Məhkəmə qərarları › İş №2(004)-3544/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3544/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3544/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 270 manat əsas, 81 manat cərimə və 21 manat dövlət rüsumu, cəmi 372 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 aralarında bağlanmış 07.10.2013-cu il tarixli, 11275 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı 401 manat dəyərində malın (mobil telefon) dəyərini 12 ay ərzində hər ay 30,08 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəniş cədvəli üzrə Cavabdeh1 sonuncu dəfə 19.12.2020-ci il tarixdə 31 manat ödəniş etmiş, 270 manat əsas, 81 manat cərimə borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün digər cavabdeh X1 ilə aralarında 07.10.2013-cü il tarixli, 11275/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə borcu ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 567, 598, 600-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.10.2013-cu il tarixli, 11275 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı 401 manat dəyərində malın – “mobil telefon”un dəyərini 12 ay ərzində hər ay 30,08 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Nəticə etibarilə, iş materiallarındakı maliyyə arayışından görünür ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə 270 manat əsas, 81 manat cərimə borcu olmaqla, cəmi 351 manat məbləğində borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı ilə cavabdeh X1 ilə aralarında 07.10.2013-cü il tarixli, 11275/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cababdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Müllki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi 07.10.2013-cü il tarixdə bağlanmışdır. Müvafiq alqı-satqı müqaviləsi üzrə icra müddəti 07.10.2014-cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq, iddiaçı 07.10.2015-ci il tarixədək zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 07.10.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, Cavabdeh1 07.10.2013-cü il tarixli 11275 saylı alqı-satqı müqaviləsi 270 manat əsas borc, 81 manat cərimə borcu olmaqla, cəmi 351 manat borc və 20 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1n oğlundan 07.10.2013-cü il tarixli 11275 saylı alqı-satqı müqaviləsi 270 manat əsas borc, 81 manat cərimə borcu olmaqla, cəmi 351 (üç yüz əlli bir) manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar