vəlizadənin iddia tələbləri tamamilə əsassız və həqiqətə uyğun olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı N. Vəlizadə daha əvvəl 29.03.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22 saylı polis bölməsinə müraciət edərək bildirmişdir ki, 2018-ci ildə həbs edildikdən sonra ona məxsus olan Samsung markalı və HTC markalı mobil telefonlar müstəntiq H.Həbibli tərəfindən onun işçisi Cavabdeh verilmiş, 2019-cu ilin fevral ayında özlərini DTX əməkdaşları kimi təqdim edən Seyid və Xəyyam adlı şəxslərin Nəsimi rayonu M.İbrahimov küçəsində Solmaza yaxınlaşıb telefonları ondan almış və həmin telefonların tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Polis bölməsində heç bir araşdırma aparılmadan, ona mülki qaydada məhkəməyə müraciət olunması barədə hüququ izah edilmişdir. Göründüyü kimi, iddiaçı N. Vəlizadə polisə müraciət edərək naməlum şəxslərdən telefonların tapılmasını xahiş edir, məhkəməyə isə telefonların cavabdehdə olduğunu iddia edərək ondan tələb edir. Cavabdeh iddiaçının icarəyə götürdüyü ofisdə 2018-ci ilin sentyabr ayının 20-dən 200 manat məbləğində əmək haqqı müqabilində satış agenti kimi işləməyə başlamışdır. İki ay işlədikdən sonra iddiaçı N. Vəlizadə AR CM-nin 221.3 maddəsi ilə təqsirləndirildiyindən 15.11.2021-ci ildə tutularaq həbs edilmişdir. N.Vəlizadə cavabdehə bildirmişdir ki, tezliklə çıxacaq, heç bir problem yoxdur. Ofisdə polis əməkdaşları tərəfindən axtarış aparılarkən N.Vəlizadəyə məxsus bir neçə mobil telefonlar, noutbuk və bir neçə əşyalar aşkar edilərək götürülmüşdür. Həbs edildikdən sonar iddiaçı tezliklə çıxacağını bildirərək məhkəmədə cavabdehə 1000 ABŞ doları verərək manata dəyişdirilməsini, həmin puldan əmək haqqını və ofisin icarə haqqının 4 ayı üçün ödənilməsini xahiş etmişdir. Həmin pulu manata dəyişdirərək 1700 manatdan 1200 manat məbləğində pul vəsaitini ofisin sahibi Malik adında şəxsə vermiş, qalan 500 manat pul vəsaiti əmək haqqısı kimi özündə saxlamışdır. (halbuki, 4 ayın əmək haqqısı 800 manat təşikl edirdi). Bundan əlavə, iddiaçının tələb etdiyi mobil telefonlar müstəntiq H.Həbibli tərəfindən 19.11.2018-ci il tarixdə qəbz əsasında Cavabdeh verilmişdir. Qəbzin özündə mobil telefonların hansı model olduğu qeyd edilməyib, Samsung markalı mobil telefonun yalnız İMEİ kodu göstərilib, HTC telefonun isə işlək vəziyyətdə olmadığı göstərilmişdir. Daha sonra təxminən 2019-cu ilin yanvar-fevral aylarında özlərini DTX əməkdaşları kimi təqdim edərək 3 nəfər şəxs ofisə daxil oldular və Nurməhəmməd Vəlizədə barəsində sorğu-sual etdilər. Səhərisi gün həmin şəxslərdən biri özünü Seyid kimi təqdim edən şəxs ofisə daxil olaraq istintaqa təqdim etmək üçün qeyd edilən mobil telefonların ona təhvil verilməsini tələb etmişdir. Bununla bağlı Cavabdeh müstəntiq H.Həbibli ilə əlaqə saxladı və o, bildirdi ki, Nurməhəmməd barəsində, yəgin ki, hardasa istintaq aparılır, bu səbəbdən onlara tabe olaraq telefonların təhvil verilməsini demişdir. Beləliklə, həmin mobil telefonlar özünü polis kimi təqdim edən Seyid adlı şəxsə verildi. Sonradan məlum oldu ki həmin şəxs dələduzdur və bununla bağlı polis bölməsinə də Cavabdeh şikayət ərizəsi ilə müraciət etmişdir (ərizənin surəti məhkəməyə təqdim edilmişdir). Qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əşyaların onun özünə məxsus olduğuna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin əşyaların dəqiq təsviri və sayı da ərizədə qeyd edilməmişdir. Həmçinin, mobil telefonların hansı modeldə olduğuna dair məlumatları göstərməmişdir. Məhkəməyə isə bildirmişdir ki, telefonlardan biri dostunun adına rəsmiləşdirilmişdir. Belə olan halda həmin telefonun da tələb etməsinə subyektiv hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı Nurməhəmməd Vəlizadənin Cavabdeh qarşı “götürülmüş əşyaların qaytarılmasına» dair iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 09.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə uzun müddət Bakı şəhərində birgə işləmiş, 2018-ci ildə o, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq daha sonra cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin dövrdə 19.11.2018-ci il tarixində ona məxsus olan Samsung markalı **********577511 İMEİ kodlu mobil telefon (dəyəri 2000 dollar olan) və HTC markalı mobil telefon (dəyəri 500 manat) müstəntiq Həbibli tərəfindən cavabdehə təqdim edilmişdir. Daha sonra məhkəmədə həbs edilən zaman 1600 dollar pulu şəxsən cavabdehə vermişdir. Bütün bunları görən iki nəfər şahidi var. Həmçinin ona məxsus olan ofisindəki bütün şəxsi əşyalar-torpaq sənədləri, müqavilələrdən əldə etdiyi 500 manat pul, ofisdəki Samsung markalı videokamera, xalça, divan, kreslo cavadeh tərəfindən götürülərək ona qaytarılmamışdır. Bununla bağlı dəfələrlə cavabdeh X4 xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Hətta bununla bağlı DİN “102” Xidmətinə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə şikayət etmiş və həmin şöbədən ona araşdırmanın dayandırıldığı bildirilmişdir. Bundan başqa iddiaçıya məxsus olan bütün əşyalar cavadbeh tərəfindən ələ keçirilib qaytarılmadığı üçün o, bütün işgüzar münasibətlərdən kənar qalmış, mənəvi sarsıntı keçirmişdir. Hesab edir ki, bununla bağlı ona vurulmuş mənəvi zərər ödənilməlidir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Kanadaya getmək üçün sənədlər toplamış, həmin sənədlər, o cümlədən ona aid torpağın çıxarışının əsli, geyimləri, toy albomu cavbdehdədir. Vəkilin sualına cavabı olaraq bildirmişdir ki, Nizami rayonunda ofisi var. Bir gün Solmaz ona yaxınlaşaraq işləmək istədiyini bildirmiş,o da razılıq verib 2 aylıq sınaq müddəti təyin edərək onu işə götürmüşdür. HTC markalı telefon onun adınadır. Sənədləri düzgün olmadığından Samsung markalı telefonu isə özü üçün dostu Raufun adına almışdır. Samsung və HTC markalı telefonları, müstəntiq, o tutularkən, cibindən çıxarmış və cavabdehə imza etdirərək vermişdir. Cavabdeh də onları qəbul etmişdir. Dostu Raufdan gedib telefonları cavabdehdən götürməsini istəmiş, cavabdeh isə isə telefonları verməmişdir. Ofisin bağlanmasını istəmiş lakin, cavabdeh isə bağlamamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin əsasız olduğunu bildirmiş və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. 09.06.2021-ci il taixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, müdiri olan Nour Mohammadin ofisində 2018-ci ilin sentyabr-oktyabr aylarında işlədiyini, iddiaçı tutulandan sonra özünün istəyi ilə 2 telefonunun ona verildiyini, telefonların verilməsi üçün başqa heç kimin olmadığını, həmin telefonların markalarını bilmədiyini, fevral ayında özlərini polis əməkdaşı kimi təqdim edən 2 şəxsin onu telefonlarla bağlı sorğu-sual etdiyini və səhəri gün polis əməkdaşlarının qəbz ilə telefonları ondan apardığını, hətta həmin vaxtı müstəntiqə zəng edib telefonları istədiyini, telefonları verdikdən dərhal sonra, DTX-ya zəng edərək bu barədə məlumat verdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, telefonlar onda deyil, noyabrın 19-da müstəntiq Həbib telefonları ona verərkən ona telefonları verməyə başqa adam olmadığını demişdir. Ofisi kirayə verən şəxs ona Nurməhəmmədin əşyalarının çıxsarılmalı olduğunu demiş, o da Nurməhəmməd çıxanda verməsi üçün yalnız xalçanı götürmüş, qalan əşyaları götürməmşidir. Nurməhəmməd ona 1000 dollar pul vermiş, həmin pulla obyektin 4 aylıq kirayə pulunu ödəmişdir. 500 dolları isə o götürməmişdir. 24.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid kimi dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ona məxsus olan obyekti iddiaçı X8 icarəyə vermiş, 2018-ci ildə X12 tutulduqdan sonra Solmazdan ayda 300 manata obyekti saxlaya bilib-bilməyəcəyini soruşmuş, Solmaz da Məhəmmədin ona pul verdiyini və 1-2 aya çıxacağını dediyini bildirmişdir. Solmaz ona 3-4 ay 300 manatdan icarə haqqı vermiş, sonra icarə haqqını ödəyə bilməmiş və iş olmadığı üçün ondən ödəniş üçün vaxt istəmişdir. O da 1-2 ay möhlət vermiş, sonra ödəniş edə bilmədiyi üçün çıxmışdır. Solmaz ona 4 ay üçün toplam 1200 manat vermışdır. İddiaçının sualına cavab olaraq bildirmişdir ki, divan bərbad vəziyyətdə idi, iki yerə bölünmüşdü, yerini dar etdiyi üçün çıxarıb çölə qoymuş və aidiyyatı qurumlar zibil kimi götürmüşlər. Hər ayın 20-si kirayə pulunu ödəmiş və iddiaçının kirayə borcu yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, əşyaları öz ofisində olub və orda yatırmış, ordakı əşyalardan xəbəri yoxdur. 08.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə iş qurarkən tanış olmuş, balaca bir obyekti onun adına icarəyə götürmüşlər, təxminən 5 ay bir yerdə işləmişlər, sonradan o, öz işini qurmuşdur. Həmin vaxtı ofisdə 2 telefon, xalça, iddiaçıya məxsus pal-paltarlar olub. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2019-cu ildə Solmaz özü onu ofisə çağırmış, həmin vaxtı onun əlində iddiaçıya məxsus 2 telefon olmuşdur. İş materiallarında olan 19.11.2018-ci il tarixli qəbzdən görünür ki, Cəfərova X5 Nur Məhəmmədə məxsus Samsung markalı **********577511 İMEİ kodlu mobil telefonu və HTC markalı mobil telefonu (samsung saz vəziyyətdə, işləməyən HTC markalı) müstəntiq Həbib Həbiblidən qəbul etmişdir. İş materiallarında olan Cavabdeh tərfindən 24.05.2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, Cavabdeh ərizədə 2018-ci il sentyabrın 15-də Baş Polis İdarəsinin müstəntiqi X6 Nur Məhəmmədə məxsus 2 şəxsi telefonunu və lazım olan digər dəlilləri apardığını, 19.11.2021-ci il tarixdə Həbib Həbiblinin ona zəng edərək telefonları ona təhvil vermək istədiyini, X1 qohumu olmadığını bildirdiyini, lakin müstəntiqin telefonları götürməsini tələb etiyini və Solmazın telefonları götürdüyünü qeyd etmişdir. Bildirmişdir ki, daha sonra ofisə 3 şəxs daxil olaraq tanımadığı şəxslər hadisə haqqında sorğu-sual etmişlər. 2 şəxs özünü DTX əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqəsini göstərmiş, digər şəxs isə özünün polis əməkdaşı olduğunu bildirmiş, sorğu-sual etdikdən sonra getmişlər. Növbəti gün isə özünü polis əməkdaşı kimi təqdim edən şəxs müstəntiqin ona 201 nömrə qəbz ilə verdiyi (Samsung saz vəziyyətdə, HTC işləməyən) telefonları ondan alaraq getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs dələduzdur. İş materiallarında olan Azercell tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, ********** saylı nömrənin 01.06.2021-11.06.2021-ci il tarixlərdə **********64480 və **********23420 İMEİ kodlu cihazda istifadəsi aşkar edilmişdir. İş materiallarında olan 20.10.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, respublikada yerləşən mobil alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, qərardadda göstərilən 1 ədəd 2017-ci il istehsallı “Samsung Galaxy S8” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə 2021-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 350 manat müəyyən olunur. İnternet informasiya resurslarından əldə edilmiş məlumatdan görünür ki, HTC markalı işlənmiş telefonların qiyməti 15-120 AZN arası təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X12 Waliyə məxsus “Samsung Galaxy S8” markalı telefonun dəyəri 350 manat və HTC tipli mobil telefonun dəyəri 50 manat, cəmi 400 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddiaçı X12 Waliyə məxsus xalça Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə iddiaçıya məxsus“Samsung Galaxy S8” markalı telefonun və HTC tipli mobil telefonun cavabdehə verilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin telefonlar iddiaçıya qaytarıla bilinmədiyi üçün, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, “Samsung Galaxy S8” markalı telefonun dəyəri 350 manat, və HTC tipli telefonun hazırki bazar qiymətləri nəzərə alınmaqla ağlabatan məbləğdə, yəni 50 manat müəyyən edilməli və cavabdehdən qeyd edilən məbləğlər tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, telefonların cavabdehə verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır, cavabdeh telefonlara münasibətdə onların digər şəxslər tərəfindən götürüldüyünü bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. “Samsung Galaxy S8” markalı telefonun markası məhkəmə tərəfindən müəyyən edildiyindən, ekspert rəyinə əsasən onun işlək vəziyyətdə orta bazar qiymətini müəyyənləşdirmək mümkün olmuşdur. HTC tipli telefonun isə markasını müəyyən etmək mümkün olmadığından, lakin müəyyən dəyərə malik həmin telefonun cavabdehə verilməsi sübuta yetirildiyindən, məhkəmə tərəfindən, iş materiallarında olan həmin HTC tipli telefonlarının orta bazar qiymətləri nəzərə alınaraq, ağlabatan məbləğin-50 manat pulun cavabdehdən tutulması qənaətinə gəlinmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında iddiaçıya məxsus xalçanı ofisdən iddiaçıya qaytarmaq üçün götürdüyünü və onda olduğunu bildirdiyindən, xalçanın cavbdehdə olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıya məxsus xalça cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçıya məxsus olan şəxsi əşyaların (torpaq sənədləri, ofisdəki Samsung markalı videokamera, divan, kreslo, şəxsi geyim əşyaları) həmin əşyalar mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərfindən həmin əşyaların cavabdehdə olması sübuta yetirilə bilmədiyindən və iş materialları ilə bu faktlar sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş 1600 dollar pulun və ofisdən götürülmüş 500 manat pulun qaytarılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1000 dollar pulun (təxmini 1700 manat) cavabdehə verilməsi halı sübuta yetirilmişdir. Lakin, iş materialları və şahid ifadələri ilə iddiaçının cavabdehə verdiyi 1700 manat pulun, iddiaçının tapşırığına əsasən, 1200 manatının, cavabdeh tərəfindən ofisin aylıq kirayə haqqına ödənilməsi və 500 manatının əmək haqqı kimi cavabdehə ödənilməsi halı sübuta yetirilmişdir. Cavabdehin etirazında göstərdiyi bu hallar mötəbərliyi məhkəmə tərəfindən şübhə doğurmayan şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin onun ofisindən 500 manat pul götürməsi və ona 5000 (beş min) manat məbləğində mənəvi zərər vurulması sübuta yetirilə bilmədiyindən, iş materialları ilə belə hallar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya, İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddaiçı X12 Waliyə məxsus Samsung markalı telefonun dəyəri 350 manat və HTC markalı mobil telefonun dəyəri 50 manat, cəmi 400 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddiaçı X12 Waliyə məxsus xalça Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3488/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3488/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver