Məhkəmə qərarları › İş №2(004)-3506/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3506/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3506/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlamaq üçün sabit pul məbləğində uşağa 220 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə aralarında olan nikah 2016-cı ildə məhkəmə tərəfindən pozulmuşdur və uşaq onun himayəsinə verilmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X3 anadan olmuşdur. Bu günə qədər 1 dəfə də olsun İlham oğlu Əliyə heç bir yardım və yaxud aliment ödəməyib. Uşaq böyüdükcə təlabarı daha da çoxalır. Ona görə də aliment tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışır. 2004-cü ildə ailə həyatı qurmağına baxmayaraq 2014-cü ildə nikahı ləğv olunub. 2014-cü ildən o, aliment almır. O, Sovetskiyə gəlin gəlib. Orada ev plana düşdü, Masazırdan qeydiyyatsız ev aldılar. Cavabdeh evi oğlu üçün aldığını deyirdi. Qohumlarından eşitdiyi məlumata görə həmin ev satılıb. Cavabdeh evi oğluna verdiyi halda o, alimenti ləğv etmişdi. Lakin artıq uşaq böyükdür, 9-cu sinifdə oxuyur. Uşaq böyüyür və təlabatları artır. Maddi vəziyyət çətindir. O özü kirayədə yaşayır, 400 manat məvacib alır. Cavabdeh taksi xidməti ilə məşğuldur. Uşağın gözündə də problem var. Alimentin artırılaraq 220 manat olmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6175/2014 nömrəli, 30 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İbrahimova (İsmayılova) Hicran Allahyar qızı arasında 01 iyun 2004-cü il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 13 aprel 2008-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh 01 iyun 2014-cü il tarixdən hesablanmaqla 13 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 103 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 13 aprel 2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh 13 aprel 2008-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimenin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 240586 nömrəli, 04 may 2016-cı il tarixli Nikahın pozulması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 226 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 089398 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq, iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2023-cü il yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar