Məhkəmə qərarları › İş №2(004)-3507/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3507/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3507/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı bir-biri ilə əlaqəsi olmayan 3 (üç) cavabdehə qarşı ayrı-ayrı faktiki əsaslara və xüsusən ayrı hüquqi münasibətlərə söykənən tələbləri eyni icraatda birləşdirmişdir. İddiaçı ilə cavabdehlər arasında iddia olunan münasibətlərin subyekt tərkibi fərqlidir. Bu səbəbdən, ayrı-ayrı münasibətlər üzrə fərqli nəticələrə gəlinə bilər. Sözügedən tələblərin eyni icraatda birləşdirilməsi operativ məhkəmə araşdırmasının aparılmasına maneəçilik törədəcəkdir. Bu səbəbdən, tələblər ayrıayrılıqda tərtib edilməklə məhkəməyə ünvanlanmalı və hər tələb üzrə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ümumi qaydada cavabdeh(lər)in qeydiyyat ünvanı üzrə müvafiq məhkəmə(lər)ə yenidən müraciət edə bilər. 15-19 iyun 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf etdiyindən müvafiq qərar ilk iş günü, xx.xx.2024-cü il tarixdə “Elektron-məhkəmə” informasiya sisteminə yerləşdirilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 85 (səksən beş) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar