Məhkəmə qərarları › İş №2(004)-3546/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3546/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3546/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə 2012-ci ilin oktyabr ayında ailə həyatı qurmuşdur. Rəsmi nikahları 16.11.2012-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahdan 15.07.2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Cavabdeh X4 iddiaçıya baxmaqdan imtina edir, heç bir maddi və mənəvi köməklik etmir. Onun maddi vəziyyəti çox ağırdır, çətinlik çəkir, cavabdeh ona alimenti ödəməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1100/2014 saylı, 12 fevral 2014-cü il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləği olaraq 100 (yüz) manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Göstərilənlərə əsasən rəsmi nikahdan anadan olmuş övladı 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimenti artıraraq cavabdeh X2 hər ay sabit pul məbləğində 174 (yüz yetmiş dörd) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5920/2013 saylı, 04.10.2013-cü il tarixli qətnaməsindən görünür ki, 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 pul məbləğində hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, cavabdeh X2 uşağın 3 yaşına çatanadək İddiaçı saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq çatanadək İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin 05.09.2013-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6006/2018 saylı, 03.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5920/2013 saylı, 04.10.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3657/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1458/2020 saylı, 20.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(004)-3657/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş və cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5920/2013 saylı, 04.10.2013-cü il tarixli qətnaməsinə əsasən, 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 pul məbləğində hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, cavabdeh X2 uşağın 3 yaşına çatanadək İddiaçı saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq çatanadək İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin 05.09.2013-cü il tarixdən hesablanması qət edilmişdir. İddiaçı aliment miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə ilə tutulmuş aliment miqdarının artırılmasını xahiş etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6006/2018 saylı, 03.09.2018-ci il tarixli qətnaməsinə əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5920/2013 saylı, 04.10.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı yenidən alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3657/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçının ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1458/2020 saylı, 20.02.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(004)-3657/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş və cavabdeh X2 15.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin 174 manat məbləğində artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1 -ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli, 2(004)-1458/2020 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar