Məhkəmə qərarları › İş №2(004)-3506/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3506/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3506/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 742 (yeddi yüz qırx iki) manat borc, 120 (yüz iyirimi) manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 892 (səkkiz yüz doxsan iki) manat Cavabdeh alınaraq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 1272 (bir min iki yüz yetmiş iki) manat olan 1 ədəd “Xiaomi Mİ 9 Blue” markalı telefon almış və nəticədə 742 (yeddi yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1272 (min iki yüz yetmiş iki) manat (12 ay x 106 manat) olan “Xiaomi Mİ 9 Blue” markalı telefon üçün ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla, ondan, 742 (yeddi yüz qırx iki) manat ödənilməmiş hissə,120 (yüz iyirmi) manat cərimə borcu yaranmışdır. Cavabdehin sonuncu ödənişi 26.12.2019-cu il tarixdə 212 (iki yüz on iki) manat olmaqla cəmi ödədiyi məbləğ 530 (beş yüz otuz) manat təşkil edir. Qeyd edilən müqaviləyə əsasən göstərilən ödənilməmiş hissəsi, alıcı tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə Müqavilənin ayrılmaz hissəsi olan Ödəniş cədvəlinə uyğun həyata keçirilir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.07.2019-cu il tarixli alqı-satqı müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh X2 alqı-satqı qiyməti 1272 (min iki yüz yetmiş iki) olan Xiaomi Mİ 9 Blue markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1272 (min iki yüz yetmiş iki) manat (12 ay x 106 manat) olan İMEİ Kodu **********74592 olan Xiaomi Mİ 9 Blue markalı telefon üçün ümumilikdə 862 (səkkiz yüz altmış iki) manat olmaqla, ondan 742 (yeddi yüz qırx iki) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 530 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də alıcı tərəf kredit qrafikinə uyğun aylıq ödənişin ödənilmə tarixindən gecikməyə görə hər gün üçün qrafikə uyğun aylıq ödəniş məbləğinin 3 faizi dəyərində cərimə olunacaqdır. İş materiallarında olan “Smart Telecom” tərəfindən cavabdehə ünvanlanmış 29.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, 11.07.2019-cu il tarixli müqavilə üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli **********45 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********74592 olan Xiaomi Mİ 9 Blue markalı telefon almış və nəticədə 862 (səkkiz yüz altmış iki) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 742 (yeddi yüz qırx iki) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, cəmi 862 (səkkiz yüz altmış iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar