Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3579/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı-nin cavabdeh X4 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) xx.xx.2018-ci il tarixdək dəymiş ziyana görə 4.277 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmaqla, Cavabdeh İddiaçı-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 392-K saylı əmrlə cavabdeh adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 318-K saylı əmrlə cavabdeh öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba-Nəsimi 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Rşanov X2 zərər vurması müəyyən edilmiş, xx.xx.2018-ci il tarixli “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4.488 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş borcdan 211 manat güzəşt edilmiş qalıq borc 4.277 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. İddiaçı-nin nümayəndəsi X3 məhkəməyə teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmaqla, Cavabdeh İddiaçı-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 392-K saylı əmrlə cavabdeh adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 318-K saylı əmrlə cavabdeh öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini iddia etməklə, Oba-Nəsimi 1 mağazasında inventarizasiya aparmışdır. xx.xx.2018-ci il tarixdə Oba- Nəsimi 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçıyə zərər vurması müəyyən edildiyi və xx.xx.2018-ci il tarixli “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 4.488 manat olması qeyd edilmişdir. Zərər vurulmuş borcdan 211 manat güzəşt edilmiş qalıq borcun 4.277 manat təşkil etdiyi qeyd edilmişdir. İddiaçı cavabdehin bilavasitə iş yerində intizam xətasına yol verdiyini qeyd etməklə, iddiaçıya xx.xx.2018-ci il tarixə 4.277 manat məbləğində zərər vurduğunu iddia etsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş bir illik tələb etmə müddətini ötürdükdən sonra xx.xx.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı ona maddi ziyanın vurulmasını aşkar etdiyi xx.xx.2018-ci il tarixdən bir il müddətində xx.xx.2019-cu il tarixə kimi tələb edə bilərdi, iddiaçı bu müddət ərizində cavabdehə qarşı iddia qaldırmadığına görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinin tələbinə uyğun olaraq iddia rədd edilməlidir. Çünki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. X5 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin cavabdeh X4 qarşı “İddiaçı-nin əmlakına (maddi qiymətlilərə) dəymiş ziyana görə 4.277 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı-nin bank hesabına ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Odənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3579/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3579/2020
28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver