Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3530/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş 21 noyabr 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Mediasiya prosesinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı xx.xx.2023-cü il tarixdən hər ay cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində, əmək haqqı barədə cavabdehin iş yerindən arayış verilməkdən imtina edildikdə isə hər ay sabit pul məbləğində 1000(bir min) manat alimentin, hüquqi yardıma görə vəkillik qurumuna ödənilmiş 323 manatın və Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmiş 60 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 21 noyabr 2016-ci il təvəllüdlü qızı X9 anadan olmuşdur. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)- 5639/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və 21 noyabr 2016-ci il tavəllüdlü qızı X5 anası X2 yanında qalması və 21 noyabr 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin qətnamə 15 avqust 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş və uşağın saxlanılması üçün müəyyən edilmiş ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Övladının ehtiyaclarını təkbaşına ödəmək çox çətindir. Uşaq böyüdükcə onun tələbatları da artır. Hal-hazırda alimentin artırılmasına ehtiyac vardır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, nikahları pozulub aliment müəyyən edilən vaxt cavabdeh işləyirdi və yüksək məbləğdə əmək haqqı alırdı. Həmin vaxt aliment aylıq əmək haqqına münasibətdə təyin olunmalı olduğu halda onun hüquqi savadsızlığından istifadə edib cavabdehin aylıq əmək haqqının 1/4 hissəsi əvəzində aliment sabit məbləğdə təyin edilmişdir. Alimentin artırılması tələbinə dair iddia hazırlanarkən vəkillik qurumu tərəfindən cavabdehin işlədiyi Azərbaycan Respublikası Gömrük Komitəsinə və X11 İdarəsinə dəfələrlə cavabdehin əmək haqqına dair arayış verilməsi barədə müvafiq sorğu ilə müraciət edilsə də, dövlət orqanı tərəfindən müxtəlif bəhanələrlə əmək haqqı barədə arayış verilməsindən imtina edilmişdir. Bu illər ərzində cüzi alimentlə çox çətinliklə uşağın daima artan tələbatını ödəmişdir. Atası tərəfindən heç olmasa bayramlarda, yaxud ad günündə qızına nəinki hər hansı bir maddi köməklik göstərilmiş və ya hədiyyə göndərilmiş, heç telefonla da olsa təbrik belə edilməmişdir. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə ilk dəfə xx.xx.2023-cü ildə mediasiya təklifi göndərilmiş, cavabdeh həmin təklifi xx.xx.2023-cü ildə almış və xx.xx.2023-cli ildə ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən “X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” 3 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/3/2023-01300 saylı, xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Alimentin artırılması barədə iddia ərizəsi məhkəmədə baxılarkən Cavabdeh X7 mübahisələndirıniş və Yasamal Rayon Məhkəməsinin hakimi tərəfindən 2(004)-1316/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanmışdır. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərilərək, sonradan ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən X4 sonra prosesin davam etdirilə bilməməsi barədə 12 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/12/2023-00134 saylı, 13 iyun 2024-cü il tarixli arayış verilmişdir. Mediasiya təşkilatına 60 manat, vəkil qurumuna 323 manat ödəniş etmişdir. Cavabdehdən həmçinin bu xərclər tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbininin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladı hazırda məktəbə gedir və xərcləri artmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Səbəb kimi hal-hazırda işsiz olduğunu göstərmişdir. İddia tələbinin həcmi azaldılacağı təqdirdə 300 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)- 5639/2017 saylı qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh arasında 26 dekabr 2015-ci il tarixli 1346 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı nikah evi) qeydə alınmış nikahın pozulması; Tərəflərin ümumi uşaqları 21 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anası X2 yanında qalması; 21 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ödənilməli sabit pul məbləğində 200 (iki yüz) manat miqdarda alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh işaxtaran kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Tovuz Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunun baş inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində onun orta aylıq əməkhaqqısı 3782 manat olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh yaşa görə 2665,01 manat (iki min altı yüz altmış beş manat bir qəpik) pensiya alır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, iddiaçı “Azərbaycan X8 İnstitutu” publik hüququ şəxsində “qeydiyyatçı” vəzifəsində işləyir, aylıq əmək haqqısı 599,2 manat təşkil edir. **********-13001 saylı, 13 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, X6 tərəfindən 4 saylı Vəkil Bürosuna 323 manat ödəniş edilmişdir. 13 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, X6 tərəfindən 12 saylı Mediasiya Təşkilatına 60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat, 2024-cü il üçün isə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, onun artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunmasını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələni qismən təmin olunmalı, 21 noyabr 2016-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı 500 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)-5639/2017 saylı qətnaməsi ilə 21 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməli, habelə hüquqi xidmətə görə vəkil bürsuna ödənilmiş 323 (üç yüz iyirmi üç) manat pul vəsaiti və 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)-5639/2017 saylı qətnaməsi ilə 21 noyabr 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. 21 noyabr 2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Hüquqi xidmətə görə vəkil bürsouna ödənilmiş 323 (üç yüz iyirmi üç) manat pul vəsaiti və 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3530/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3530/2024
13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver