Məhkəmə qərarları › İş №2(004)-3581/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3581/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3581/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil Abil qızının iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi və əmək haqqının 1/3 hissəsinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Müstəqim oğlundan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ümumilikdə 470 (dörd yüz yetmiş manat) sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızma ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı Cavabdeh Müstəqim oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi şəkildə dövlət qeydiyyatından keçərək nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 qızı olmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh Müstəqim oğlu ilə bağlanmış nikaha 2(004)- 1703/2021 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilməsinə dair və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsinə dair qərar verilib. Nəticədə övladlarının onun himayəsinə verilməsi və aylıq hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılıb. Nəzərə alsa ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir, iki uşaq üçün cavabdehdən tutulan alimentin məbləğinin hazırda kifayət qədər az olduğu aydın olur. Göründüyü kimi, uşağın xərcləri daima artdığı üçün cavabdehdən tutulan aliment onun xərclərinin heç bir qisminin ödənilməsi üçün kifayət etmir. Üstəlik, nəzərə alaraq ki, uşaqların gündəlik tələbatının ödənilməsi məsrəfləri günbəgün artdığı üçün cəmi 350 manat aliment məbləği kifayət etmir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, cavabdehdən tutulmalı olan aliment məbləğinin artırılmasına dair qətnamə çıxarılmalıdır. Daha sonra Cavabdeh “alimentin tutulma üsulunun dəyişdirilməsi və əmək haqqının 1/3 hissəsinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilən alimentin sabit pul məbləğinin dəyişdirilərək aylıq əmək haqqının 1/3 hissəsinin aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən iddiaçı ilə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 350 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi ilk gündən 350 manat məbləğində alimenti Cavabdeh böyük çətinliklərlə bugünə qədər hər ay vaxtlı vaxtında ödəniş etmiş, qızlarına qayğı və sevgi göstərmişdir. Övladları ilə daima ünsiyyət və əlaqə saxlamışdır. Bildirdiyinə görə İddiaçı onun uşaqlarla görüşünə mane omuş və süni əngəllər yaratmışdır. Cavabdeh malı mülkü pulu yoxdur. Əvvəllər daimi işi də olmamışdır, müvəqqəti, həftəlik, günlük işlərdə çalışaraq övladları üçün 350 manat alimenti hər ay əlavə borca girərək min bir əziyyətlə vermişdir. Sabit pul məbləğində təyin edilmiş 350 manat məbləğində alimenti ödəmək onun üçün ağır olduğu halda iddiaçının 470 manat məbləğində tələb etdiyibalimenti ödəməyə imkanının olmadığnı bildirir. Nikah məhkəmə qaydasında pozularkən Cavabdeh sabit işi olmadığı və qazancının qeyrimüntəzəm olduğunu nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan 350 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyən etmişdir. Hazırda Cavabdeh "xxxx" MMC-də əmək müqaviləsi üzrə fəhlə işləyir və 350 manat məbləğində əmək haqqı alır. Aylıq 350 manat mıbləğində əmək haqqından savayı onun əlavə heç bir gəliri yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil Abil qızı qarşılıqlı iddia ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasıında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 analarının yanında qalması (saxlanılması) müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan əmk müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də fəhlə işləyir və 350 manat məbləğində əmək haqqı alır. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını, cavabdehin aylıq gəlirini nəzərə alaraq qeyd edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cari il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsi uşaqların saxlanılması üçün qeyd edilən miqdarda alimentin tutulması üçün yeganə əsas ola bilməz, bununla bərabər qanunvericiliklə müəyyən edilmiş digər əsaslar da olmalıdır. Bundan əlavə, məhkəmə bildirir ki, uşağı saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideyn kimi öhdəliyinə daxildir. AM-nin 84.1-ci, 84.2.2-ci və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, Cavabdeh əmək haqqının 1/3 hissəsində aliment tutulmasını məhkəmədən xahiş etsə də, əmək haqqının 1/3 hissədə (yəni 116 manat) müəyyən edilməsi uşaqların mənafeyinə uyğun deyildir. Beləliklə, ilkin iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi və əmək haqqının 1/3 hissəsinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin miqdarı dəyişdirilərkən dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi və əmək haqqının 1/3 hissəsinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar