Məhkəmə qərarları › İş №2(004)-3524/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3524/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3524/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-305/2021 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi olan 55 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 28 noyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 29 aprel 2017-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 28 noyabr 2015-ci il tarixdə Səadət Sarayında qeydə alınmış və 930 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29 aprel 2017-ci il təvəllüdlü X5 onun yanında qalması, 29 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşağın təminatının təmin edilməsi üçün hazırkı günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşağın böyüməsi, onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalmışdır. Uşağın maddi təminatının təmin edilməsi onunla yanaşı həm də cavabdehin də vəzifə borcudur. Uşağın saxlanılmasında Cavabdeh qətnamə ilə tutulması müəyyən edilmiş 170 (bir yüz yetmiş) manat azlıq təşkil edir. Aralarında olan alimentin artırılmasına dair mübahisəyə ilə bağlı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin təklifə cavabdeh müsbət cavab verməmiş, bundan sonra o, Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir, mediator tərəfindən ilkin mediasiya sessiyası 17 iyun 2023-cü il tarixdə təyin olunmuşdur. O, ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə MŞB/11/2023-01096 nömrəli, 17 iyun 2023-cü il tarixli arayış verilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, hazırda satıcı işləyir və 350 manat məbləğində maaş alır. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın saxlanılmasına görə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində alimentin tutulmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, hazırda işləmir, əvvəlki aliment məbləği olan 170 manat məbləğində alimenti çətinliklə ödəmişdir. Musiqiçi (“dicey”) kimi fəaliyyət göstərsə də, işi daimi deyildir. Atasına və anasına da o baxır. İndiyə qədər olan aliment məbləğini hər ay ödəmişdir. İddianı rədd edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 305/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 arasında Bakı nikah evində 930 saylı akt qeydi ilə bağlanmış xx.xx.2015-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 X3 yanında qalması müəyyən edilmiş, Cavabdeh birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçərək (VÖEN **********) ərzaq malları bazarının icarəyə verilməsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin təyin edildiyi vaxta – 2021-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi və cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, musiqiçi kimi fəaliyyətindən əldə qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mediasiya xərcinin əvəzi olaraq 55 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya arayışından müəyyən edilir ki, qeyd olunan mübahisəyə dair mediasiya xərci 50 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbi mediasiya xərcinin tutulması hissədə qismən təmin edilməli, ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun ½ hissəsi olan 25 manat məbləğində pul Cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-305/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun ½ hissəsi olan 25 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-305/2021 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin ½ hissəsi olan 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar