Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3566/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2761 (iki min yeddi yüz altmış bir) manat məbləğində pulun İddiaçı1, 224 (iki yüz iyirmi dörd) manat məbləğində pulun İddiaçı2 ödənilməsi, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 08.02.2021-ci il tarixdə saat 10 radələrində Cavabdeh X4 məxsus və "xxxx" MMC-yə etibar edilmiş Mitsubishi Pajero minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında Qaraməryəm-İsmayıllı- Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsində Şəki istiqamətində idarə edərək hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36.1.3 və 37.1.8-ci maddələrinin tələblərini pozaraq sükan arxasında bir anlıq yuxuya getdiyindən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək hərəkət hissəsindən çıxarmaqla ön tərəfini yolun sağ kənarında onlara məxsus yem məhsullarının satışı mağazasının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış və etibarnamə əsasında onun sahibliyində olan Ford Transit yük markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Bundan sonra, həmin avtomobili qarşı tərəfə sürüyərək azaq sağ tərəfi ilə orada hərəkətsiz vəziyyətdə dayanmış ona məxsus Qaz-3302 yük markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış HK- saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynovun 01 mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından göründüyü kimi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti sonuncunun yaşayış yeri üzrə Yasamal RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilmişdir. Cinayət işinin rədd edilməsi haqqında qərardan da göründüyü kimi, hadisə nəticəsində ona, yəni İddiaçı1 məxsus Ford Transit markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 7385 manat, atasına, yəni İddiaçı2 məxsus Qaz-3302 yük markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 600 manat maddi ziyan dəymişdir. Ona məxsus avtomobillərə ümumiyyətlə 7985 manat maddi ziyan dəymiş, həmin maddi ziyanın 5000 manat məbləği sığorta tərəfindən onlara ödənilmişdir. Belə ki, sığorta tərəfindən 4624 manat Ford Transit markalı avtomobilə görə, 376 manat isə Qazel markalı avtomobilə görə ödənilmişdir. Lakin qalan maddi ziyan isə bu günə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdehlə bu məsələni öz aralarında, məhkəmədənkənar həll etmək istəsə də, cavabdeh ona məxsus telefonlara cavab verməmiş və beləliklə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh 10.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hadisənin baş verdiyi vaxt o, həyatında ilk dəfə olaraq sükan arxasında yuxuya getmişdir. O, qarşı tərəflə mübahisənin məhkəmədən kənar həllinə razı idi və bu barədə onlara bildirmişdir. Lakin qarşı tərəf tez-tez onun telefonuna zəng edərək onu narahat etmiş, bu səbəbdən də telefonunu söndürmüşdür. O, ailəlidir və hər dəfə onu belə narahat etmələri ona xoş gəlməmişdir. Göstərilən məbləğlə razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə və işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 07.02.2021-ci il tarixli minik avtomobili üçün yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ "xxxx" MMC tərəfindən 07.02.2021-ci tarixdən 31.12.2021ci il tarixədək X2 verilmişdir. 01.03.2021-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, 08.02.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə Zarağan kəndi ərazisində hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobili yoldan çıxararaq yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və qeyd edilən nəqliyyat vasitələri zədələnərək sahiblərinə maddi ziyan dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 01.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, qeyd olunan hadisəni törətmiş Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. Həmçinin Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyası tərəfindən təqdim olunmuş ziyan aktlarına əsasən “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, “Qaz-3302” yük markalı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi üşün 600 manat və “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi üşün 7385 manat vəsait tələb olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(004)-3566/2021 nömrəli qərardadı, ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 20.09.2021ci il tarixli 9/4238 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən “Ford Transit” yük markalı, **-OV-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6085 manat və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 280 manat müəyyən edilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla sübuta yetirilmiş, həmin hadisə nəticəsində iddiaçıların əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçıların əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçılara ödənilməmişdir. Bu səbəbdən iddiaçılar vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Bundan başqa, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıların avtomobilinə dəymiş zərərin məbləği məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, ekspert rəyinə əsasən, “Ford Transit” yük markalı, **-OV-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6085 manat və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 280 manat müəyyən edilsə də, iddiaçılar “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 2761 manat və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 224 manat pulun tutulmasını tələb etmiş, sonradan iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə yazılı ərizə təqdim etməmişdirlər. Odur ki, iddia ərizəsi iddiaçıların tələbi həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 2761 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 279 manat pul tutularaq İddiaçı1 və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 224 manat pul tutularaq İddiaçı2 ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 2761 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2791 (iki min yeddi yüz doxsan bir manat) manat pul tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 224 manat pul tutularaq İddiaçı2 ödənilsin .İş üzrə keçirilmiş məhkəmə-ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3566/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3566/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver