Məhkəmə qərarları › İş №2(004)-356/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-356/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-356/2022 07.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2022-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə müvafiq olaraq, 09.08.2019-cu il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 12,6 manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqavilə üzrə 299 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 506 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, 10.07.2019-cu il tarixli müqvilə üzrə 822 manat ödənilməmiş hissə, 247,8 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 924,5 manat ödənilməmiş hissə, 281 manat dəbbə pulu, ümumilikdə 3377,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 09.08.2019-cu il, 04.10.2019-cu il, 09.09.2019-cu il, 10.07.2019-cu il və 09.09.2019-cu il tarixli müqavilələrinə əsasən, DECT PANASONİC ev telefonu, mini soba HOFFMANN, fen HOFFMAN, panasonic markalı üz qırxan, İMEİ kodu **********69333 olan Huawei MediaPad T5 markalı planşet, HOFFMAN markalı soyuducu, Samsung markalı televizor almış və nəticədə 3377,3 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.08.2019-cu il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 12,6 manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqavilə üzrə 299 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 506 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, 10.07.2019-cu il tarixli müqvilə üzrə 822 manat ödənilməmiş hissə, 247,8 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 924,5 manat ödənilməmiş hissə, 281 manat dəbbə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 09.08.2019-cu il, 04.10.2019-cu il, 09.09.2019-cu il, 10.07.2019-cu il və 09.09.2019-cu il tarixli müqavilələrinə əsasən, DECT PANASONİC ev telefonu, mini soba HOFFMANN, fen HOFFMAN, panasonic markalı üz qırxan, İMEİ kodu **********69333 olan Huawei MediaPad T5 markalı planşet, HOFFMAN markalı soyuducu, Samsung markalı televizor almış və nəticədə 3377,3 manat borc yaranmışdır. İş materiallarında olan 15.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.08.2019-cu il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 12,6 manat dəbbə pulu, 04.10.2019-cu il tarixli müqavilə üzrə 299 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 506 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, 10.07.2019-cu il tarixli müqvilə üzrə 822 manat ödənilməmiş hissə, 247,8 manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqavilə üzrə 924,5 manat ödənilməmiş hissə, 281 manat dəbbə pulu borcu yaranmışdır. İş materiallarında olan 14.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirir, ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 09.08.2019-cu il tarixli müqavilə üzrə 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 299 (iki yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 09.09.2019-cu il tarixli müqavilə üzrə 506 (beş yüz altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 10.07.2019-cu il tarixli müqavilə üzrə 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 09.09.2019cu il tarixli müqavilə üzrə 924,5 (doqquz yüz iyirmi dörd manat əlli qəpik) ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 2657,5 (iki min altı yüz əlli yeddi manat əlli qəpik) manat borc iddiaçı ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 09.08.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 12,6 manat məbləğində deyil 10 manat məbləğində, 04.10.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 92,4 manat məbləğində deyil 10 manat məbləğində, 09.09.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 156 manat məbləğində deyil 10 manat məbləğində, 10.07.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 247,8 manat məbləğində deyil 20 manat məbləğində, 09.09.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 281 manat məbləğində deyil 20 manat məbləğində, müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 09.08.2019-cu il tarixli müqavilə üzrə 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 299 (iki yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 09.09.2019-cu il tarixli müqavilə üzrə 506 (beş yüz altı) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 10.07.2019-cu il tarixli müqavilə üzrə 822 (səkkiz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 09.09.2019-cu il tarixli müqavilə üzrə 924,5 (doqquz yüz iyirmi dörd manat əlli qəpik) ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 2657,5 (iki min altı yüz əlli yeddi manat əlli qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar