Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3546/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) X4 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə qeyri-rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində İddiaçı doğulmuş Sultan adlı azyaşlı uşağa münasibətdə xx.xx.1986cı il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilməsi və xx.xx.2018-ci il təvəllüdlü Həsənov (Əliyev) Sultan Elzamin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdehin “Bizim Ev” mebel şəhərciyində “Angel” mebel mağazası var və onun aylıq gəliri 5.000 manat təşkil edir. Buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, cavabdehin uşağın saxlanılması üçün maddi imkanı vardır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, onun İddiaçı ilə qeyri-rəsmi nikahdan xx.xx.2018-ci il təvəllüdlü Sultan adlı bir oğlu var. Məhkəmə qətnaməsi ilə onun Sultanın atası olması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qətnaməsi əsasında o, hər ay uşağın saxlanılması üçün iddiaçıya 100 manat sabit pul məbləğində aliment ödəyir. Alimentin ödənilməsi xx.xx.2018-ci il tarixdən hesablandığına görə aliment borcu yığılmışdır və ölkədə baş vermiş “Covid-19” pandemiyası ilə bağlı satıcı işlədiyi mağaza fəaliyyətini dayandırdığına görə, hazır işsizdir və heç bir gəliri yoxdur. Bu səbəblərdən o, qətnamə üzrə ödəməli olduğu aliment borcundan xx.xx.2020-ci il tarixə kimi 1600 manat ödəmişdir, hazırkı vaxta kimi 250 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixdə alimenti ödəmək üçün inəyini 300 manata satmış və pulunu iddiaçıya göndərmişdir. O, iki il əvvələ kimi “Angel” mebel mağazasını icarəyə götürməklə işləmişdir. Hazırda mağaza bağlıdır və onun heç bir gəliri yoxdur. Onun hər hansı bir mağazası və ya obyekti yoxdur, hazırda işsizdir. Qətnamə ilə müəyyən edilmiş 100 manat alimenti tam ödəyə bilmir. Alimentin miqdarının artırılması zamanı ağır maddi duruma düşəcək və artırılacaq 170 manat alimenti və uşağa 3 yaşına kimi qulluğu görə iddiaçıya 100 aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı uşağı saxlaya bilmirsə, o, uşağını özü böyütməyə və yanında saxlamağa razıdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh qeyri-rəsmi nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində İddiaçı doğulmuş Sultan adlı azyaşlı uşağa münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilmiş və Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində İddiaçı doğulmuş Sultan adlı azyaşlı uşağa münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh atalığı müəyyən edilmiş və Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 4 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ- İV 411723 seriyalı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “AZEMİS” Məhkəmə Elektron Sistemindən xx.xx.2020-ci il tarixdə real vaxt rejimində çap edilmiş məlumatlardan müəyyən edildir ki, Cavabdeh adına xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN nömrəsi açılmışdır və fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Hazır heç bir yerdə işləmir və gəliri yoxdur. Cavabdeh adına **********6, ********** və ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış 1 mənzili və 2 fərdi yaşayış evi vardır. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 170 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu, cavabdehin hazırda heç bir yerdə işləmədiyini, həmçinin cavabdehin adına daşınmaz əmlaklar olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İddia qalan hissədə - yəni “xx.xx.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Çünki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında rəsmi nikah bağlanmadığına görə Ailə Məcəlləsinin 1.4-ci maddəsinin tələbinə uyğun olaraq onlar rəsmi ər-arvad hesab edilmir və iddiaçının Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş qaydada ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın hüququndan istifadə etməklə cavabdehdən aliment tələb etməyə subyektiv hüququ yoxdur. Həmçinin iddiaçının belə bir hüququ olsaydı belə, cavabdehinbuna zəruri vəsaiti yoxdur. İddiaçı cavabdehin mebel mağazasının olmasını, ayda 5.000 manat qazanc əldə etməsini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-943/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3546/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3546/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver