Məhkəmə qərarları › İş №2(004)-3545/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3545/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3545/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36900 manat məbləğində borc və ödənilmiş 200.07 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 dekabr 2021-ci ildə 36900 manat məbləğində borc vermişdir. 07 dekabr 2022-ci ilədək borcu qaytaracağına vəd versə də, vədinə əməl etməmişdir. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də, heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Kredit müqaviləsi üzrə borcunu tələb edir. Kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılıb. O, 224000 manat cavabdehə borc vermişdir. Rəsmi olaraq 36900 manat borc vermişdir. Cavabdehin firması var idi. Çindən mal gətirirdi. Bir dəfə onunla birlikdə işləmişdir. İkinci dəfə malı gətirməmişdir. Problemlər olmuş və onu aldadıb pulunu almışdır. Pulu bank vasitəsilə vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 36900 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Mədaxil orderindən görünür ki, İddiaçı 36900 manat məbləğində pul vəsaitini notariusun bankda açılan depozit hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 31484 saylı qəbzdən görünür ki, İddiaçı 201 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 36900 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş nəzərdə tutulan məbləği borc verənə qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu borc alandan tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 36900 (otuz altı min doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 200,07 (iki yüz manat yeddi qəpik) manat məbləğində pul da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 36900 (otuz altı min doqquz yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 200,07 (iki yüz manat yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar