Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3529/2020 30.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair” iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 29 iyun 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə olunmuş DİN BPQM-nin MAPS şöbəsinin arayışlarından görünür ki, cavabdehlər Cavabdeh3 ünvan 1i ünvanında, Bəşirov x1 şəhəri, MİK-11, ev 7A, mənzil 13 ünvanında və Cavabdeh1 İmişli rayonu, Yalavac kəndi ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, DİN BPQM-nin MAPS şöbəsinin arayışlarına əsasən, cavabdehlər Cavabdeh3 ünvanı kimi qeyd olunmuş ünvan 1i ünvanı Ağdam rayonun inzibati ərazisinə, Cavabdeh2 ünvanı kimi qeyd olunmuş ünvan 2 ünvanı Sumqayıt şəhərinin inzibati ərazisinə və Cavabdeh1 ünvanı kimi qeyd olunmuş İmişli rayonu, Yalavac kəndi ünvanı İmişli rayonun inzibati ərazisinə aid olduğundan, Yasamal rayonu ərazisinə aid olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Ona görə də, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "əsas və faiz borcunun qaytarılmasına yönəldilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3529/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3529/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver